164
Afrika qitəsinin payına düşür. Lakin dünyada əsas istehsal həcmi ABŞ, Meksika və Argentinada
cəmləşmişdir. Bu ölkələrdə məhsuldarlıq hektardan 3-5 ton təşkil edir.
Respublikamızda sorqo quraqlığa davamlı bitki kimi becərilir. Quraqlığa davamlı bitki kimi
nəmlik çatışmayan bölgələrdə onun əkinlərinin genişləndirilməsi məqsədəuyğun hesab edilir.
Qabaqcıl təsərrüfatlarda onun hər hektarından 50 sentnerə qədər dən məhsulu əldə edilir.
Botaniki təsviri.
Sorqo
(Sorghum)
vegetativ orqanlarına görə qarğıdalıya, çiçək qrupunun
quruluşuna görə digər süpürgəli taxıllara oxşardır. Ən çox becəriləni dənlik sorqodur. Kök sistemi
saçaqlıdır, torpağın 2-3 metr dərinliyinə, ətrafa isə 1 metrə qədər yayılır. Hündürlüyü 2,0-2,5 metr,
öz vətənində hətta 7 metrə çatır. Gövdəsinin üzəri tüklüdür və içərisi özəklə doludur. Buğumaraları
5,0-10, 11-15, 16-25-ə qədər olur.
Yarpaqları iridir, uzunluğu 40-80 sm, eni 5-15
sm-ə çatır. Bir bitkidə 10-35 yarpaq əmələ gəlir.
Çiçək qrupu süpürgədir. Sünbülcükləri budaqcıqların
nəhayətində iki-iki, yaxud üç-üç yerləşir. Onlardan
biri oturaq (saplaqsız), ikicinsli və məhsuldar,
digərləri uzun saplaqlı və məhsulsuz (yalnız erkəkcik
əmələ gətirdiyi üçün) olur. Dənləri örtüklü,
yarımaçıq və çılpaqdır. Örtülü dənlərdə örtüyü
sünbülcük pulcuqları əmələ gətirir. Örtüyü, yəni
sünbülcük pulcuqları ağ, darçını, qırmızımtıl, küləşi-
sarı rənglidir. 1000 ədədinin kütləsi 25-45 qramdır.
Nüvəsi ağ, boz, bozumtul və darçını rəngdədir.
Sorqonun 50-yə yaxın birillik və çoxillik
yabanı və mədəni növləri vardır.
Əsas becərilən növlər aşağıdakılardır.
1.
Cuqara-
Dostları ilə paylaş: