Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Boy və inkişaf xüsusiyyətləri



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə224/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   220   221   222   223   224   225   226   227   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Boy və inkişaf xüsusiyyətləri.
Birinci ili şəkər çuğunduru bitkisinin aşağıdakı səkkiz inkişaf 
fazası qeydə alınır: toxumun cücərməsi, çıxışlar çatal (çatal – türkcə çəngəl), 1-ci cüt yarpaqlar, 2-3 
cüt yarpaqlar, 7-ci yarpaq, cərgə aralarının qapanması, cərgə aralarının açılması və texniki 
yetişkənliyin başlanması.
Toxum cücərən zaman əvvəlcə rüşeym kökcüyü və ləpəaltı dizcik böyüməyə başlayır. İki 
ləpə yarpağı səthə çıxan zaman yaşıllaşır və yarpaq funksiyasını yerinə yetirir. Səthə çıxdıqdan 6-8 
gün sonra birinci cüt həqiqi yarpaqlar əmələ gəlir, onun arxasınca isə 2-3 – cü cüt əmələ gəlir. 
Orqanogenezin bu mərhələsində anatomik strukturun dəyişməsi, yaxud kökün qabıqdəyişməsi baş 
verir. Bundan sonra yarpaqlar burularaq bir-bir açılır. Başlanğıcda onlar hər 2-3 gündən bir, lakin 
vegetasiyanın ortalarında isə 1-2 gündən sonra əmələ gəlir. Həyatının birinci ili çuğundur bitkisi 60-
70 gün fəaliyyət göstərən 60-90 yarpaq əmələ gətirir. Orta yarus yarpaqları (10-25-ə qədər) daha 
məhsuldardırlar. Hər bir yarpağın aktiv həyat fəaliyyəti 25 gün davam edir. Yığım zamanı 
fotosintezin xalis məhsuldarlığı aşağı enir, yarpaqların kütləsi azalır. Bir hektar çuğundur tarlasında 
optimal yarpaq səthi 40-50 min m
2
- dir.
Şəkər çuğundurunun həyatının birinci ilini (İ.A. Stebut və D.N. Pryanişnikova görə) üç dövrə 
bölmək olar. Birinci dövrdə bitki ciddi surətdə yarpaqlar və kök sistemini əmələ gətirir, 
kökümeyvənin böyüməsi (qalınlaşması) yarpağın böyüməsindən geri qalır (may-iyun). İkinci 
dövrdə (iyul - avqust) yarpaqların və kökümeyvənin güclü inkişafı müşahidə edilir. Üçüncü dövr 
üçün yarpaqların artımının zəifləməsi xarakterikdir, bu dövrdə (sentyabr-oktyabr) quru maddənin 
toplanması intensiv gedir.
Həyatının birinci ili kökümeyvənin başcığında hər bir yarpaq qoltuğunda yatmış 
tumurcuqların təməli qoyulur, onların inkişafı üçün 0
0
-dən 8
0
-yə qədər aşağı temperaturun olması 
zəruridir. Payızda əmələ gəlmiş təpə tumurcuqları daha əlverişli şəraitdə inkişaf edirlər. 
Çiçəkləməyə və meyvə əmələgətirməyə keçmək üçün tumurcuqlarda payızda yaxud növbəti ilin 
yazında, kökümeyvəni əkdikdən sonra keyfiyyətli dəyişikliklər, inkişaf edən budaqlarda çiçək və 
toxum əmələ gəlir.
Şəkər çuğundurunda botaniki, bioloji və texniki yetişkənlik fərqləndirilir. 
Botaniki yetişkənlik
toxum yetişən zaman başlayır. Bitkinin normal boy və inkişafı zamanı bu 
adətən onun həyatının ikinci ilinin axırında baş verir. 
Bioloji yetişkənlik
şəkər çuğundurunun həyatının birinci ili vegetasiya dövrünün sonunda 
bitkinin həyati proseslərinin zəifləməsi ilə əlaqədardır. Bu xarici mühit amillərinin dəyişməsi 
nəticəsində baş verir: işıqlı günlərin azalması, soyuqların düşməsi, FAR intensivliyinin aşağı 
enməsi və s. Bioloji yetişkənlik üçün köhnə yarpaqların məhv olması, kökümeyvənin kütləsinin 
tədricən çoxalması və onlarda şəkər toplanması, keyfiyyətli şirənin artması, kökümeyvədə suyun və 
külün miqdarının azalması xarakterikdir. 
Şəkər çuğundurunun 
texniki yetişkənliyi
ən çox kökümeyvənin kütləsi və şəkərin miqdarının 
maksimal olması, kökümeyvənin kütləsinin və şəkərliliyinin minimal miqdarının orta sutkalıq 
artımı ilə xarakterizə olunur. Texniki yetişkənlik zamanı kökümeyvənin kütləsinin yarpaqların 


207 
kütləsinə nisbəti 3:1-nə qədər artır. Texniki yetişkənlik başlamazdan əvvəl çuğundurun cərgə araları 
açılır, yarpaqlar açıq-yaşıl rəng alır, tədricən saralır və məhv olurlar. 
Bitkinin vegetasiya dövrü becərmə şəraitindən asılı olaraq 1-ci ili 150-170 gün davam edir.
Çuğundurun kökümeyvəsindən toxum almaq üçün onu torpaqdan çıxararaq qış müddətində 
saxlayır və yazda torpağa basdırırlar. Başcıqdakı cücərmiş tumurcuqlardan hündürlüyü 1,0-1,5 m-ə 
çatan yarpaqlanmış çiçəkli budaqlar əməl gəlir. Hamaşçiçək sünbül şəkilli qotazdır. Çiçəklər 
çiçəkdaşıyıcıların yuxarı hissəsində, yarpaqyanlıqlarının qoltuğunda, çoxtoxumlu sortlarda 
qruplarla 3-4 və daha çox birtoxumlu sortlarda isə tək-tək formalaşırlar. Çiçəyi beş erkəkcik və bir 
dişicikdən ibarətdir. Tozlanma küləyin köməyi ilə və həşəratlarla çarpaz gedir. Meyvəsi xırda 
qozcuqdur.
Yetişmə zamanı meyvəsi saralır və bir-birinə birləşərək içərisində 2-6 ədəd toxum (qozcuq, 
fındıq) olan kələfcə əmələ gətirir. Çoxtoxumlu çuğundurda 1000 ədəd kələfcənin kütləsi 20-50 
qram, təktoxumlularda isə 20 qram olur. Meyvənin içərisindəki toxum qonur rəngli, parlaq qılaflıdır 
və meyvənin kütləsinin 25-30%-ni təşkil edir. Toxum qılafdan və rüşeymdən, aralarında tumurcuq 
yerləşən iki ləpəyarpağından, ləpəaltı dizcikdən, rüşeym kökcüyü və ehtiyat qida maddələri olan 
perispermadan ibarətdir. 
Şəkər çuğundurunun həyatının ikinci ili vegetasiya dövrü 100-130 gün davam edir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin