Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə234/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   230   231   232   233   234   235   236   237   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
17.2.2. Yemlik yerkökü
Botaniki təsviri.
Yerkökü (
Daucus carota L.
) – kərəvizkimilər (
Apiaceae
) ailəsinin ikiillik 
bitkisidir. Həyatının birinci ili yerkökü konusşəkilli formalı və yarpaq rozetləri uzunlaşmış 
kökümeyvə əmələ gətirir. Toxumdan inkişaf edərək, ensiz xətvari ləpə yarpaqlarını yerkökü torpaq 
səthinə çıxarır. Həqiqi kökətrafı yarpaqlar üç-beşbölümlü tək lələkşəkilli çoxlu miqdarda ensiz 
dilimlərdən ibarətdir. Həyatının ikinci ili gövdə yarpaqları eləcə də lələkvarı dilimlər yaranır. 
Çiçək qrupu (hamaşçiçək) xırda çətirciklərdən təşkil olunmuş mürəkkəb çətirdir. Çiçəkləri ağ 
rəngli, çarpaz tozlayandır. Erkəkciyi beş, dişiciyi bir ədəd ikiyuvalı, ikisütuncuqludur. Ayrı-ayrı 
cinsli və cinsiyyətsiz formaları da vardır. Meyvəsi – ikitoxumlu, xırda oval formalı, boz rəngli
kənarı sıx pər kimi çıxıntılı toxumca təşkil edir. Toxumca yetişən zaman asanlıqla iki hissəyə 
ayrılır. Hər hissədə bir toxum olur. Toxumları xırda, uzunsov-yumurta formalı, uzununa 4-5 
qabırğalıdır. Qabırğaların altında efir yağı ilə dolu ensiz kanallar vardır. Efir yağı toxumu patogen 
mikrofloradan qoruyur. Toxumun mütləq kütləsi tikancıqlarla 2 qram, tikancıqsız isə 1,2-1,3 qrama 
bərabərdir.
Bioloji xüsusiyyətləri.
Yerkökü soyuğa davamlı bitkidir. Toxumlar 2-4 
0
C temperaturda 
cücərməyə başlayır, ancaq çox yavaş-yavaş. Optimal temperatur 18-20 
0
C - dir. Cücərtilər – 6 
0
C – 
yə qədər şaxtalara, həyatının birinci ili yaşlı bitkilər və toxumluq kökümeyvələr basdırılan zaman – 

0
C dözürlər. Eyni zamanda yerkökü yaxşı inkişaf etmiş kök sistemi və kökümeyvənin torpaqla 
yaxşı yüklənməsi hesabına yüksək temperatura asanca dözür.
Yerkökü digər kökümeyvələrdən fərqli olaraq quraqlığa davamlıdır. O kifayət qədər nəmliklə 
təmin edilməsinə cücərti dövründən çıxışların alınmasına qədər və kökün böyüməsi zamanı daha 
çox tələbat göstərir. Toxumluq sahələrdə kökümeyvənin möhkəmlənməsi dövründə optimal 
nəmliyin olması xüsusən vacibdir.
Yerkökü uzun gün bitkisidir. Müxtəlif qranulometrik tərkibli torpaqlarda inkişaf edir, 
məsaməli yumşaq torpaqlarda daha yaxşı məhsul verir. Yerkökü üçün optimal torpaq reaksiyası pH 
= 5,5-7,0 – dir. 
Torpaqdan apardığı qida elementlərinin miqdarına görə yerkökü şəkər çuğunduruna yaxındır. 
Bir ton kökümeyvə və ona müvafiq miqdarda yarpaqla yerkökü torpaqdan 3,5 kq azot, 1,5 kq 
fosfor, 7,0 kq kalium və 1,6 kq kalsium elementi aparır.
Həyatının birinci ili vegetasiya dövrünün uzunluğu 110-120 gün, ikinci ili isə 110-130 gün 
davam edir. Vegetasiyanın birinci ili yerkökü cücərtilər alındıqdan 80-90 gün sonra texniki 
yetişkənliyə çatır.
Yerkökünün çiçəkləmə vəziyyətinə çatması üçün uzun müddət ona aşağı temperaturun təsiri 
zəruridir (110-140 gün), ona görə də daha erkən səpin zamanı və hətta qışqabağı səpinlərdə praktiki 
olaraq çiçəkləyən bitkilər olmur.


215 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin