Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə237/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   233   234   235   236   237   238   239   240   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bioloji xüsusiyyətləri.
Şalğama nisbətən turneps soyuğa daha davamlıdır. Onun cücərtiləri – 

0
C - yə qədər, yaşlı bitkiləri isə - 6 
0
C-yə qədər şaxtalara dözür. Şalğamın cücərtiləri – 4 
0
C - yə 
qədər, yaşlı bitkiləri isə -5- 6 
0
C-yə qədər şaxtalara dözür. Şalğam və turneps mülayim temperatura 
tələbkardır, ona görə də onlar istiyə və nəmlik çatışmamazlığına dözmürlər. Bu halda onları 
həşəratlar daha güclü zədələyirlər. 
Kökümeyvəlilər içərisində şalğam və turneps daha çox nəmlik sevəndirlər, ona görə də onların 
əkinlərini nəmliklə daha yaxşı təmin olunmuş ərazilərdə yerləşdirmək lazımdır. Həyatlarının birinci 
ili onların nəmliyə daha çox tələbatları vegetasiyanın başlanğıcında yaranır. Eləcədə həyatının 
ikinci ili nəmliyə olan daha çox tələbat anac kökümeyvələrin kökmöhkəmləndirmə dövründədir. 
Şalğamın və turnepsin kök sistemi torpağın 1,0-1,5 metr dərinliyinə və ətraf isə 40-50 sm yayılır.
Şalğam və turneps uzun gün bitkiləridir, lakin intensiv işıqlanmaya tələbkardırlar.
Şalğam yaxşı susaxlama qabiliyyətinə malik rabitəli torpaqları sevir, onu ağır və nəmliyi artıq 
olan torpaqlarda müvəffəqiyyətlə becərmək mümkündür, qumlu torpaqlar isə az əlverişlidir. 
Turneps yüngül torpaqlarda yaxşı bitir, qranulometrik tərkibinə görə ağır torpaqlar onun üçün az 
yararlıdır. Bu bitkilər üçün zəif turş reaksiyalı torpaq məhlulu daha üstündür, lakin onlar kifayət 
dərəcədə yüksək turşuluğa (pH = 4,3) dözürlər. Daha yüksək turşuluqda şalğamın kökü güclü 
şaxələnir və kökümeyvənin başcığı qeyri-normal inkişaf etməyə başlayır.
Şəkil 27. 
Solda
Turneps (Yemlik şalğam növü)
1 – bitki birinci cüt həqiqi 
yarpaqlar fazasında; 2 – vegetasiyanın birinci ilinin sonu; 3 – müxtəlif dilimli yarpaqlar; 
4 – çiçəkli budaq; 5 – müxtəlif formalı kökümeyvələr; 6 – meyvəsi; 7 – toxumu. 
Sağda
Şalğam
: 1,2 – bitki cücərti və yetişmə fazasının birinci ilində; 3 – çiçəkli 
budağın yuxarı hissəsi; 4 – meyvəsi, 5 – toxumu. 


217 
Bir ton kökümeyvə və ona müvafiq yerüstü kütlə ilə (yarpaq) şalğam torpaqdan 4 kq azot, 2,5 
kq fosfor və 7,5 kq kalium aparır, lakin turneps isə müvafiq olaraq 2, 5, 1 və 3,8 kq. 
Həyatının birinci ili şalğamın vegetasiya dövrü sortun xüsusiyyətlərindən və becərildiyi 
bölgədən asılı olaraq 110-130 gün, turnepsdə isə 70-110 gündür. Həyatının ikinci ili anac 
kökümeyvənin əkilməsindən toxumun yığılmasına qədər şalğamda 110-115 gün, turnepsdə isə 85-
90 gün keçir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin