Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə238/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   234   235   236   237   238   239   240   241   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Becərilmə texnologiyası.
Tərəvəz növbəli əkinlərində şalğam və turneps becərən zaman 
onları ümumi zərərverici və xəstəlikləri olan kələmdən və kələmkimilər ailəsinin digər bitkilərindən 
sonra yerləşdirmək olmaz. Eləcə də məftil qurdları ilə güclü sirayətlənmiş sahələr yararsız hesab 
edilir. Kökümeyvəliləri fermayanı yemçilik növbəli əkinlərində yerləşdirmək iqtisadi cəhətcə 
səmərəlidir.
Şalğam və turneps üçün torpağın əsas və səpinqabağı becərilməsi şəkər çuğunduru və 
yerkökündə olduğu kimidir. Səpin qabağı torpağın diqqətlə hamarlanması və tapdalanması çox 
vacibdir. Yüngül torpaqlarda səpindən sonra toxumla torpaq arasında əlverişli əlaqənin yaranması 
üçün tapanlamanın aparılması məqsədə uyğundur.
Şalğam adətən erkən yazlıq bitkilərlə eyni vaxtda, turneps isə bir qədər gec, saxlama zamanı 
itkinin az olması üçün mayın axırı iyunun ortalarına qədər səpilir. Şalğam həm toxum səpməklə, 
həm də şitil üsulu ilə əkilir. Turneps yalnız toxum səpməklə becərilir, şitil üsulu ilə becərmə pis 
nəticə verir. Şalğamın yarpaqları 5-6 yarpaq fazasında sahəyə (köçürülür) şitillənir.
Toxumla səpin aparan zaman adi tərəvəz səpən aqreqatlardan istifadə edilir. Şalğam və 
turnepsin səpin norması torpağın münbitliyindən və alaqlarla zibillənmə səviyyəsindən asılı olaraq 
hektara 0,5-0,8 mln. ədəddir. Səpinin eyni bərabərdə getməsi üçün toxuma 2-4 mm-lik deşikləri 
olan ələkdən keçirilmiş dənəvərləşdirilmiş superfosfat (bir hektarlıq toxum normasına 20-25 kq) və 
xaççiçəklilər birəsinə qarşı mübarizə məqsədi ilə dənəvərləşdirilmiş fosfamid (2,5 kq) əlavə edilir.
Səpin gencərgəli üsulla cərgəarası məsafə 45, 60 yaxud 70 sm olmaqla aparılır. Qulluq 
işlərində daha çox zəhmət tələb edən əməliyyat bitkilərin seyrəldilməsidir. Şalğamın yığım dövrünə 
bir hektarda 50-90 min bitki, turnepsdə isə 80-100 min bitki qalmalıdır. Cücərtilərin sıxlığı və eyni 
bərabərdə olmasından asılı olaraq 3-4 yarpaq fazasında torlu yaxud yüngül dişli malalarla (bitki 
sıxlığı 1 metrdə 30 cücərti) köndələninə malalama tətbiq edilir. Şalğam üçün buketləmə 40 sm 
kəsim sxemində buket 20 yaxud kəsim 27, buket 18; turneps üçün kəsim sxemi 40, buket 20 sm 
növbəti buketin çeşidlənməsi əl ilə aparılır. Çıxışların eyni bərabərdə olması və cücərtilərin sıx 
olmaması, alaqlardan təmiz sahələrdə seyrəltməni cərgə boyunca aparmaq mümkündür.
Əkinlərin fizioloji aktiv birləşmələrlə işlənilməsi yarpaqların qocalmasını gecikdirir, yarpaq 
səthi və fotosintezin yüksək məhsuldarlıq səviyyəsinin kökümeyvə məhsulunun yığımına qədər 
saxlanılmasına imkan yaradır. Boyatma prosesini fəallaşdırmaq üçün şalğam 6-cı yarpaq fazasında, 
şəkər və yem çuğunduru isə 7-ci yarpaq fazasında uyğunlaşdırılmalıdır. Bu məqsəd üçün auksin 
tipli (indolil sirkə turşusu - İST) birləşmələrdən 
epin

fuzikoktsin
və digər boy tənzimləyicilərdən 
istifadə etmək olar. 
Cavan yarpaqların boyunu gecikdirmək üçün yarpaq rozetlərin mərkəzinə 0,004% təsiredici 
maddə hesabı ilə auksin təbiətli boy tənzimləyici çilənir. İşçi məhlul norması hektara 600 litr 
götürülür. Boy tənzimləyici məhlulların vaxtında işlədilməsi kökümeyvə məhsulunun artmasını, 
onlarda quru maddənin, askorbin turşusu və zülalın yüksəlməsini, nitratların miqdarının aşağı 
enməsini təmin edir. Vaxtsız olaraq tətbiq edilmiş təbii və sintetik boy tənzimləyicilər səmərə 
vermir, yaxud məhsulun aşağı düşməsi ilə nəticələnir. Bitkilərin bu məhlullarla işlənilməsi günün 
ikinci yarısında yarpaqlarda turqorun bərpa olunmasından sonra, saat 17 – dən tez olmayaraq həyata 
keçirilməlidir.
Kökümeyvənin becərilməsinə çəkilən bütün xərclərin yarıdan çoxu məhsul yığımının payına 
düşür. Daha çox ayırmaq yolu ilə yığım aparılır. Bəlimyığan maşınla yarpaqlar kəsilir, ancaq 


218 
kökümeyvələr kartofqazanla yaxud kartofyığan kombaynla qazılıb çıxarılır. Eləcə də bu bitkilər 
kökümeyvə yığan maşınlarla da yığılır.
Şalğam və turnepsin kökümeyvələri yerüstü saxlama xəndəklərində və digər saxlama 
yerlərində saxlanılır. Saxlayarkən temperaturu 1-2 
0
C –də, nisbi rütubəti isə 85-95%-də saxlamaq 
məqsədə uyğundur. Turneps şalğama nisbətən pis saxlanılır, ona görə də ilk növbədə heyvanlara 
onu vermək lazımdır.
Anac kökümeyvədən toxum almaq üçün şalğam 70 x 60 yaxud 70 x 70 sxemində, turneps isə 
70 x 35 sxemində basdırılır (əkilir). Kökümeyvə elə basdırılmalıdır ki, 2-3 sm –ə qədər başcıq 
torpaqla örtülmüş olsun. Yenidən tozlanmanın qarşısını almaq üçün hər iki bitkinin toxumluq 
sahəsini biri-birindən 2 km uzaqlaşdırmaq zəruridir.
Toxumluqların yığılması əl ilə yaxud iki fazalı üsulla, toxumların 25-30%-i açıq - darçını, 
lakin qınların özü isə açıq-sarı yaxud sarı-yaşıl rəng aldıqda aparılır. Toxumların yetişməsi zamanı 
sahəni quşlardan qorumaq zəruridir. Toxumun döyülməsi taxıl kombaynları ilə həyata keçirilir. 
Texnoloji normalara riayət edildikdə hektardan 1,5 ton toxum yığmaq mümkündür.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin