Tapşırıq və yoxlama sualları -17 1.
Şəkər çuğundurunun morfoloji xüsusiyyətlərini göstərin.
2.
Kökümeyvənin kütləsi və şəkərliliyinə görə şəkər çuğundurunun təsnifatını verin.
3.
Kökümeyvəlilərin ayrı-ayrı növlərinin potensial məhsuldarlığı necədir?
4.
Ontogenez dövründə şəkər çuğunduru və yemlik kökümeyvəlilərin həyat silsiləsini
sadalayın.
5.
Şəkər çuğundurun çiçəkləməsinin əsas səbəbini göstərin.
6.
Vegetasiyanın ikinci ili kökümeyvəli bitkilərin boy və inkişafının xüsusiyyətləri necədir?
7.
Kökümeyvəlilərin növbəli əkində yerini əsaslandırın.
8.
Kökümeyvəlilər üçün torpağın səpinqabağı hazırlanması necə həyata keçirilir
9.
Şəkər və yem çuğunduru toxum materialının səpin qabağı hazırlanması barədə danışın.
10.
Kökümeyvəliləri toxum üçün becərərkən torpaqdan çıxarmadan birbaşa toxum almanın
nə kimi xüsusiyyətləri vardır? Kökümeyvənin çıxarılaraq yenidən toxum məqsədilə
əkilməsini müqayisə etdikdə onun nə kimi üstünlükləri və çatışmazlıqları vardır.
11.
Dəyərli ərzaq kimi yerkökünü barədə danışın.
12.
Yerkökünün səpin müddəti və üsullarını göstərin.
13.
Şalğam və turnepsin bioloji xüsusiyyətlərini sadalayın.
FƏSİL 18. KÖKÜYUMRULAR Köküyumrulu bitkilərə kartof (
Solanum tuberosum L. ), yer armudu (
Helianthus tuberosus L. ), batat (şirin kartof) (
İpomoea batatas Lam., ), maniok (
Manihot Tourn. Ex Adans – çoxillik
ağacvarı bitki), taro (
Colocosia antiquarum L. Schott ), və yams (
Dioscorea alata L. ) daxildir.
Kartof və yerarmudu istisna olmaqla göstərilən bitkilər Asiya, Afrika və Amerika qitələrinin tropik
və subtropik bölgələrində ərzaq, texniki məqsədlər və heyvandarlıqda yem kimi istifadə olunur.
Köküyumrulardan Azərbaycanda ən çox kartof və yer armudu yayıldığına görə onların becərilmə
texnologiyalarının öyrənilməsinə daha çox yer ayırmışıq.