Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Tapşırıq və yoxlama sualları -19



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə264/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   260   261   262   263   264   265   266   267   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Tapşırıq və yoxlama sualları -19
1. Yemlik bostan bitkiləri hansı fəsiləyə aiddirlər? Onlar hansı cinslərlə təmsil edilmişdir? 
2. Süfrə və yemlik qarpız nə ilə fərqlənirlər?
3. Yemiş nə kimi morfoloji əlamətlərə malikdir? 


240 
4. Hansı balqabaq növləri becərilir?
5. İri meyvəli yemlik balqabağının morfoloji xüsusiyyətlərini göstərin. 
6. Yemlik qarpız, yemiş və balqabağın nə kimi bioloji xüsusiyyətləri vardır? 
7. Yemlik bostan bitkilərinin aqrotexnikası barədə danışın. 
 
 
FƏSİL 20. YEM KƏLƏMİ 
Bu bitki yaşıl yem və silos istifadəsi üçün becərilir. Yem kələmi – 8 
0
C şaxtalara dözmək 
qabiliyyətinə malikdir, buna görə də otlaq müddətini 2-3 həftə uzadır. Şitil üsulunu tətbiq etməklə 
yem kələmini daha soyuq yerlərdə becərmək mümkündür. Onu çalınmış və kovşənlik əkinlərində 
istifadə etmək olar. Yem kələminin yaşıl kütləsində 12-14% quru maddə vardır. Bir sentner yaşıl 
kütləsində 16 yem vahidi, 60-150 mq% vitamin C eləcə də karotin, B qruppu vitaminləri və mineral 
duzlar vardır.
Botaniki təsviri.
Yem kələmi (
Brassica subspontanea 
Lizg.) kələmkimilər (
Brassicaceae

ailəsinin ikiillik çarpaz tozlayan bitkisidir. Yem kələmi həyatının birinci ili silindrvarı hündürlüyü 
1,0-1,5 m və qalınlığı 3-5 sm meyvəgövdəsi, çoxsaylı saplaqlı səthi mum təbəqəsi ilə örtülmüş 
lirəşəkilli yarpaqlar əmələ gətirir. Gövdə və yarpaqların rəngi yaşıl yaxud müxtəlif dərəcədə 
antosian olmasına görə bənövşəyidir. Həyatının birinci ili vegetasiya müddətinin uzunluğu 140-160 
gündür, ancaq, 70-80 gündən sonra adi yaxud kövşənlik 
əkinlərdə biçilib heyvanlara yedizdirmək olar. Həyatının 
ikinci ili meyvə budaqlarının yarpaq qoltuqlarındakı 
tumurcuqlardan çiçəkdaşıyan zoğlar törəyir. Çiçək qrupu 
salxımdır. Meyvəsi tökülməyə davamlı qındır (qabıq). 
Toxumu şalğam və turnepsə nisbətən iridtr. 1000 ədəd 
toxumunun kütləsi 3-5 qramdır. Meyvə budağının 
əkinindən dənin yığımına qədər olan dövr 120-130 günə 
bərabərdir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin