Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Bioloji xüsusiyyətləri və aqrotexnikası



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə265/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   261   262   263   264   265   266   267   268   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bioloji xüsusiyyətləri və aqrotexnikası.
Yemlik 
kələm sahəsi heyvandarlıq fermasına yaxın olmamalıdır. 
Bu bitki üçün bütün torpaq tipləri yararlıdır. pH=5,0 – dən 
aşağı torpaq turşuluğunu sevmir. Sələf bitkiləri şalğam və 
turnepsdə olduğu kimidir. Bir ton yaşıl kütlə məhsulu ilə 
yem kələmi torpaqdan 2,8 kq azot, 1,0 kq fosfor, 4,6 kq 
kalium və 2,8 kq kalsium elementi aparır.
Yem kələminin toxum və şitillə də becərmək olar. 
Şitil üsulu daha yüksək məhsul alınmasını təmin edir, 
ancaq becərmək xərcləri artır. Toxumla səpin erkən yazlıq 
taxılların səpinləri ilə eyni müddətdə tərəvəz səpən 
aqreqatlarla cərgə aralarının eni 60 yaxud 70 sm olmaqla 
aparılır. Səpin normasını hektara 1 kq götürdükdə 
seyrəldilmə aparmamaq olar. Toxumun basdırılma dərinliyi 1-2 sm-dir. Əkinlərdə bitki sıxlığı 
şalğamda olduğu kimidir. Bitkinin yerləşdirilməsinin adi sxemi 70 x 25-30 yaxud 60 x 40 sm – dir.
Təmiz əkinlərdə yaxud yüksək səmərəli herbisidlərdən istifadə olunduqda yem kələminin 
başdan-başa səpini üsulunda seyrəltmə aparılmır. Belə sıx əkinlərdə bitki yüksək faizli yarpaqlar və 
zərif meyvə budaqları formalaşdırır.
Yaşlı bitkiləri kələm ağ kəpənəyinin tırtılları, çəmən ağcaqanad süfrəsi, payızlıq sovka və s. 
zədələyir. Bunlarla mübarizə məqsədi ilə hektara 0,6-1,2 litr 50%-li karbofos və 0,5 litr 50%-li 
aktellikom insektisidləri çilənir.
Yem kələminin yaşıl yem kimi yığılmasını noyabr ayının ortalarına qədər davam etdirmək 
mülkündür. Donmuş bitkilərin donu açıldıqdan sonra heyvanlar onu daha iştahla yeyirlər. İri 
Şəkil 31. Yem kələmi: 
– 1,2 – bitki 
cücərti fazasında və vegetasiyanın birinci 
ilinin sonu; 3 – çiçəkli budaq; 4 – meyvə 5 
– toxum.


241 
buynuzlu mal-qaranı yemləyən zaman yem kələminin yaşıl kütləsi və silosunun norması bir baş 
üçün sutkada 20-25 kq keçməməlidir. Yaşıl kütlənin tərkibində qlikozinolitlərin olmasından 
heyvanlar sutkada 40-50 kq dozada yemləndirilərsə anemiya xəstəliyinə tutula bilər, silosun daha 
artıq dozası südün tamına mənfi təsir göstərir.
Yığım yem yığan kombaynlarla yaxud biçib-xırdalayan aqreqatlarla aparılır. Yığım zamanı 
biçilib-xırdaladanmış silosluq kütlənin şirəsinin tərkibindəki quru maddənin itkisini azaltmaq üçün 
15-20% küləş əlavə edilir. Yem kələminin yığımını bitkini xırdalamadan da aparmaq mümkündür, 
bu halda siloslaşdırma zamanı quru maddənin itkisinin azalması təmin olunur.
Yem kələminin toxumçuluğu baş kələmdə olduğu kimidir. Bir hektara 20-30 min meyvə 
budağı basdırılır. Onları cərgə boyu (60-70 sm) bir tərəfə əyərək basdırırlar. Toxumluq sahəni 
xəstəliklərdən, toxum yetişən zaman isə quşlardan mühafizə etmək lazımdır. Yığım ikifazalı 2-3 
üsullarladır. Düzgün aqrotexnika da məhsuldarlıq hektardan 1000 – 1200 kq-a çatır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin