(citrullus), yemiş
(melo) və qabaq
(cucurbita). Bu cinslər birillikdir
. Qarpız – 2 növü var, sufrə qarpızı –
Citrullus lanatus (Thunb.) , Mansf. var. Citroides (L;
Bailey) Mansf. və yem qarpızı –
Citrullus colocynthoide Pang . Qarpızın mil kökü var, torpağın 3-5
m dərinliyinə, 7 m ətrafa yayılır. Gövdəsi sürünəndir, uzunluğu 2-5 m, budaqları 5-10 ədəd olur.
Qarpız cinsi birillik və çoxillikdir. Tağı (4-5m) qabırğalı və çox şaxələnəndir. Yarpaqları biri
digərinin üzərinə yatan, yaxud toxunan iri dilimlərə bölünür. Tipik yarpaqları kök boğazından
etibarən 15-20 ədədi hesab edilir. Özünü torpaqda bərkitmək üçün gövdədə mürəkkəb bığcıqlar
əmələ gəlir.
Çiçəkləri küləşi sarı rənglidir. Meyvəsi iri 14-60 sm uzunluğunda kürə formalı, yaxud
uzunsov-oval, səthi hamar, qabığı tünd-yaşıl, açıq-yaşıl, zolaqlıdır. Meyvənin ətli hissəsi sarı,
qırmızı, çəhrayı və narıncı rənglidir.
Toxumları yastı, oval-yumurtavarı, 1,0-1.5 sm uzunluğunda, ağ, qara, qırmızı və darçını
rəngdədir. Bir meyvədə 30-1000-ə qədər toxum olur. 1000 ədədinin kütləsi 80-150 qramdır.
Qarpızın qabığının qalınlığı 0,5-2 sm-dir. Meyvənin ətli hissəsində 5,0-7,3% şəkər vardır.
Meyvənin kütləsi 2-20 kq-a qədərdir. Yem qarpızında 1,2-2,6% şəkər olur.
Qarpız istisevən quraqlığa davamlı bitkidir. Nəm torpaqda toxumları +16+17
0
C temperaturda
cücərməyə başlayır. Çıxışlar 8-10 günə əmələ gəlir. -1
0
C şaxtalarda məhv olurlar. Gövdənin
inkişafı üçün 20-22
0
C, meyvənin inkişafı üçün isə 25-30
0
C-dir. Qarpız işıqsevən qısa gün
bitkisidir.
Qarpız üçün ən yaxşı torpaqlar qumlu və qumsal torpaqlardır.
Azərbaycanda rayonlaşdırılmış sortları: Biryuçekutski – 775, Melitapolskiy – 142,
Mərcan.