Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Tarla salınmasının aqrotexnikası



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə258/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   254   255   256   257   258   259   260   261   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Tarla salınmasının aqrotexnikası.
Topinamburun sort və hibridlərini fermayanı və tarla 
növbəli əkinlərində becərmək olar. Əgər tarlanı dəyişmək lazım gələrsə plantasiyanı herbisidlə və 
yaxud digər üsulla məhv etmək mümkündür.
Çoxillik plantasiya yaratmaq üçün ən yaxşı sələflər birillik və çoxillik paxlalı otlardır. 
Topinamburu günəbaxan, kökümeyvəlilər və digər sklerotina xəstəliklərinə tutulan bitkilərdən 
sonra növbələndirmək olmaz. Bitkinin plantasiyasını xəstəlikdən uzaqlaşmaq məqsədilə öz tarlasına 
4-5 ildən sonra qaytarırlar.
Torpağın becərilməsi.
Torpağın becərilməsi kartof və kökümeyvəlilərdə olduğu kimidir. 
Üzləmədən sonra 15 sm dərinliyində dondurma şumu aparılır. Yazda lazım gəldikdə malalanır. 
Sonra laydırsız becərmə aparılır. Səpin qabağı tarlaya kultivasiya çəkilir. 
Gübrələmə. 
Topinamburun gübrələnməsi torpağın münbitliyindən, planlaşdırılmış 
məhsuldan, torpağın nəmliyindən və digər faktorlardan asılıdır. Plantasiya yaradan zaman hektara 
30-40 ton peyin və təsiredici maddə hesabı ilə 60-90 kq NPK verilir. Əgər plantasiya 8-10 il davam 
edərsə peyin verilməsini 4-5 ildən bir təkrar etmək lazımdır.
Əkin və qulluq işləri. 
Adətən topinamburu yazda əkirlər. Əgər torpaq qranulometrik tərkibcə 
ağır deyilsə onda payızda da əkin aparmaq olar. Yazda əkinə yazlıqlarla bərabər yaxud kartofdan 10 
gün əvvəl başlayırlar.
Topinamburu gencərgəli üsulla, cərgəarası 60-70 sm olmaqla əkirlər. Cərgədə yumruları ara 
məsafəsi bütün şərtlərdən asılı olaraq 30 sm-dən 60 sm-ə qədər ola bilər. Nəmliklə yaxşı təmin 
olunmuş torpaqlarda hektara 50-60 min yumru götürülür. (40-45 min, hətta quraq yerlərdə 30-35 
min ola bilər). Ən yaxşı əkin materialı kütləsi 40-50 qram olan yumrular hesab olunurlar. İri 
yumruları kəsərək əkmək mümkündür. Payız əkinlərində buna icazə verilmir. Əkin norması 
şəraitdən asılı olaraq 700 kq-dan 2000 kq-a qədər dəyişə bilər. Əkinə başladıqda yumruları həmin 
gün torpaqdan çıxarıb əkməyə başlayırlar. Əgər həmin gün yumrular əkilməsə bürüşürlər, belə 
yumruları suda saxlayaraq bərpa etdikdən sonra əkmək olar. Əkin əllə yaxud kartofəkənlə aparılır. 
Yumruların basdırılma dərinliyi ağır torpaqlarda 6-8 sm, yüngül torpaqlarda 8-10 sm-ə bərabərdir. 
Payız əkinlərində basdırılma dərinliyi 2-3 sm artıq götürülür.
Gözcüklərdəki tumurcuqlar torpaqda 5-6 
0
C temperaturda cücərməyə başlayırlar. 8-10 
0
C-də 
yaxşı cücərti alınır. Çıxışlar 3-4 həftədən sonra alınır. Buna görə də cücərti alınana qədər alaqlarla 


237 
mübarizə məqsədi ilə 2-3 dəfə malalama aparılır. Bitkinin boyu 10-15 sm-ə çatdıqda cərgəarası 
becərməyə başlanılır. 30-40 sm-ə çatdıqda isə dibdoldurma aparılır. Yaşıl kütlə məhsulunu artırmaq 
üçün ucvurma da aparılır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin