Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə254/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   250   251   252   253   254   255   256   257   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Əkinlərə qulluq. 
Kartofa qulluqda əsas məqsəd torpağı yumşaq və alaqdan təmiz 
saxlamaqdır. Suvarmalar və becərmələr yolu ilə torpağın rütubəti tarla su tutumunun 70-80%-i 
qədər saxlanmalıdır. Cücərtilər alınana qədər tarlada alaq otlarının cücərtiləri alınarsa, yaxud torpaq 
səthində qaysaq əmələ gələrsə mala çəkilir. Malalamanı cücərtilərin boyu 10 sm olana qədər 
aparmaq olar. Vegetasiya müddətində 3-4 dəfə kultivasiya aparılır. Qranulometrik tərkibi yüngül 
olan torpaqlrda becərmə dərinliyi 5-7 sm, ağır torpaqlarda isə 10-15 sm hesab olunur. 
Vegetasiya dövründə torpağın becərilməsi malalamalar, kultivatorlarla cərgə və bitki 
aralarının torpağını yumşaltma və dibdoldurmalardan ibarətdir.
Cücərmədən əvvəl və dərhal cücərmədən sonra 1-2 dəfə torlu BSN-4 və BSO-4 malaları ilə 
ya da KON-2,8 PM və KRN-2,8 kultivatorlarına qondarılan BRU-0,77 markalı rotasiya malası ilə 
əkini malalayırlar. Malalama qaysağı dağıdır, torpağın su ehtiyatını qoruyur, hava rejimini 
yaxşılaşdırır, yenicə cücərmiş alaqların 80%-ni məhv edir.
Cücərmədən sonra da, xüsusən yağışlardan və suvarmadan sonra daha 1-2 mala çəkirlər.
Cücərtilər tam aydın göründükdə KON-2,8 P, ya da KRN-2,8 kultivatorları ilə ilk kultivasiya 
çəkilir. Qumsal və yüngül gillicəli torpaqları 6-8 sm, ağır torpaqları 14-16 sm dərinlikdə 
yumşaldırlar. 8-12 gündən sonra kultivasiyanı təkrar edirlər, ya da dibdolduranla 1-ci dibdoldurma 
aparırlar. Bu halda oxvarı pəncə ilə dərin şırım açırlar. Kultivasiyalar zamanı əlavə gübrə verirlər. 
1-ci əlavə gübrə kütləvi cücərmədən sonra təsiredici maddə hesabı ilə 15 kq N, 15 kq P
2
O
5
, 20 kq 
K
2
O verilir. 2-ci əlavə gübrədə (2-ci dibdoldurma zamanı) yenə uyğun olaraq 15 kq azot, 20 kq 


234 
fosfor və 30 kq kalium gübrəsi verilir, yaşıl kütlə yaxşı böyüyürsə 2-ci əlavə gübrədə azot verilmir. 
Bunlardan başqa hər iki əlavə gübrə zamanı hektara 6 ton peyin şirəsi verilir.
Dibdoldurma kartof becərilməsində ən vacib əməliyyatdır. Dibdoldurma KOH-2.8, KUTS–
2.8B, KOKS-0,76 markalı kultivatorla aparılır. Bitkilərin dibi doldurulduqda gövdə üzərində yeni 
köklər və çoxlu stolonlar, yumrular əmələ gəlir, məhsuldarlıq kəskin surətdə artır, yumrular günün 
altına çıxıb yaşıllaşmır və keyfiyyəti yüksək olur. Bunu nəzərə alaraq ən azı 2 dəfə dibdoldurma 
tətbiq edilir. 1-ci dibdoldurma gövdələrin uzunluğu 15-18 sm-ə çatdıqda aparılır və gövdənin baş 
hissəsində 5-7 sm açıq qoyulur. Bir daha gövdələr 13-17 sm-ə çatdıqda eynilə 2-ci dəfə bitkilərin 
dibi doldurulur. Bununla da cərgəarası becərmə dayandırılır. Alaqlara qarşı 2-3 dəfə cərgə aralarına 
kultivasiya çəkilir, ya da bellə yumşaldılır.
Suvarma rejiminin böyük rolu vardır. Faraş kartof kütləvi cücərməyə qədər ən çoxu 1-2 dəfə 
suvarılır. Çox suvarıldıqda torpaq soyuyur, istilik, qida və hava rejimi pozulur. Kütləvi çiçəkləmə 
zamanı və ondan sonra 2-3 dəfə suvarılır. Bu müddətdə suvarmadıqda yumrular çox xırda olur. 
Fitoftoroz kartofa ən çox zərər verən xəstəlikdir. Ona qarşı mübarizə üçün bitkiləri 1% -li 
bordo məhlulu ilə çilənir və hər 7-8 gündən bir təkrar edilir. 
Azərbaycanda son vaxtlar Koloroda böcəyi geniş yayılmış və çox zərər verir. Ona qarşı 
mübarizə üçün böcəklər çoxalan kimi xlorofos məhlulu çilənir. Çiləmə gecikdikdə çoxlu sürfələr 
çıxır və torpağın məsamələrinə də tökülür. Son dövrlərdə Aktara preparatının tətbiqi daha yaxşı 
nəticə verir, hektara 120 qram sərf olunur. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin