Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə250/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   246   247   248   249   250   251   252   253   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Hesablama qaydası 
Tutaq ki, hektardan 300 sentner kartof məhsulnun götürülməsi planlaşdırılmışdır. 100 q torpaqda isə 5 mq P
2
O
5
 
və 6 mq K
2
O vardır.
Bilirik ki, 100 sentner kartof yaşıl kütləsi ilə birlikdə torpaqdan 50 kq azot, 20 kq P
2
O
5
 və 90 kq K
2
O aparır. 
Məhsuldarlıq 300 sentner olduqda isə hektardan 150 kq N, 60 kq P
2
O
5
 və 270 kq K
2
O aparılır.
1 hektar şum qatında mütəhərrik fosforun miqdarı (5*30) – 150 kq və mübadilə olunan kaliumun miqdarı isə 
(6*30) – 180 kq-dır. Bitki isə 5% fosfor və 20% kalium istifadə edir ki, bu da 7,5 kq fosfor və 36 kq kaliuma bərabərdir.
Planlaşdırılmış məhsulu əldə etmək üçün bir hektar sahəyə gübrə ilə aşağıda göstərilənləri vermək lazımdır: 
 
60-7,5=52,5 kq P
2
O
5
 
270-36=234 kq K
2

Kartof bitkisinə 30 ton peyin verilməlidir ki, onun da tərkibində 0,5% N, 0,25% P
2
O
5
 və 0,6% K
2
O vardır.
Beləliklə, 30 ton peyinlə hektara 150 kq azot, 60 kq fosfor və 180 kq kalium verilmiş olur. Bitkilər isə birinci il 
peyinin tərkibindən 25% azot, 40% fosfor və 60% kalium mənimsəyir ki, bu da 37,5 kq azota, 24 kq fosfora və 108 kq 
kaliuma bərabərdir.
Mineral gübrələrlə hektara verilməlidir: 
52,5-24=28,5 kq fosfor 
234-108=126 kq kalium 
Gübrənin tərkibində olan qida maddələrinin istifadə əmsalını nəzərə alaraq gübrənin verilmə normasını artırıb 
hektara vermək lazımdır: 
 
114
25
100
*
5
,
28
=
kq fosfor (təsiredici maddə hesabı ilə) 

180
70
100
*
126
=
kq kalium (təsiredici maddə hesabı ilə) 
Kartofa 100-120 kq-dan çox mineral gübrə verməyi planlaşdırdıqda, N:P:K nisbəti 1:1,7:1,6 kimi olmalıdır. 
Ona görə də biz təxminən 80 kq/ha azot verməliyik. 
Gübrə forması bitkinin bioloji xüsusiyyətlərindən və təsərrüfatın imkanlarından asılı olaraq seçilməlidir. Əgər 
ammonium nitrat (34%), ikiqat superfosfat (48%) və kalium sulfat (48%) istifadə olunursa yuxarıdakı təsiredici maddə 
hesabı ilə olan gübrə normalarını fiziki çəkiyə çevirib torpağa vermək lazımdır: 
Ammonium nitrat
235
34
100
*
80
=
kq = 2,35 sentner 
İkiqat superfosfat
238
48
100
*
114
=
kq = 2,38 sentner 
Kalium sulfat
375
48
100
*
180
=
kq = 3,75 sentner 
Peyin kartof becərmədə geniş istifadə olunan üzvi gübrədir. kartofun gübrələnməsində yarımçürümüş peyindən 
istifadə olunur. Üzvi gübrələr (peyin, kompost) yumrularda nişastanın miqdarını yüksəldir və iriliyini artırır. Xüsusilə 
kartof altına üzvi gübrələr sələfi payızlıq taxıllar olduqda verilir. Yaşıl gübrələr, kompost və s. kartofun 
məhsuldarlığına müsbət təsir göstərir.
Mineral gübrələr bitkinin qida maddələrinə olan tələbatını tam ödəmək üçün (xüsusilə böyümənin ilk 
vaxtlarındakı tələbatını) üzvi gübrələrlə yanaşı verilir.
Aparılmış elmi-tədqiqat işləri göstərir ki, kifayət qədər rütubətli bölgələrdə fosfor və kalium gübrələri peyinlə 
birlikdə şum altına, azot və fosfor gübrəsinin bir hissəsi yazda əkinqabağı becərmədə verilir. Rütubət çatışmayan 


230 
bölgələrdə isə bütün mineral gübrələr payızda, torpağın əsas becərməsi zamanı verilir.
Kartof xlora qarşı həssas olduğu üçün xlorlu kalium gübrəsinin istifadəsi məsləhət görülmür. Kalium sulfat 
(K
2
SO
4
) gübrəsi kartof üçün əlverişlidir.
400 sentner və ondan çox məhsul almaq və yüksək normada (120 kq) mineral gübrə vermək planlaşdırdıqda 
N:P:K nisbəti belə 1:1,5-2:1,35-1,8 olmalıdır. Əgər azotun norması 100-120 kq/ha (P və K ilə bərabər) olarsa gübrənin 
effektivliyi qəti aşağı düşür; vegetasiya müddəti uzanır, yumrular yığım dövründə yetişmir, qabığı bərkiməyir, yığım 
vaxtı zədələnir, pis saxlanılır, bişirdikdə qaralır və dadsız olur . 
Yumruların əkinə hazırlanması üsulları çoxdur. Bunlar yumruların bölünməsi, gözlərin üstündən kəsik açma, 
qızdırma, quru cücərtmə, yumruların gübrələrlə işlənməsi, onların bakterial gübrələrlə işlənməsi və s.- dir. 
Yumruları əkinə qədər 10 - 12 kq-lıq yeşiklərdə 2-3 qat yığaraq 0+2 
0
C-də seçilmədən və köçürmədən 
saxlayırlar: Bu halda yumrular cücərmir. 
Məhsulun tez alınması üçün yuxarıda qeyd olunan üsullarla yumrular əkinə hazırlanır. Habelə boy maddələri, 
qamma-şüalanma və ultrasəslə də işləyirlər. 
Yumruların bölünməsi çox vaxt və zəhmət tələb etdiyi üçün məhdud halda tətbiq edilir, yalnız 100 qramdan iri 
yumrular kəsilir. Kəsilən yerdə adventiv tumurcuqlar əmələ gəlir ki, bunlar da gözcüklər kimi cücərti verirlər. 
Qabaqcadan torpağın daraqşəkilli (tirəşəkilli) kəsilməsi və gübrələrin lokal üsulu ilə (müəyyən həddən kənara 
çıxmamaq) verilməsi yüksək məhsul götürməyə və gübrənin xərcini ödəməyə imkan verir.
Torpaqda humus balansını nizamlamaq məqsədi üçün gilli və qumsal torpaqlara hektara 10-15 ton peyin 
vermək lazımdır.
Növbəli əkin tarlalarında çoxillik otlar olmazsa üzvi gübrələrin miqdarını hektara 5-6 ton artırmaq lazımdır. 
kartof əkinlərində hektara 60-80 ton peyin verilməsi tövsiyə olunur.
Torpağa veriləcək gübrə normasını müəyyənləşdirmək üçün torpağın qida maddələri ilə təmin olunma 
dərəcəsini, fiziki xassələrini, torpaq-iqlim şəraitini və sortun bioloji xüsusiyyətlərini nəzərə almaq lazımdır. Adətən 
saxlayıcılarda kartof yumruları 2-5 
0
C temperaturda saxlanılır. Yumruları şoka salmamaq üçün 15-20 gün müddətində 
temperaturu tədricən 1 
0
C artıraraq 15-20 
0
C-ə çatdırırıq. Sonrakı 15 gündə də cücərtmə davam etdirilir, cəmi 30 gün 
müddətinə yumrular cücərdilir. Cücərtilərin uzunluğu 3-5 mm olarsa normal hesab olunur.
 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin