Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə255/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   251   252   253   254   255   256   257   258   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Məhsulun yığılması. 
Məhsul tam yetişmə dövründə yığılır. Yetişmiş yumruların sıx, 
möhkəm epidermis qatı olur. Onlar qurumuş stolonlardan asanlıqla ayrılır. Adətən yığıma 5-7 gün,
toxumluq sahələrdə isə 10-12 gün qalmış yerüstü kütlə biçilir. Bu iş KİR –1.5 rotasiya aqreqatı ilə 
yerinə yetirilir. Toxumluq sahələrdə yerüstü kütləni maqnezium-xloratın 60%-li məhlulu ilə 
çiləyirlər. Faraş kartof kütləvi çiçəkləmə fazasında hissə-hissə qazılıb realizə olunur. Azərbaycanda 
bu, polietilen altında becərildikdə aprelin 20-25-dən, örtüksüz becərildikdə mayın 10-20-dən 
yığılmağa başlanılır. Yaz-yay dövründə istifadə etmək üçün hissə-hissə qazılır. Lakin, bitkinin 
yerüstü kütləsi (bəlim) quruduqda kartof kütləvi surətdə yetişir və birdən yığıla bilər. Birdəfəlik 
yığmaq üçün əvvəlcə bəlim biçilir (UBD-3 A ilə). Sonra KTN-2B kartofqazanı ilə qazıb yığırlar, ya 
da KKU-2 «Drujba» kombaynı ilə birbaşa yığırlar. Kombayn yumruları torpaqdan, bəlimdən və 
digər qatışıqlardan təmizləyir və bunkerə yığır. Yığılmış yumrular sərilərək qurudulur və iriliklərinə 
görə çeşidlənir (50 q, 50-80 q, 80 q-dan iri). Çeşidləndikdən sonra yumrular xüsusi anbarlarda 
saxlanılır. Yumruların tərkibində nəmlik 75% olduğundan tez xarab olur. Bunun üçün də saxlama 
müddətində optimal temperatur, nəmlik və hava qarışığı olmalıdır. Yumruları yükləyən və 
boşaldan zaman fikir vermək lazımdır ki, düşmə məsafəsi 30 sm-dən artıq olmasın. Yumruları bir 
yerdən başqa yerə daşımaq üçün yaxşı olar ki, yeşiklərdən, səbətlərdən və kisələrdən istifadə 
olunsun. Saxlamaq üçün yumrular anbarlarda 2,5-4,0 metr hündürlüyündə yığılır. Yumrular yaxşı 
havalanma gedən anbarlarda saxlanılır.
Yumrular anbarlarda yığıldıqdan sonra 3-4 həftə 15-16 
0
C temperaturda saxlanılır. Əgər 
yumrularda zədə yoxdursa temperaturu 18 

C-yə çatdırmaq olar. Nisbi rütubət 90-95% olmaqla 
müalicə müddəti 8-10 günə başa çatır. Soyutma (temperaturun aşağı endirilməsi) dövrü (2-ci dövr) 
20-40 gün davam edir. Temperatur tədricən 2-4 
0
C-yə enir. Anbarlarda yumruların əsas saxlanması 
2-4 
0
C-yə və havanın nisbi rütubəti 85-95%-ə bərabər olmalıdır. Faraş kartof orta hesabla 
hektardan 20-35 ton məhsul verir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin