Məhsul yığımı. Yumruların əmələ gəlməsinin başlanğıcına qədər yaşıl kütlə məhsulu artır.
Lakin, bu dövrdə yerüstü kütləni biçmək məsləhət olunmur. Ona görə ki, bu halda yumruların
məhsuldarlığı kəskin azalır. Yaşıl kütləni oktyabr-noyabr aylarında biçmək olar. Yaşıl kütləni
silosyığan kombaynla biçirlər. Bitkini torpaq səthindən 5-6 sm yüksəklikdən biçirlər. Şimal
ölkələrdə 20-30 sm hündürlükdən biçilir, ona görə ki, bu halda yumrular tam yetişmiş olur. Bu
hündürlükdəki gövdələrdən yumrulara plastik kütlə axır və yumruların məhsuldarlığı nəzərə çarpan
dərəcədə artır. Qarışıq silos hazırlayan zaman yumruların bir hissəsini payızda yığırlar. Adətən
yazda gözcüklərdəki tumurcuqların cücərməsinə qədər yumruları çıxarırlar. Donuzçuluq
təsərrüfatlarında erkən yazda topinambur plantasiyalarında donuzları 10-15 gün otarmaq
mümkündür.
Çoxillik bitki kimi topinamburun plantasiyalarına yazda yumruların çıxarılmasına qədər
gübrə verirlər. Əgər plantasiyadan otlaq kimi istifadə edilibsə, otarma qurtardıqdan sonra gübrə
verilməlidir. Yığım zamanı yumruların bir hissəsi plantasiyanı təzələmək üçün hər m
2
-də 8-10
ədədə saxlanılır. Bitkinin hədsiz sıx olmaması üçün müvafiq tədbirlər aparılır.
Çıxışlar ikinci və sonrakı illərdə nisbətən tez alınır. Lakin, yumrular torpağın müxtəlif
dərinliyində olduğuna görə birinci ildəkinə nisbətən çıxışlar bir bərabərdə olmur. Çıxışlar alınana
qədər və çıxışlardan sonra malalama aparılır, bitkinin boyu 15-20 sm- ə çatdıqda əkinləri
kultivatorla işləyirlər. Sonrakı qulluq işləri birinci ildə olduğu kimidir.
Tapşırıq və yoxlama sualları -18 1.
Kartofun istifadəsi barədə danışın.
2.
Kartofun morfoloji xüsusiyyətlərini göstərin.
3.
Vegetasiya müddətində kartof torpağa və temperatur rejiminə nə kimi tələbat göstərir?
4.
Kartofun əkin materialına olan tələbatını göstərin.
5.
Daha çox yayılmış kartof sortlarını sadalayın.
6.
Kartofun degenerasiyası (nəsli pozulma) nədir? Onun qarşısını necə almaq olar?
7.
Toxumluq kartofun becərilməsi üçün hansı torpaqlar yararlıdır?
8.
Kartof əkinləri üçün qabaqcadan şırım açılmasının nə kimi üstünlükləri vardır?
9.
Əkin üçün hansı kütləli yumrulardan istifadə olunur?
10.
Kartof yumrularının cücərdilməsi hansı məqsəd üçün həyata keçirilir?
11.
Yumruların cücərdilməsi şəraiti barədə danışın.
12.
Topinamburun (yeralması) bioloji və aqrotexniki xüsusiyyətlərini göstərin.