35
Bu dövrlərin uzunluğuna və onların nisbətinə müxtəlif amillər, o cümlədən aqrotexniki, təsir
edir. Onların köməyi ilə yarpaq səthinin artması və dövrün uzanmasını tənzimləmək olar. Quraqlıq
şəraitdə bitki sıxlığını, və nəticə etibarilə yarpaq səthini bilərəkdən aşağı salırlar, belə ki, yarpaq
səthi böyük olduqda tiranspirasiya güclənir, nəmlik çatışmazlığından bitki son dərəcə əziyyət çəkir,
məhsuldarlıq azalır.
Kifayət qədər su ilə təmin edilmə zamanı yarpaq səthinin həddindən artıq çoxalması həmçinin
arzu olunmayan nəticələrə gətirib çıxarır. Bu halda biokütlə vegetativ orqanların hesabına kifayət
qədər yüksək sürətlə artır, lakin meyvələrin və toxumun formalaşması pisləşir. Bu cür nəticələr
bitkinin hədsiz qəlizləşməsinə gətirib çıxara bilər. Yem bitkiləri üçün, yarpaqlar təsərrüfat
əhəmiyyətli məhsulun dəyərli hissəsini təmsil edir, hansı ki, yarpaq səthi 60-80 min m
2
/ha çata
bilər.
Beləliklə, yüksək məhsulun əldə edilməsi yarpaq səthinin artmasının optimal gedişindən
asılıdır. Belə qrafiklər hər bir bitki və sort üçün onların konkret becərilmə şəraitində müəyyən edilə
bilər.
Məhsulun formalaşması yalnız yarpaq səthinin böyüklüyündən deyil, lakin onun fəaliyyət
müddətindən asılıdır. Bu göstəriciləri fotosintetik potensialı (FP) birləşdirir. Fotosintetik potensial
dövrün hər hansı müddətində, məsələn ongünlük ərzində, fazalararası dövrlərdə yaxud bütövlüklə
vegetasiya müddəti ərzində müəyyən edilə bilər. FP hər hansı bir dövrün hər günündə yarpaq
səthinin böyüklüyünün yekununu təmsil edir. Əgər yarpaq səthi dövrün başlanğıcında 20 min
m
2
/ha, lakin 10 gündən sonra 28 min m
2
/ha təşkil edirsə, onda FP bu 10 günlük dövrdə (20 + 28) : 2
· 10 = 240 min m
2
· gün/ha-dan ibarət olacaqdır. FP vegetasiya dövrü 110-120 gün təşkil edən yaxşı
inkişaf etmiş dənli bitkilər əkinlərində vegetasiya müddətində 2,0-2,5 milyon m
2
· gün/ha təşkil edir.
Su ilə yaxşı təmin olunmuş və vegetasiya dövrü uzun olan bitkilər üçün FP 4 milyon m
2
· gün/ha
təşkil edə bilər.
Bir sutkada 1 m
2
yarpaq səthinin sintez etdiyi bitkinin quru kütləsinin qramlarla miqdarı
əkinlərin fotosintez intensivliyini xarakterizə edən və özündə əks etdirdiyi fotosintezin xalis
məhsuldarlığıdır (FXM). Buğda və arpa kimi bitkilərdə vegetasiya müddətində orta hesabla
fotosintezin xalis məhsuldarlığı, 5-7 q/(m
2
· gün) təşkil edir. Adətən FXM qarğıdalıda yüksəkdir.
Fotosintezin xalis məhsuldarlığı və eləcədə fotosintetik potensial kimi hər hansı bir dövrdə yaxud
orta hesabla vegetasiya müddətində müəyyən edilir:
Dostları ilə paylaş: