290
çəpişotu yoncaya yaxındır, mikroelementlərin miqdarına görə isə ənənəvi yem bitkilərindən geri
qalmır.
Çəpişotunun cücərtiləri səpindən 8-15 gün sonra əmələ gəlir.
Yerüstü hissəsi çox yavaş
böyüyür, həmçinin kütləsinə görə 2-3 dəfə yerüstü hissəni ötüb keçən güclü və sıx kök sistemi
inkişaf edir. Bununla belə müvəffəqiyyətlə qışlaması üçün 100-120 gün tələb olunur. Vegetasiyanın
sonuna bitkinin boyu 40-60 sm-ə çatır. İkinci və sonrakı illərdə uzanması çox erkən başlayır.
Çiçəkləmə 20-25 gün davam edir. Toxumlar çiçəkləmədən 30-40 gün sonra yetişməyə
başlayırlar. Hava şəraitindən asılı olaraq yazda bitkinin boyunun uzanmasından toxumun
yetişməsinə qədər 2,5-3,0 ay keçir.
Yetişmə prosesində bitkinin budaqları qabalaşır, ancaq yarpaqlarla
birlikdə toxumun tam
yetişməsinə qədər yaşıl qalırlar. Toxum yığılan zaman eyni vaxtda yem məqsədi ilə yaşıl kütlə də
almaq mümkündür.
Yaşıl kütlə yaxud quru ot yığıldıqdan sonra xora məhsulu formalaşır. Onun həcmi birinci
biçindən fərqli olaraq yağıntıların miqdarı və torpağın tarla rütubət tutumundan yüksək dərəcədə
asılıdır. Şəraitdən asılı olaraq vegetasiya müddətində ildə 2-3 biçin almaq mümkündür.
Çəpişotu xüsusən inkişafının başlanğıcında işığa tələbkardır və kölgəliyi sevmir. Örtük bitkisi
hədsiz sıx olmamalı yaxud yatmamalıdır, onu erkən yığmaq lazımdır. Həmin
səbəbdən də adətən
səpin aparılan ili çəpişotu alaqlara qarşı həssasdır.
Çəpişotunun toxumları 5-6
0
C temperaturda cücərir, optimal cücərmə temperaturu 10-12
0
C-
dir. Yüksək soyuğa və şaxtaya davamlılığı ilə fərqlənir. Bitkiyə -3-5
0
C payız və yaz şaxtaları ziyan
gətirmir.
Nəmliyə tələbatına görə çəpişotu yonca və üçyarpaq arasında (müqayisədə) orta vəziyyətdə
durur. Çəpişotunun birinci biçininin formalaşmasına digər paxlalı bitkilərə nisbətən yaz quraqlığı
əhəmiyyətli dərəcədə az təsir edir. Həyatının birinci ili nəmliyin çatışmamasına daha çox həssasdır,
bu vaxt kök sistemi təzəcə formalaşmış olur. Kifayət qədər nəmlik olduqda çəpişotundan daha
yüksək məhsul götürmək mümkündür.
Bu
bitki üçün münbit, yumşaq və nəmli torpaqlar daha yaxşı hesab olunur. Çəpişotunu
müxtəlif torpaqlarda (qaratorpaq, çimli-podzol, çimli-karbonatlı (gilli və qumlucalı),
meliorasiya
edilmiş torflu və subasar torpaqlarda) becərmək mümkündür. Bütün hallarda torpaq
mədəniləşdirilmiş, alaqlardan təmiz, kifayət qədər şum qatı dərin
və üzvi maddələrlə zəngin
olmalıdır. Qida maddələri ilə kasıb torpaqlarda çəpişotu pis böyüyür. Torpaq reaksiyasının məhlulu
neytrala yaxın olmalıdır, bu bioloji azotun təsbit olunması sisteminin yaranmasına köməklik edir.
Dostları ilə paylaş: