289
Şərq çəpişotu çoxillik otvari bitkidir. Güclü kök sistemi torpağın 50-80 sm dərinliyinə işləyir.
Mil kökdən və çoxlu miqdarda şaxələnmiş yan köklərdən
əlavə üzərində yumurcuq bakteriyaları olan sıx şəbəkəli
kökcüklərlə örtülüdür. Mil kökün kök boğazcığında 3-4 ədəd
qışlayan gözcüklər, ondan aşağıda və yan köklərdə kök zoğları
əmələ gəlir. Kök zoğları və qışlayan tumurcuqlar hər il
vegetativ hissəni təzələyirlər. Əsas mil kökün üzərində 7 sm
dərinlikdə 2-18-ə qədər kökümsov gövdəli kök əmələ gəlir.
Onlar üfüqi vəziyyətdə ətrafa 30 sm və artıq yayılır, sonra isə
torpağın səthinə çıxaraq gövdə əmələ gətirirlər. Çəpişotunun
bu, vegetativ çoxalma qabiliyyəti illərlə onun ot durumunu
nəinki seyrəldir, əksinə sıxlaşdırır.
Çəpişotu 10-18 gövdəli, hündürlüyü 150 sm, gövdəsi
dikdayanan, içərisi boş, boruşəkilli, yaxşı yarpaqlanan güclü
kol əmələ gətirir. 1 m
2
-də 120-yə qədər gövdə bitir. Hər
gövdədə 7-14 buğumarası olur, yuxarı hissədə budaqlanandır.
Yarpaqları mürəkkəb, təklələkşəkilli, uzunluğu 14-25 sm, hər
bir yarpaq 9-15 ədəd iri yumurtavarı yaxud uzunsov-
yumurtavarı
yarpaqcıqlardan
ibarətdir.
Yarpaqcıqların
uzunluğu 4-8 sm, eni 2-5 sm-dir. Torlu yarpaq ayası
damarlıdır, qıraqları xırda tükcüklərlə örtülüdür. Yarpaqcığın
yuxarı hissəsi uzunluğu 0,5-1,0 mm olan kiçik çıxıntılara
malikdir. Aşağı yarpaqların saplaqlarının uzunluğu 3-16 sm,
yuxarı yarpaqlarınkı isə 1-6 sm-dir. Quruyan zaman yarpaqlar
tökülmür, quru ot tədarükü üçün bu çox əhəmiyyətlidir.
Çəpişotunun (keçiotu) hamaşçiçəyi hər bir budaqda
uzunluğu 15-20 sm salxım olan 3-4 ədəddir – çiçək
salxımında 25-50 ədəd göy-bənövşəyi (bəzən ağ) rəngli iri
çiçəklər vardır. Onların miqdarı təsərrüfat ilindən və becərilmə texnologiyasından asılıdır. Bol
çiçəkləmə 18-25 gün davam edir. Meyvəsi 3-7 toxumlu paxladır, yonca və üçyarpağa nisbətən
əhəmiyyətli dərəcədə iridir. Toxumları böyrəkşəkilli sarımtıl-yaşılımtıl yaxud sarı rənglidir, uzun
müddət saxladıqda açıq-darçını, sonra isə tünd-darçını rəng alır. 1000 ədəd toxumun kütləsi 5,5-9,0
qramdır. Çəpişotunda bərk toxumluluq 50-98% təşkil edir, onların miqdarının çox olması quraqlıq
keçən illərdə müşahidə edilir.
Dostları ilə paylaş: