Növbəli əkində yeri. Xəşəmbül üçün başdan-başa becərilən (kartof, çuğundur, qarğıdalı və s.)
bitkilər ən yaxşı sələflərdilər. Ancaq o tələbkar bitki olmadığına görə onu müxtəlif sələflərdən sonra
becərmək mümkündür.
Gübrələmə sistemi. Dənli taxıl bitkilərinə nisbətən xəşəmbül torpaqdan daha çox, kalsium -3-
5 dəfə, kalium -2-3, fosfor -1,5-2,5 dəfə artıq istifadə edir. Bir ton quru otun formalaşması üçün o
torpaqdan 3,0-3,5 kq fosfor, 30-24 kq kalium və 15-16 kq kalsium aparır.
Tövsiyə olunur ki, xəşəmbül əkinlərinin hər hektarına 300-400 kq superfosfat və 150-200 kq
kalium duzu verilsin. Gübrə ya örtük bitkisi altına yaxud onun yığımından sonra yayın axırında
verilir.
Torpağın becərilməsi. Xəşəmbül əksər hallarda hər hansı bir örtük bitkisi altına səpilir. Ona
görə də torpağın becərilməsi onun üçün qəbul olunmuş texnologiya əsasında həyata keçirilir.
Səpin. Xəşəmbülün uzun illər cücərmə qabiliyyətini saxlayan çoxlu miqdarda bərk toxumları
olur ki, bunlar səpilən ili cücərti vermirlər. Bu toxum qılafının daha sıx olmasından asılıdır ki,
suyun endosperma daxil olmasını buraxmır. Onu pozmaq üçün toxum cızma (skarifikasiya) üsulu
ilə hazırlanır. Bu xüsusi maşından skarifikatordan (yonca doğrayan) 1-2 dəfə keçirməklə yerinə
yetirilir.
Səpindən qabaq toxumlar diqqətlə təmizlənərək tələbata cavab verməlidir. Səpin norması
hektara 20-25 kq-dır, toxumun basdırılma dərinliyi isə 3 sm-ə qədərdir. Xəşəmbül yazlıq dənli taxıl
bitkiləri ilə eyni vaxtda, seyrək hallarda örtük bitkisində 2-4 yapaq əmələ gəldikdə səpilir.
Əkinlərə qulluq. Örtük bitkisi yetişən kimi o təcili olaraq yığılır, küləş isə sahədən çıxarılır.
Bu iş nə qədər tez başa çatsa payızdan bitkinin
kök boğazcığında bir o qədər çox yeni gözcüklər
əmələ gəlir,
quru ot məhsulu yaxud həyatının ikinci ili toxum məhsulu yüksək olur. Örtük bitkisi
yığıldıqdan sonra zəruri hallarda mineral gübrə verilir.