293
22.2.1. Çəmən Pişikquyruğu
Əhəmiyyəti.
Çəmən pişikquyruğu ən çox yayılmış taxıl otu növüdür. Təmiz və sıxlaşdırılmış
əkinlərdə becərilir. Çəmən pişikquyruğunun hər 100 kiloqramında 3,1 kq həzmə gedən zülal, 7,2%
protein vardır. Zülalın mənimsənilməsi digər taxıl otları
ilə müqayisədə az, 52%-dir.
Pişikquyruğunun çəmən üçyarpağı yaxud digər paxlalı otlarla qarışıq becərilməsi yemin
keyfiyyətini yaxşılaşdırır. Çəmən pişikquyruğunun əsas yaxşı cəhəti yüksək turşuluğa dözməsi və
mineral qida elementləri ilə kasıb torpaqlarda boy atmaq qabiliyyətidir. Hansı
yerdə ki, digər ot
növləri
pis bitir, orada pişikquyruğu qənaətbəxş məhsul verir. Meşə, meşə-çöl və dağlıq sahələrdə ot
çalımı və otlaq üçün əkilir. 100 kq quru otunda 50 yem vahidi və 5 kq zülal var.
Pişikquyruğunun yemlik keyfiyyəti yüksəkdir. Yemin tərkibində 10-12%-ə qədər zülal olur.
Bütün heyvanlar onu iştahla yeyirlər. Azərbaycanın dağlıq və dağətəyi
bölgələrində çəmənçiliyi
inkişaf etdirmək və dəmyə şəraitdə biçənək yaradıb yem istehsalını artırmaq üçün böyük əhəmiyyəti
vardır.
Çəmən pişikquyruğunun hər hektarından orta hesabla 15-50 sentner quru ot tədarük olunur.
Botaniki təsviri -
Çəmən pişikquyruğu
(Phleum pratense L.)
çoxillik seyrəkkollu ot
bitkisidir. Kök sistemi (koma halda) saçaqlıdır, torpağın əsasən əkin qatında yerləşir.
Çoxlu
miqdarda incə kökcükləri olur. Kökü torpağın 80-100 sm dərinliyinə qədər uzanır. Gövdəsi içərisi
boş, silindr şəkillidir, aşağı hissəsi əyiləndir. Gövdənin hündürlüyü 1 metrə çatır. Çiçək qrupu sıx
sünbülə bənzər süpürgədir (soltandır). Sünbülcüyü xırda, birçiçəklidir. Meyvəsi uzunsov-oval
dəndir. Toxumları xırda boz-sarı rənglidir. Mütləq kütləsi 0,4-0,5 qr-dır.
Avropa, Asiya və Afrikada 15 növü, Azərbaycanda isə 3 növü məlumdur.
Dostları ilə paylaş: