294
Torpağın becərilməsi.
Çəmən pişikquyruğunun toxumları çox xırda,
cavan cücərtilərin
inkişafı yavaş getdiyinə görə torpağın ciddi hazırlanmasına tələbkardır. Toxumlar, alaq otlarından
təmiz, məsaməli və səthi düz olan torpağa 0,5-1,0 sm dərinliyində basdırılır. Kövşənlik üzlənir və
payız şumu aparılır. Erkən yazda malalama ilə yanaşı kultivasiya çəkilərək torpağın üzərini xüsusi
alətlərlə hamarlayırlar və sonra çəmən pişikquyruğunu yazlıq taxıllar altına örtük bitkisi kimi
səpirlər. Eyni zamanda son illərdə taxıl otlarının yay əkinlərinin örtüksüz
bitki kimi becərilməsi
geniş tətbiq olunur.
Gübrələmə.
Mineral gübrələrin əsas hissəsini çəmən pişikquyruğu kollanma və borulaşma
dövründə mənimsəyir. Alaqlanmanın qarşısını almaq üçün yaxşı olar ki,
çəmən pişikquyruğunun
sələfi altına 30-40 ton peyin verilsin. Azot gübrəsinə tələbkar bitkidir. Gübrə verilmədən hektardan
2 sentner toxum alınır, lakin hektara 40 ton peyin verildikdə məhsuldarlıq hektardan 10 sentner
1
2
3
4
5
6
7
8
9
295
olmuşdur, hektara 90 kq azot verdikdə isə məhsuldarlıq 3 sen-dən 5 sen-ə qədər yüksəlir.
Səpin.
Gencərgəli səpinlərdə çəmən pişikquyruğunun səpin norması hektara 4-5 kq, adi
cərgəvidə isə 8-10 kq-dır. Yonca və üçyarpaqla qarışıq əkinlərində onu hektara 4-6 kq səpirlər.
Əkinlərə qulluq
. Əkinlərə ən çox alaq otları zərər vurur. Ən qorxulu dövr səpindən 1,5-2,0
ay keçənə qədərdir. Çıxışlar alındıqdan
sonra
birinci cərgəarası becərmə aparılır. İkinci
cərgəarası becərmələr alaq otları göründükdə
aparılır. Lazım gəldikdə
üçüncü becərməni də
aparmaq mümkündür. Erkən yazda toxumluq
sahələrə gübrə verilərək iki iz malalanır. Alaq
otlarına qarşı mübarizə məqsədi ilə hektara 0,4-
0,8 kq 2,4-D (butil efiri) herbisidi 2-3 yarpaq
əmələ gəldikdə
və borulaşma dövrünə qədər
çilənir.
Məhsul yığımı.
Məhsul tam yetişkənlik
dövründə
birbaşa kombaynla, mum yetişkənlik
dövründə isə hissə-hissə yığılır. Kombaynla
yığılmış ot toxumu
adətən çox zibillənmiş və
hədsiz nəmli olur. Yığılmış toxum sərilərək
çevrilir,
quruduqdan
sonra
sort
ayıran
maşınlarda çeşidlənir və kisələrə doldurulur.
Toxumun nəmliyi 15%-dən artıq olmamalıdır.
Dostları ilə paylaş: