312
üst qatında yerləşir. Nəmlik çatışmadıqda kollanması, bitkinin boyu və məhsuldarlığı kəskin aşağı
düşür. Nəmliyi bol olan torpaqları sevir.
Qaramuq müxtəlif münbit torpaqlarda: gilli, gillicəli, qurudulmuş torflu torpaqlar, qumsal və
nəmli torpaqlarda yaxşı bitir. Karbonatlı qara torpaqlar və turş podzol torpaqlarda da inkişaf edir.
Qaramuq bir rüşeym kökündən cücərir. Kollanma 3-4 yarpaq fazasından başlayır.
Başdan-
başa səpində kollanma enerjisi 3-6, seyrəlmiş kollarda cavan budaqların miqdarı 200-ə çatır. Zoğ
əmələgəlmə bütün vegetasiya dövründə davam edir. Buda ki, vegetasiya
müddətində mümkün
qədər bir neçə dəfə biçin alınmasına səbəb olur.
Birillik qaramuğun yerüstü kütləsi tez formalaşır. Bu tezliklə yetişən taxıl otudur. Çiçəkləmə
cücərtilər alındıqdan 35-60 gün sonra başlayır, vegetasiyanın tam müddəti 60-90 gün arasında
tərəddüd edir. Birinci biçinlə ikinci biçin arası adətən 30-35 gün, ikinci və üçüncü biçin arası isə 45-
50 gündür.
Dostları ilə paylaş: