41
səviyyəsindən və mövcud herbisidlərdən, torpağın səpinə hazırlanmasının keyfiyyətindən əldə olan
müvafiq texnikadan asılıdır (cədvəl 11).
Görünür ki, qarpız, yemiş və balqabağı kimi iri yarpaqlı uzunluğu 2-4
metr olan sürünən
gövdəli bitkiləri cərgə araları 45-60 sm formada becərmək mümkün deyil. Adətən onlar cərgə
araları 120-200 sm və cərgədə bitki arası məsafə 100-150 sm olmaqla səpilir. Balqabağı və yunan
qabağı bitkilərinin cərgə arvalarını bir qədər az saxlayaraq əkirlər.
Zahiri görünüşü daha yığcam (az) olan kartof bitkisi cərgəarası 70 sm olmaqla səpilir.
Cərgəarası belə olan bitkilərin dibinin doldurulması zəruridir.
Bitkilərin səpin üsulları onun becərilmə məqsədindən asılıdır. Məsələn, yem məqsədilə
çoxillik otları cərgəvi yaxud dar cərgəvi, lakin toxum üçün cərgə araları 45-60 sm olan gen cərgəli
üsulla səpirlər. Qarğıdalı dən üçün yalnız gencərgəli üsulla cərgəarası 70 sm olmaqla səpilir, lakin
yaşıl kütlə məqsədilə onu herbisid tətbiq etməklə cərgəvi üsulla səpmək olar.
Səpin üsuluna eləcə də tarlanın zibillənmə dərəcəsi və herbisidin mövcud olması təsir edir.
Məsələn, yem paxlası, lobya, noxud və soya kimi bitkiləri alaqlardan təmiz tarlalarda yaxud
mövcud müvafiq herbisidlərdən istifadə etməklə cərgəvi üsulla cərgəarası 20 sm, hətta 15 sm
olmaqla daha çox toxum məhsulu almaq məqsədilə səpmək mümkündür.
Lakin herbisid iştirak
etmədən alaqlarla zibillənmiş tarlalarda onlarla mübarizə məqsədilə cərgə aralarının becərilməsinin
köməyi ilə gencərgəli (cərgə araları 45-60 sm) olmaqla səpilir.
Torpağın səpinqabağı hazırlanmasının keyfiyyəti
cərgəvi
yaxud
dar cərgəvi
səpin üsulunun
seçilməsindən asılıdır. Dar cərgəvi səpin üsuluna görə tarlada iri kəsəklər və parçalar olmamalıdır,
ona görə ki, onlar darcərgəli gavahınların (cığıraçan,) arasından keçmir. Kəltənli sahələrdə cərgəvi
səpinin yalnız diskli gavahınlı aqreqatlarla aparılması mümkündür.
Çarpaz
səpin perpendikulyar
yaxud kəsişən istiqamətdə cərgəvi səpən aqreqatla səpin normasının yarısı qədər həyata keçirilir.
Çarpaz səpinin məqsədi toxumun tarla boyu daha bərabər paylaşdırılmasıdır, çatışmayan cəhəti isə
səpinə ikiqat əmək və enerji sərfidir.
Cədvəl 10
Dostları ilə paylaş: