Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Bitkilər Səpin norması hektara mln



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə39/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   35   36   37   38   39   40   41   42   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bitkilər Səpin norması hektara mln. 
ədədlə (toxum, yumrular)
Pişikquyruğu 7 - 10 
Arpa 4 - 7 
Payızlıq buğda 3 - 6 
Sürünən üçyarpaq 2 - 4 
Çoxillik lüpin 2
Noxud 0,8 - 1,5 
Yem paxlası 0,6 – 1,1 
Soya 0,3 – 0,8 
Silosluq qarğıdalı 0,07 – 0,12 
Orta tezyetişən kartof 0,03 – 0,07 
Yemiş 0, 0025
İstər azaldılmış, istərsə də artırılmış səpin normaları hər hansı bitkinin məhsulunun az 
toplanmasına gətirib çıxarır. Hər hansı bir növü mədəni hala salan zaman bitkiçi onun üçün 
təcrübəyə əsaslanan optimal səpin normasını müəyyən edir. Bundan başqa, yaradılmış sorttiplərin 
bu normaları bir daha dəqiqləşdirilir. Yeni torpaq-iqlim zonalarında bitkilərin becərilməsi həmçinin 
səpin normasının düzəldilməsini tələb edir. Beləliklə, hər bir bitki yüksək məhsul formalaşdırmaq 
üçün yalnız özünün müəyyən ciddi səpin normasını yox, lakin bu bitkinin hər bir növünü, hər bir 
sorttipini tələb edir.
Toxumun 
səpin norması
bitkinin morfologiyasından, becərilmə məqsədindən, sortun bioloji 
xüsusiyyətlərindən, bölgənin ekoloji şəraitindən və səpin üsulundan asılıdır.
Görünür, bitkinin görkəmi nə qədər kiçikdirsə, o qədər az sahə tutur.
Bir yemiş bitkisi üfüqi proyeksiyada 3,5 - 4,0 m

- ə qədər yer tutur. Belə görkəmdə 1 hektara 
2,5 min bitki yerləşdirmək mümkündür. Beləliklə, müxtəlif bitkilərin səpin norması birinci növbədə 
bitkinin görkəmindən, onun morfoloji xüsusiyyətlərindən asılıdır. Eyni bitkinin müxtəlif sortlarının 
səpin norması həmçinin eyni şəraitdə 1,5 - 2,0 dəfə dəyişir. Məsələn, kartofun gec yetişən sortları 
hektara 30-35 min, lakin tez yetişən sortları isə 60-75 min norma ilə əkilir. Zəif məhsuldar 
kollanmaya malik olan buğda sortları hektara 6 milyon, lakin güclü kollananları isə 5 milyon 
cücərmə qabiliyyətli toxum norması ilə səpilir.
Bitkinin becərilməsinin məqsədi, eləcə də sortlar səpin normasına əhəmiyyətli dərəcədə təsir 
edir. Məsələn, kartofun ərzaq məqsədi üçün becərilən tez yetişən sortları 1 hektara 50-55 min, lakin 
toxum üçün 65-75 min yumru norması ilə əkilir. Çoxillik paxlalı otları yem üçün 1 hektara 4 
milyon, ancaq toxum üçün enli cərgəli əkin zamanı 0,5-1,0 mln. cücərmə qabiliyyətli toxum 
norması ilə səpilir.
Bölgələrin ekoloji şəraiti səpin normasına güclü təsir edir. Məsələn atmosfer çöküntülərinin 
illik yekunu 300-400 mm və fəal temperatur cəmi 3000-3500 
0
C olan quraqlıq rayonlarda yığım 
dövründə hektarda 20-25 min bitki sıxlığını təmin etməyə görə dən üçün qarğıdalı 1 hektara 26-33 
min cücərmə qabiliyyətli toxum norması ilə səpilir. Atmosfer çöküntülərinin miqdarı 400-500 mm 
olduqda səpin norması 40-52 min-ə qədər (yığım dövrünə 30-40 min bitki), lakin kifayət qədər 
nəmlik olan ərazilərdə hektara 56-84 minə qədər səpin norması artırılır.


43 
Birinci qrup dənli taxıl bitkiləri üçün səpin normasının dəyişməsinin oxşar qanunauyğunluğu 
nəmliklə təmin olunmadan asılı olaraq nəzərə çarpır. Məsələn kifayət qədər nəmliyi olan bölgələrdə 
arpanın səpin norması hektara 6 milyon ədəd, ancaq quraqlıq bölgələrdə isə hektara 3,5 - 4,0 milyon 
ədəd təşkil edir.
Beləliklə, bitkinin səpin normasını düzgün seçmək üçün, tarlada konkret sortu təyin etmək, bu 
bitkinin zahiri görünüşünə və morfologiyasına görə hansı növün qrupuna aid olmasını, səpin 
normasının mümkün olan miqdarını müəyyən etmək zəruridir. Sonra sortun xüsusiyyətlərini və 
bununla əlaqədar olaraq səpin normasını dəqiqləşdirməklə, becərilmənin məqsədinə və səpin 
üsuluna düzəliş edilməsini aydınlaşdırmaq lazımdır. Konkret tarlada mövcud sortun səpin norması
bölgənin ekoloji şəraitini nəzərə almaqla, həmin tarlada qəti surətdə müəyyən edilir.
1 m

- də 120-200 bitki sıxlığı yaxud hektara 1,2 - 2,0 milyon ədəd cücərmə qabiliyyətli 
toxum səpilən zaman yoncadan maksimum yaşıl kütlə və quru ot məhsulu almaq olar. Yoncanın 
xırda toxumları torpaq qatının 1-2 sm-lik dərinliyindən deşib keçərək müvəffəqiyyətlə ləpə 
yarpaqlarını torpaq səthinə çıxarırlar. Onların 3 sm dərinə salınması tarla cücərməsini 2-3 dəfə aşağı 
salır, 4 sm dərinlikdə bir qayda olaraq əkinlər məhv olur.
Toxumun basdırılma dərinliyi 
torpağın nəmliyindən, onun qranulometrik tərkibindən, 1000 
ədəd toxumun kütləsində, ləpə yarpaqlarını torpaq səthinə çıxarıb-çıxarmasından asılıdır. Müxtəlif 
qrup bitkilərin toxumlarının basdırılma dərinliyinin diapazonu 11 saylı cədvəldə göstərilmişdir. 
Toxumun basdırılma dərinliyinin həlledici amili torpağın üst qatının nəmli olmasıdır. Dənli 
taxıl bitkilərinin toxumlarının şişərək cücərməsi üçün dənlər ilkin kütləsinin 60-65%-i, lakin paxlalı 
bitkilərin toxumları isə 100-120%-i qədər nəmlik qəbul etməlidirlər. 
Əgər səpin dövründə torpağın üst təbəqəsi tapanlandıqdan sonra nəmlik aşağı deyilsə, onda 
kartof və topinamburdan başqa, bütün bitkilərin toxumlarının minimum (xırda toxumlular 0,5-1,5 
sm, dənli taxıl və dənli-paxlalılar 2-3 sm) basdırma dərinliyinə riayət etmək lazımdır. Əgər torpağın 
üst təbəqəsi (2-3 sm) quruyaraq onun nəmliyi TRT-nun 40%-nə qədər enərsə, o vaxt dənlilərin 
toxumlarını daha dərin qata, həmin bitkinin optimal basdırılma dərinliyindən az olmayaraq 
basdırmaq lazımdır. Üst təbəqəsi qurumuş olan torpaqlarda xırda toxumlu bitkiləri səpilmir, belə ki, 
yağıntılar düşənə və həmin qatın nəmlənməsinə qədər onlar cücərmirlər.
Cədvəl 11 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin