51
Pişikquyruğunu yonsa qarışığı ilə səpmək məsləhət görülmür, çünki, yoncanın yığım
yetkinliyi pişikquyruğuna nisbətən tez başlayır və ümumi məhsul yığımının az olması qaçılmazdır.
Çox çalımlı və uzun ömürlü əkinlər
tarla növbəli əkinlərində yetişdirilən paxlalı, dənli taxıl və
çox komponentli ot üçün toxum qarışıqları tərtib edilən zaman amilləri nəzərə almaq lazımdır. Bir
çox bitkilər öz bioloji xüsusiyyətlərinə görə, genotipindən asılı olaraq, biçindən sonra tez böyüyür
və vegetasiya müddətində 2-3 və daha çox biçin verə bilirlər. Çoxillik paxlalı otlardan yonca bitkisi
çox çalımlılığı ilə digər otlardan fərqlənərək, suvarma şəraitində hər il 4-5 biçin verə bilir.
Yoncanı ancaq qılçıqsız tonqalotu yaxud çox çalımlı qaramuqla daha yaxşı uyğunlaşdırmaq
olar. Bu bitkilərin böyümə sürəti (tempi) və yığım yetkinliyi üst-üstə düşür və onlar eyni miqdarda
çalım verirlər.
Yoncanı pişikquyruğu ilə birgə səpən zaman ikinci və sonrakı biçinlərdə məhsul yalnız
yoncanın hesabına formalaşır, ümumi məhsuldarlıq aşağı enir. Bundan əlavə pişikquyruğunun
potensial məhsuldarlığı qılçıqsız tonqalotu yaxud çox çalımlı qaramuqa nisbətən daha azdır. Ot
üçün toxum qarışığını tərtib edən zaman komponentlərin qarışığının uzun ömürlülük amilini nəzərə
almaq olduqca vacibdir. Məsələn, çəmən üçyarpağının əksər sortları əkinin istifadə edilməsinin
birinci ili maksimum yaşıl kütlə məhsulu verir. İstifadəsinin ikinci ili onun məhsuldarlığı 30-40%
azalır, lakin üçyarpağın üçüncü ili daha da aşağı düşür. Bir qayda olaraq çəmən üçyarpağı bir,
maksimum iki il istifadə olunur. Çəmən pişikquyruğunun məhsulu istifadəsinin birinci ili ikinci ilə
nisbətən aşağı olur. Ona görə də üçyarpaq-pişikquyruğu qarışığının məhsuldarlığı istifadəsinin
ikinci ili zamanı birinci ildə olduğu kimi də qalır. İstifadənin birinci ili məhsul üçyarpağın hesabına,
ikinci ili isə əsasən pişikquyruğunun hesabına formalaşır.
Düzgün istifadə edilmə (istismar) zamanı yonca əkinləri 6-8 il yüksək məhsul verə bilər. Bu
bitkinin məhsuldarlığı istifadəsinin 3-cü ilinə qədər artır, sonra 2-3 il o dəyişmir, əlbəttə sonra
tarlanın məhsuldarlığı aşağı enməyə başlayır. Eləcə də qılçıqsız tonqalotunun məhsuldarlığı bir neçə
il yüksək olaraq qalır. Bu əlamətlərinə görə yonca-tonqalotu qarışığı daha uyğun gəlir.
Dostları ilə paylaş: