Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Birnövlü əkinlərin üstünlükləri və çatışmazlıqları



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə44/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   40   41   42   43   44   45   46   47   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Birnövlü əkinlərin üstünlükləri və çatışmazlıqları.
Bitkiçilik inkişaf etdikcə insanlar ayrı-
ayrı bitkiləri seçərək onları təmiz halda əkməyə başladılır, ondan ötrü ki, faydalı bitkiləri digər 
növlərin rəqabətindən azad etsinlər və ən çox məhsul əldə etmək üçün vahid sahədə bitki 
yetişdirsinlər. Birnövlü bitki assossiasiyası bu cür meydana gəldi. Çörək bişirmək üçün təmiz 
buğda, təmiz çovdar, təmiz arpa, təmiz qarğıdalı və s. almaq lazım idi. Dənli taxıl bitkilərini 
birlikdə becərərkən, məsələn buğda və çovdar, buğda dəninin un üyütmə və çörək bişirmə 
keyfiyyətini aşağı salır.
Bitkiçiliyin sonrakı tarixi kənd təsərrüfatı bitkilərinin təmiz əkinlərinin becərilmə 
texnologiyasının təkmilləşdirilməsini özündə əks etdirir. Bu cəhətdən əl əməyindən 
mexanikləşdirilmiş kənd təsərrüfatı maşınlarına keçilməsini ayrı-ayrı bitkilərin biologiya və 
morfologiyasına uyğunlaşdırmaqdır. Dənli taxıl bitkilərinin, çuğundurun, pambığın və digər kənd 
təsərrüfatı bitkilərinin yığımı üçün kombaynlar bu cür yaranmışdır.
Elmi əsaslandırılmış kənd təsərrüfatı bitkilərinin becərilmə texnologiyası, bitkiləri alaqlardan, 
zərərverici və xəstəlik törədicilərindən mühafizə etmək üçün kimyəvi vasitələrin tətbiq 
edilməsindən ibarətdir. Hesab olunur ki, pestisidlərin seçicilik qabiliyyəti nə qədər artıqdırsa, onun 
aqronomik qiyməti o qədər yüksəkdir. Lakin tətbiq edilən herbisidlərin əksəriyyəti kifayət qədər 
geniş növ diapazonlu zəhərli təsirə malikdirlər, onların qarışıq əkinlərdə istifadəsi ola bilsin ki, 
qeyri mümkündür. Məsələn, treflan herbisidi soyanın təmiz əkinlərini alaq otlarından yaxşı 
təmizləyir, ancaq onu qarğıdalı-soya qarışığına tətbiq etmək olmaz, belə ki o qarğıdalını boğur.
Beləliklə, təmiz əkinlərin (bir növlü) əsas üstünlüyü ondan ibarətdir ki, yüksək texnologiya 
tətbiq etməklə, vahid sahədə mövcud növdən daha yüksək və keyfiyyətli məhsul yığımını təmin 
etmək mümkündür. 
Bir növlü əkinlərin çatışmayan cəhətinə, aşağı keyfiyyətli ayrı-ayrı yem bitkilərini, xüsusən 
enli cərgəli əkilən bitkilərdə əkin sahəsinin tam istifadə edilməməyini aid etmək mümkündür. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin