Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə390/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   386   387   388   389   390   391   392   393   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Növbəli əkində yeri.
Uzun lifli kətan növbəli əkinlərdə sələflərə və bitkilərin düzgün 
növbələndirilməsinə tələbat göstərən bitkilərə aiddir. Kətanın daima eyni tarlada əkilməsi yaxud 
tez-tez öz tarlasına qaytarılması, torpaqda patogenlərin - fuzarioz, antraknoz və polisporiozun 
törədicilərinin toplanması üzündən, məhsul azalır yaxud da tamamilə məhv olur. 
Çoxillik paxlalı otları (üçyarpaq) uzun lifli kətan üçün daima daha yaxşı sələf hesab etmək 
olmaz. D. N. Priyanişnikov kətanın məhsuldarlığına üçyarpağın müsbət təsirini qeyd etmişdir. 
Üçyarpaqdan sonra kətan becərməyə ona görə üstünlük verilərdi ki, gübrədən az istifadə olunsun. 
Yüksək münbit torpaqlarda çoxillik otlar digər sələflərdən bir qədər geri qalır. Ona görə də intensiv 
növbəli əkinlərdə kətanı yaxşı becərilmiş torpaqlarda payızlıq çovdar, yazlıq buğda, 
kökümeyvəlilər, kartof, noxud və digər bitkilərdən sonra yerləşdirmək daha məqsədə uyğundur. Bu 
sələflərdən sonra kətanın gövdəsi daha hamar, yatmaya qarşı davamlı, mexaniki yığıma daha yararlı 
olur.
Lakin kartof altına verilmiş üzvi gübrənin yüksək normasında çox vaxt azotun artıqlığı yaranır 
və kətan əkinlərinin yatmasına səbəb olur. 
Qərbi Avropa ölkələrində (Hollandiya, Belçika və s.) çoxdan becərilən və yaxşı gübrələnmiş 
torpaqlarda kətanın ən yaxşı sələfləri buğda, arpa, kartof, şəkər çuğunduru və s. bitkilər hesab 
olunur. Üçyarpaqdan sonra becərilən kətan gec yetişir və lifin keyfiyyəti nisbətən aşağı olur. 
Uzun lifli kətanın məhsulu vaxtında yığılarsa ondan sonra növbəli əkində yazlıq buğdanı, 
çuğunduru, kartofu və s. bitkiləri yerləşdirmək olar.
Gübrələmə sistemi.
Uzun lifli kətanın qida maddələrinə tələbatı kifayət qədər yüksəkdir. Bir 
ton lif yaratmaq üçün o torpaqdan 80 kq azot, 40 kq fosfor və 70 kq kalium aparır ki, bu da 1 ton 
xam məhsulu yaratmaq üçün pambıq bitkisinin apardığından 1,5 dəfə çoxdur.
Əsas qida elementləri uzun lifli kətanın məhsuldarlığına və keyfiyyətinə müxtəlif dərəcədə 
təsir göstərir.
Azot elementi uzun lif məhsulunun artmasına səbəb olur. Lakin onun çatışmaması bitkinin 
vegetasiya müddətini uzadır, onların yatmasına və çox hissəsinin xəstəliklərlə zədələnməsinə səbəb 
olur, nəticədə məhsuldarlıq və lifin keyfiyyəti əhəmiyyətli dərəcədə aşağı düşür. Azotun 
çatışmaması xüsusən cinaqşəkilli fazada nəzərə çarpır.
Fosfor həyatının ilk dövrlərində kətan üçün çox vacibdir. Fosfor qidası kifayət qədər olduqda 
bitkinin yetişməsi sürətlənir, lif və toxum məhsulu yüksəlir. 
Kalium gövdədə ibtidai (başlanğıc) liflərin miqdarını artırır, lif çıxımı və onun keyfiyyətini 
yüksəldir, bitkilərin yatması qorxusunu aşağı salır. Kalium elementi kətanın boy atmasının birinci 
üç həftəsində və qönçələmə fazasında xüsusən zəruridir.
Kətan mineral gübrələrdən qida elementlərini müxtəlif dərəcədə istifadə edir: asan hidroliz 
olunan azot təxminən 30-90% mənimsənilir, fosfor 10-25%, kalium isə 26-40%, torpaqdan isə 
müvafiq olaraq 20-30, 6-13 və 12-13%.
Çoxillik tədqiqatlarla müəyyən edilmişdir ki, daha yüksək və yaxşı keyfiyyətli məhsul əldə 
etmək üçün kətan altına tam mineral gübrə verilməlidir. Məhsul artımı 40%, toxum məhsulu isə 
30% olmuşdur.
Əgər hektardan 30-40 sentner quru ot məhsulu əldə edilmiş üçyarpaqdan sonra kətan 
yerləşdirilərsə, kətan altına 15 kq azot verilməsi tövsiyə olunur, lakin məhsul 45-50 sentner olduqda 
kətan əkinlərinə azot gübrəsinin verilməsi məsləhət görülmür. 
Kətan hektardan 25 sentner dən məhsulu götürülmüş yazlıq taxıllardan sonra yerləşdirilərsə 30 
kq azot, yaxud hektara 1 sentner ammonium şorası; məhsuldarlıq hektardan 25-35 sentner olduqda 
20-25 kq azot, yaxud 0,6-0,7 sentner ammonium şorası; hektardan 35 sentnerdən çox dən məhsulu 


332 
götürüldükdə isə 15-17 kq azot, yaxud hektara 0,5 sentner ammonium şorası verilməsi tövsiyə 
olunur. 
Kətan altına tam mineral gübrə N : P : K, azotla zəif təmin olunmuş torpaqlarda 1:2:3 
nisbətində, azotla yüksək dərəcədə təmin olunmuş torpaqlarda isə 1:3:4 nisbətdə verilir. 
Azot gübrəsi kətan altına yazda, fosfor və kalium isə payızda şum altına yaxud şumdan dərhal 
sonra verilir. Mütəhərrik fosfor və kaliumla az təmin olunmuş torpaqlarda, eləcə də ağır rabitəli 
torpaqlarda fosfor və kalium gübrələrini yaxşı olar ki, iki müddətdə: 50%-ni payızda şum qabağı, 
50%-ni isə erkən yazda, torpağın səpinqabağı becərilməsindən əvvəl verilməsi daha yaxşıdır. 
Mikroelementlərdən kətan xüsusən bor elementinə ehtiyac göstərir. Bor tərkibli gübrələrin 
yazda kultivasiya qabağı hektara 0,2-0,3 sentner verilməsi tövsiyə olunur. 
Kətan altına mineral gübrələrdən əlavə hər 100 kq lif hesabı ilə hektara 100 kq odun külü 
verilməsi tövsiyə olunur. 
Əkinlərin alaqlanması, alabəzəkliyin olmaması və bitkilərin yatmasının qarşısını almaq üçün 
kətan altına bilavasitə peyin verilmir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   386   387   388   389   390   391   392   393   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin