90
gəlmirlər. Məhsuldarlığına görə rüşeym və buğum kökləri yaxşı inkişaf etmiş bitkilərlə müqayisədə,
yazlıq buğdanın inkişafı yalnız rüşeym kökünün hesabına olduqda məhsuldarlıq 30-35% aşağı
düşür. Həm rüşeym kökləri və həm də buğum kökləri bitkinin boy və inkişafında mühüm
əhəmiyyətə malikdirlər.
Hündür gövdəli taxıllarda (qarğıdalı və sorqo) gövdənin yerüstü hissəsinin torpaq səthinə
yaxın olan 2-3 buğumundan da köklər çıxır. Bunlar dayaq, yaxud hava kökləri adlanır. Torpağa
daxil ola bilən dayaq kökləri inkişafının başlanğıcında bitkini qida elementləri ilə təmin edir və
yatmağa qarşı davamlılığını artırır.
Bitkinin boy və inkişafı müddətində kökü uzanaraq torpağın 100-120 sm və daha artıq
dərinliyinə işləyir, budaqlanır və torpağın bütün istiqamətlərinə yayılır, lakin əsas kök kütləsi (75-
90%) aerob proses daha fəal keçən əkin qatının 20-25 sm dərinliyində yerləşir. Dənli taxıl
bitkilərinin kök sisteminin kütləsi bitkinin quru maddəsinin ümumi kütləsinin 20-25%-ni təşkil edir.
Qarğıdalıda, payızlıq çovdarda və yazlıq vələmirdə inkişaf etmiş kök sistemi daha güclü olur.
Taxıl bitkilərinin gövdəsi silindir formalı, içərisi özəklə dolu, yaxud boş boruyabənzər
küləşdir. Gövdənin bütün boyu bərabəri bir-birindən aralı buğumlar yerləşir. İki buğum arasında
qalan məsafə buğumarası adlanır. Bitkilərin xüsusiyyətindən və becərilmə şəraitindən asılı olaraq
hər gövdədə 5-7, qarğıdalıda və sorqoda 16-25 buğumarası əmələ gəlir. Gövdənin hündürlüyü bütün
buğumaralarının uzanması nəticəsində baş verir. Birinci boy atmağa aşağı buğumarası başlayır,
sonra növbəti buğumarası aşağı buğumarasını böyümədə ötüb keçir. Bu cür boy atma
interkalyar
adlanır.
Gövdə yalnız borulaşma və sünbülləmə fazasında intensiv boy atır və çiçəkləmə fazasında
daha uzun (hündür) həddə çatır, sonra isə gövdənin boyu kəskin ləngiyir.
Şəkil 2. Dənli taxıl bitkilərinin çiçək qrupları
: 1 - buğda (1a - yumşaq buğdanın solda
qılçıqsız, sağda qılçıqlı sünbülü və dəni); 1b- bərk buğdanın sünbülü və dəni,; 2 - arpa solda
çoxcərgəli və sağda ikicərgəli; 3 - səpin çovdarı; 4 - səpin vələmiri; 5 - səpin çəltiyi qılçıqsız və
qılçıqlı süpürgə; 6 - adi darı; 7 - qarğıdalı (solda dişi çiçəyi, sağda - erkək çiçəyi), qıcaları:
sağdan partlayan, şəkərli, dişvari və bərkdənli; 8 - sorqonun çiçək qrupu, yuxarıda dənlik,
aşağı solda süpürgəlik, sağda şəkərlik.
Dostları ilə paylaş: