Qabaq-qabağA



Yüklə 2,19 Mb.
səhifə12/19
tarix14.01.2018
ölçüsü2,19 Mb.
#37732
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

QAYNAQLAR:

  1. Aşıq Şəmşir. Seçilmiş əsərləri. Bakı, “Avrasiya press”, 2006

  2. Abdullayev Cəlal. Bakı, “Yazıçı”, 1986

  3. Ellər Vurğunu, Vurğun ömrü məktublarda. Bakı, 1996

  4. Əfəndiyev Paşa. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, “Maarif”, 1992

  5. Əfəndiyev Paşa. Səməd Vurğun və xalq yaradıclığı. Bakı, “Yazıçı”, 1992

  6. İbrahimov Mirzə. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı, “Yazıçı”, 1982

  7. İsayeva Səbinə. Aşıq Şəmşirin poetikası. Bakı, “Elm və təhsil”, 2012

  8. Qalacaqdır dünyada. Səməd Vurğun haqqında xatirə­lər. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1973

  9. Səməd Vurğun. Seçilmiş əsərləri. 5 cilddə. I cild. Ba­kı, “Şərq-Qərb”, 2005

  10. Səməd Vurğun. Seçilmiş əsərləri. 5 cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005

  11. Səməd Vurğun. Seçilmiş əsərləri. 5 cilddə. III cild. Bakı, “Şərq-Qərb”, 2005


Leyla Karimova

THE ART OF ASHUG AS A NATIONAL COLOUR

OF SAMAD VURGUN’S POETRY

Summary: The art of ashug has a very ancient and a rich history. The great and notable representative of Azerbaijan literature Samad Vurgun couldn’t also keep himself apart from this art and genre. And he created numerous valuable examples to resorted to the sorts of the ashug’s poem. Samad Vurgun who was the child of the land of ashug is in the rank of skilfuls who enriched the ashug‘s creativity. At the same time the great poet didn’t grudge anything for immortalizing of the art of ashug. In the first years of his creativity the poet differentiated that genre with special place. And Samad Vurgun resorted to goshma in that genre.

It is known that Samad Vurgun was the membership of Presidium in the Congress of Azerbaijan ashugs which held in 1938. And the poet tried that some of our ashugs were been the member of Writers’ Union. Samad Vurgun made friends with the notable ashugs of us and the one of examples was his friend­ship with venerable ashug Dada Shamshir. The friend­ship of those two great poets influenced their creativity. And the both of skilfuls adorned our literature with the great poetical examples.



Keywords: ashug, skilful, sample, master, poet, poem, literature, genre, creativity
Лейла Керимова

ПРОФЕССИЯ АШЫГОВ КАК НАЦИОНАЛЬНЫЙ КОЛОРИТ В ПОЭЗИИ САМЕДА ВУРГУНА

Резюме: Профессия ашыга очень древняя и богатая в истории владения. Выдающийся представитель Азербай­джан­ской литературы Самед Вургун не прошел мимо этого роскошного художества, обратился к рисункам стихот­вор­ного ашуга и многочисленные ценные образцы написал слово саза стоит в ряду богатых профессионалов в твор­честве ашугов этого жанра рисующую поэзию в сознании Самеда Вургуна и чувстве к выращенному краю. В то же время великий поет для выживания профессии ашуга делал всё возможное. Самед Вургун в самом начале своего творчество в этом жанре обращался больше всего форме стихотворения с парными рифмами.

Известно что в 1938 году проходил сьезд Азербай­джанских ашугов в Президиуме и в эго составе был Самед Вургун. Союз писателей для многих ашугов поет в этом направлении шёл большими шагами. Очень внимание привликает момент дружба Самеда Вургуна с известным ашугом Деде Шамширом. Это дружба не прошла без следа и оба профессионала украшали художественно поэти­чес­кие образцы.



Ключевые слова: ашуг, профессионал, образец, вир­тоуз, поэт, стихотворение, литература, жанр, творчество

Ləman VAQİFQIZI (SÜLEYMANOVA)

AMEA Folklor İnstitutu

Filologiya üzrə fəlsəfə doktoru, dosent

lemansuleymanova@rambler.ru
MOLLA CÜMƏNİN YARADICILIĞINDA

BAYATI JANRI
Özət: Azərbaycan aşıqlarının bir çoxu bayatı janrından bacarıqla istifadə edərək həm musiqimizi, həm də şeir janr­larını zənginləşdirmişlər. Xüsusən cığalı təcnisləri bayatılarsız təsəvvür etmək çətindir. Molla Cümə də həm cığalı təcnis­lərində bayatılar yaratmış, həm də ayrıca bayatılar yazmışdır. Bunun bir səbəbini aşığın bu janra sevgisi ilə izah etmək müm­kündürsə, digər bir səbəb də Molla Cümənin Zaqatala-Balakən bölgəsinə tez-tez səfər etməsi, toy məclisləri aparması və bu məclislərdə tənburla çalıb oxumasıdır. Tənburla ifa olunan mahnılar, adətən, bayatı üstündə oxunarmış. Molla Cümə bayatılarının bir qisminin aşığa aid olduğunu müşahidə etsək də, bir qisminin də xalq bayatıları olduğunu görürük. Aşığın bayatılarının az bir hissəsini də bayatı-tapmacalar təşkil edir. Amma təəssüf ki, bu bayatı-tapmacaların cavab hissəsi yoxdur.

Açar sözlər: Molla Cümə, bayatı, tənbur, bayatı-tap­maca, Zaqatala-Balakən
Giriş. Dövrünün ən məşhur aşıq-şairlərindən biri olan Molla Cümənin yaradıcılığı elə indi də nəinki Şəki və ətraf rayon­ların camaatı arasında, eləcə də bütün Azərbaycanda sevilir. İndi də müxtəlif regionlarda folklor ezamiyyələrində olan folk­lor top­la­yıcıları digər mətnlərlə yanaşı, Molla Cümə­nin də yaradıcı­lığın­dan nümunələr toplayırlar.

Onun yaşadığı dövr, Rusiyanın Qafqazda xristianlar din­lilər, xüsusən də ermənilər vasitəsilə at oynatdığı dövr idi.

Molla Cümənin yaradıcılığından danışarkən burada bir məsələnin üstündən sükutla keçmək olmaz. O, 1905, 1918-1919-cu illər erməni işğalçılarının Azərbaycanın müxtəlif əra­zilə­rin­də qanlı soyqırımlar törətdiklərinin də şahidi ol­muş­dur. Yeri gəlmişkən qeyd edək ki, Şəkinin Babaratma piri adlanan ərazisindən 5-6 kilometr yuxarı hissə­də yerləşən Sə­bət­li kəndinin sakinləri olan ermənilər də boş oturmur, onlar­dan aşa­ğıda yerləşən kəndləri atəş altında saxlayır, gəliş-gedişə mane olurdular. Bütün bunlardan cana doyan Göynük maha­lı­nın əhalisi 1918-ci ildə Səbətli kəndini zərər­siz­ləş­dirməyə məc­bur oldu. Zəngəzurda qırğına məruz qalan əhalini qorumaq üçün Şəkidən oraya göndərilən özünümüdafiə dəstələrinin ba­şın­da Molla Cümənin və onun əmisi uşaqlarının durması haqqında yaşlı insanlar məlumat verirlər.

Molla Cümə yaradıcılığında bayatı. Molla Cümə yara­dı­cılığı öyrənilib, haqqında xeyli araşdırma aparılan sənəkar­larımızdandır. Həmçinin aşığın bayatıları toplanıb çap olunub, amma buna baxmayaraq, öyrənilməyib. Görünür, bu, tədqiqat­çıların daha çox aşıq şeirinin forma və şəkillərini araşdırmaq meyli ilə bağlı olmuşdur.

Ümumiyyətlə, folklorumuzda özünəməxsus çəkiyə malik olan bayatı janrından istifadəyə aşıq ədəbiyyatında da rast gəlmək mümkündür. Aşıqların bir qisminin yaradıcılığında həmin janr bu və ya digər formada yer tutur. Aşıq şeirinin bütün forma və şəkillərindən istifadə etməklə yanaşı, sallama gəraylı (Əfəndiyev P, 1992; 44), divani-təcnis (Xudubəyli M, 1999; 57) kimi təzə formalar yaradan görkəmli el sənətkarı Molla Cümənin də yaradıcılığında bayatılarla üzləşirik. Yaşlı söyləyicilərin verdikləri məlumatlara görə, Molla Cümə tez-tez ətraf rayonlara, xüsusilə də Qax, Zaqatala, Bala­kənə, eləcə də Dağıstana gedər, toylar keçirərmiş. O yalnız saz çalıb oxu­maqla kifayətlənməz, tənburla da çalıb oxuyarmış. Nəzərə al­saq ki, tənburla oxunan mahnı­ların mətnlərini, adətən bayatılar təşkil edir, deməli, Molla Cümə həm də ifa zamanı bayatılar yaradırmış. Fikrimizi P.Əfəndiyevin müxtəlif nəşrlərdə verdiyi bayatılar («Molla Cümə. Əsərləri» 61 bayatı (Molla Cümə, 1983; 173-182), «Molla Cümə. Əsərləri» 64 bayatı (Molla Cümə, 2006; 521-524)) da təsdiq edir. Müəllifin qey­dinə görə, bu bayatıların hamısı Molla Cümənin əlyaz­ma­la­rından götürül­müş­dür (Molla Cümə, 2006; 173). Digər bir müəllif – M.Ya­rəh­mədov da toplayıb tərtib etdiyi («Molla Cümə. Əsərləri. I cild») kitaba Molla Cüməyə aid olduğu iddia edilən 37 bayatı sal­mışdır ki, onun da 36-sı «Aşiqəm» sözü ilə başlayır (Molla Cümə, 2006; 52-57). Qeyd edək ki, hər iki müəllifin nəşr etdirdiyi baya­tı­la­rın­ bir qismi təkrar bayatılardır.

Ancaq burada incə bir məqam var. Bu gün Molla Cümə­nin əlyazmalarında verilən bütün bayatılar ona məxsusdur, yoxsa aşığın bayatıları xalq bayatılarına qarışıb? Yeri gəl­miş­kən, qeyd edək ki, tamamilə əksinə də ola bilər. Yəni bu gün Molla Cüməyə şamil olunan bayatıların bir qismi xalq tərəfin­dən yaradıla, ancaq zaman keçdikcə Molla Cüməyə aid oluna bilər. Bu, tamamilə, qanunauyğun prosesdir. Molla Cümənin əlyazmalarında verilmiş bayatıların bu gün xeyli variantlarına, bəzən də özünə rast gəlmək mümkündür. Məsələn:
Əzizim, yüz il məni,

Xalına düz ilməni.

Vəfalı dost yad olmaz,

Görməsə yüz il məni (Molla Cümə, 1983; 179).

Öncə onu qeyd edək ki, ikinci misrada verilmiş “xalına” kəlməsi məntiqi baxımdan doğru görünmür. Fikrimizcə, bu söz “xalıya” olmalı idi. Bu bayatının “Bayatılar” kitabının “Əmsi­leyi-müxtəlifə və müttərdə” başlığı altında verilən variantı isə belədir:
Aşiqəm, yüz il məni,

Düymələ (-gəl) yüz ilməni.

Vəfalı dost yad olmaz,

Görməsə yüz il məni (Bayatılar, 1977; 34).


Və yaxud:
Aparar tatar məni,

Qul eylər, satar məni.

Bir vəfalı dost olsa,

Axtarar tapar məni (Molla Cümə, 1983; 178)




  • bayatısı adını çəkdiyimiz kitabda “Molla Musa Udulu 1880 (1298)” başlığı altında kiçik bir variant fərqi ilə gedib:

Apardı tatar bəni,

Qul edib satar bəni.

Bafalı yarım olsa,

Axdarar tapar bəni (Bayatılar, 1977; 55).
Misalların sayını istənilən qədər artırmaq olardı, amma bunlarla kifayətlənməyi məqsədəuyğun saydıq.

Aşıqlar, el şairləri bəzən yaddan çıxmaması üçün başqa aşıqların şeirlərini, dastanlardan parçaları, bayatıları və s. dəftərlərinə qeyd edirdilər. Odur ki, Molla Cümənin əlyazma­larında verilmiş bayatıların hamısının onun qələmindən çıx­ması bir qədər mübahisəli məsələdir.

Molla Cüməyə aid olunan bayatıların bir qismində aşığın adı çəkilir:

Ağlaram, bilən olmaz,

Göz yaşım silən olmaz.

Molla Cümə, ah çəhmə,

Haraya gələn olmaz (Molla Cümə, 1983; 176)
Ağlaram, tellər ağlar,

Yaş tökər, sellər ağlar.

Cümənin dərdin duysa,

Ölkələr, ellər ağlar (Molla Cümə, 1983; 176)


Ağlayan yaş ağlayar,

Gözünən qaş ağlayar.

Cümənin dərdin duysa,

Cigəri daş ağlayar (Molla Cümə, 1983; 175)


Cinaslı bayatılar. Aşığın bayatılarının bir qismi də cinaslı bayatılardır. Molla Cümənin incə, lirik hissləri necə sə­nət­karlıqla vermək bacarığı özünü cinas bayatılarda daha aydın göstərir:
Aşiqəm, bir dəm ara,

Nəştər vur bir dəmara.

Məni zülfün vurubdur,

Sən vurma, bir də mara (Molla Cümə, 1983; 177)


Birinci misrada işlənmiş bir dəm ara – “hərdənbir yada sal, axtar” mənasında, ikinci misrada dəmara – “damara” mə­nasında, üçüncü misrada işlənmiş bir də mara – “ilana” mə­nasında işlənib. Qeyd edək ki, son misrada vergül işarəsi səhv qoyulub.

Əlim ayrı, üz ayrı,

Doxsan ayrı, yüz ayrı.

Mən ki səndən dönmərəm,

İstərsən dön yüz ayrı (Molla Cümə, 1983; 181)
Birinci misrada işlənmiş yüz sözü üz, sifət mənasında, ikinci misradakı yüz say, ədəd mənasında, üçüncü misrada işlənmiş yüz sözü yenə də say mənasındadır.

Aşığın bəzi bayatılarındakı cinas sözlər artıq öz işləkli­yini itirərək dildən çıxdığı üçün mənasını açıqlamaq çətinlik törədir. Aşağıdakı bayatıya nəzər salaq:


Aşiqəm mən, ac arı,

Yuyulmamış acarı.

Hər kim yara pis desə,

Dilin vursun ac arı (Molla Cümə, 1983; 181)


Bu bayatının birinci və sonuncu misralarında “ac arı” ifadəsinin mənası aydın olduğu halda, ikinci misrada işlənmiş “acarı” sözünün mənası anlaşılmır. Sadəcə, məzmundan aşığın hansısa əşyanı nəzərdə tutduğunu təxmin etmək olur.

Təcnis yaratmaq aşıqdan böyük məharət tələb edir. Bu zaman bəzi aşıqlar məzmundan çox formaya üstünlük verər­dilər. Ancaq Molla Cümənin bayatıları həm forma, həm də məzmun cəhətdən diqqəti cəlb edir. Aşığın təcnislərinin bir qis­mi isə məzmunca gözəl olduğu kimi, formaca da maraq do­ğurur. Aşıq bu tip təcnislərində misradaxili rədiflər işlədərək dilin gözəlliklərindən ustalıqla faydalana bilmək bacarığını bir daha isbatlamışdır. Bu sənət inciləri onun yaradıcılıq qüdrətinə əyani sübutdur:


Dərd belə canda olu,

Cəsəddə, canda olu.

Yar gəlib seyr etməyə,

Açmışam canda yolu (Molla Cümə, 1983; 180)


Birinci və ikinci misralarda işlənmiş olu sözü “olmaq” feli mənasındadır. Sonuncu misrada işlənmiş yolu kəlməsi isə “yol” (nitq hissəsi kimi isim) mənasını verir.

Və yaxud:


Yox, dalım təzə yaydır,

Kamandır, təzə yaydır.

Yarım daldan çıxanda

Deyirlər, təzə aydır (Molla Cümə, 1983; 180)


Bu bayatının birinci misrasında yay fəsil, ikinci misrada “yay-ox”, sonda isə “ay, təqvim” mənasında işlənmişdir.

Folklorşünas-alim E.Məmmədlinin “... Əsl təcnisləri – bədii siqləti, məna və mündəricəsi, estetik emosional təsiri, fəlsəfi yükü, məntiqi axarı qabarıq nəzərə çarpan sənət incilə­rini ancaq fitri istedada sahib olan kamil sənətkarlar yarada bilər” (Məmmədli E, 1998; 141) fikrini eynilə Molla Cüməyə şamil etmək olar.



Bayatı-tapmacalar. Aşığın bayatılarının bir neçəsi də bayatı-tapmacalardır. Ancaq bunların cavabının verilməməsi təəssüf doğurur. Bu hala yalnız Molla Cümənin yaradıcılığında deyil, bir sıra başqa aşıqların da yaradıcılığında rast gəlinir. Görkəmli alimimiz Qəzənfər Paşayev də Aşıq Şəmşirin bayatı-tapmacalarının cavabının olmamasını qeyd edir (Paşayev Q, 2003; 178-179). Bayatı-tapmacaların cavabının verilməsinin vacibliyindən bəhs edən müəllif davam edir: “Halbuki, “bayatı-tapmaca”ların açmasının verilməsi həm insanı düşünüb-da­şınmağa sövq etmək baxımından, həm ona təbiət və cəmiy­yət hadisələri, xalqın həyat tərzi, məşğuliyyəti, fikri-düşüncəsi ba­rədə məlumat vermək baxımından maraq doğurur, tədqiqatçılar üçün əvəzsiz xəzinəyə çevirir. Digər tərəfdən də vəzn və qa­fiyəsi yerli-yerində olan bu qiymətli parçaların açması məlum olduqda dillər əzbərinə çevrilir, daha geniş yayılır. Bəzən sadə, bəzən də yüksək poetik dillə yazılan, xalq təfəkkürünün məh­sulu olan təşbeh və təsvirlərlə, obrazlı ifadələrlə dolu olan bu dördlüklər ağlı, zəkanı, düşüncə və mühakiməni inkişaf etdir­mək baxımından xüsusi əhəmiyyət kəsb edir” (Paşayev Q, 2003; 179).
Aşiqəm mən bir ata,

Bir oğula, bir ata.

Səksən qatır, yüz dəvə

Yüklənibdir bir ata.


Onu da qeyd edək ki, bu bayatı-tapmaca kitabda bir az variant fərqi ilə iki dəfə verilib (Molla Cümə, 1983; 175, 180).

Və yaxud:


Mən aşiqəm bir yerdə,

Bir göydədir, bir yerdə.

Haq yaratdı, görmədi,

Mən görmüşəm bir yerdə (Molla Cümə, 1983; 175)


Tərtibçilər bəzən bayatı olmayan mətnləri də bayatıların içində veriblər. Aşağıdakı səkkizlik şeir parçası nümunəsi dediyimizə sübutdur:
Xuda çatmaz dada, Cümə,

Yetməzsən murada, Cümə.

Sirr vermə gəl yada, Cümə.

Cəfan gedər bada, Cümə (Molla Cümə, 1983; 179)


Sonuc. Sonda təəssüflə qeyd edək ki, aşıq yaradıcılığında bayatı janrı tam və sistemli araşdırılmayıb. Halbuki bu məsə­lənin öyrənilməsi folklorumuzda müəllifli bayatıların öyrə­nilməsinə kömək olardı.
QAYNAQLAR:

  1. Bayatılar (Tərtib edəni Məmmədova A.). Bakı, Elm, 1977

  2. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı: Ali məktəb tələbələri üçün dərslik. Bakı, Maarif, 1992

  3. Xudubəyli M. İsmi-pünhan sorağında // Mənim sazlı-sözlü dünyam. Bakı: Ulu, 1999, s. 90-106

  4. Məmmədli E. Təcnis sənətkarlığı. Bakı, NaftA-Press, 1998

  5. Molla Cümə. Seçilmiş əsərləri. (Toplayıb tərtib edən­lər Əfəndiyev P., İd­ris­ov Ş.). Bakı, Yazıçı, 1983

  6. Molla Cümə. Əsərləri (Toplayıb tərtib edən Əfəndiyev P.). Bakı, Sabah, 2006

  7. Molla Cümə. Əsərləri. 3 cilddə. I cild ( Toplayıb tərtib edən Ya­rəh­məd­ov­ M.). Bakı, Örnək, 2000

  8. Paşayev Q. Kərkük folklorunun janrları. Bakı, Elm, 2003


Leman Vagif kizi (Suleymanova)

THE GENRE OF BAYATI (QUATRAIN) IN THE CREATION OF MOLLA JUMA

Summary: The article is about the bayati (quatrain) creation of Molla Juma. Bayati genre is came across in some Azerbaijani ashugs poetics. In Molla Juma’s heritage the bayatis are more. For one hand it is explained with the ashug’s desire to this genre, from the other hand it is explained the frequent visit of Molla Juma to Zagatala-Balakan region, managing weddinds and playing and performing tanbur in these meetings. The songs performing by tanbur usually were sang on bayati. In spite of some bayatis belonging to Molla Juma some of them is considered folk bayatis. The bayati-riddles consist of a few pieces of ashug’s bayatis. It is a pity that, the answer part of these bayati-riddles were lost.

Key words: Molla Juma, bayati, tanbur, bayati-riddles, Zagatala-Balakan
Ляман Вагифгызы (Сулейманова)

ЖАНР БАЯТЫ В ТВОРЧЕСТВЕ МОЛЯЫ ДЖУМЫ

Резюме: В статье говорится о творчестве Молла Джу­минского баяты. В поэзии некоторых Азербайд­жанских ашыгов можно встретить жанр баяты. В наследии Молла Джумы много баяты. Одной из причин этого является влечение ашыга к этому жанру, другой же причиной яв­ляют­ся частые поездки Молла Джумы в Загатало-Бала­кан­ский регион, управление свадебными меджлисами (тор­жествами), игра и пение на тамбуре, на этих меджлисах. Песни, исполяемые на тамбуре, обычно исполялись в рит­ме баяты. Мы наблюдаем, что часть баяты, принад­лежа­щих Молла Джуме, относится к ашыгам, а часть это на­родные баяты. Небольшую часть баяты ашыгов состав­ляют баяты-загадки. Но к сожалению, разгадки на эти бая­ты-загадки утеряны.

Ключевые слова: Молла Джума, баяты, тамбур, баяты-загадки, Загатала-Балакен

Məhəmməd RƏZZAQİ

Peyam Nor Universiteti (İran)

Araşdırıcı

axarsu.bulanmaz@gmail.com
ZƏNGAN AŞIQ MUHİTİ
Özət: Son araşdırmalarda İran ölkəsinin yeddi aşıq mü­hiti DR.Əli Kafkasyalı tərəfindən təsbit olunmuşdur: 1- Qara­dağ/ Təbriz 2- Urmiyə 3- Zəngan 4- Xorasan 5- Qum sava 6- Qaşqayı 7- Sulduz/ Qara Papaq. Türk aşıqlıq gələnəginin canlı olaraq yaşadığı önəmli mühitlərindən biri də zəngan aşıq mü­hitidir. Bu mühit Xəzər denizinin güney batısındakı ən qədim Türk yurdları olan başda Zəngan, Sultaniyə olmaq üzərə Xur­rəmdərə, Əbhər, Qeydar, Hidəc, Tikab(Tikan təpə), Bicar, Ta­rım oliya (yuxarı tarım) Mannışan(mahnişan), Icrut, Takistan, Qəzvin, Lovşan, Nikbey(nikpey) il və ilçələrini əhatə etmək­dədir. Bölgədə Əfşar, Ağqoyunlu, Emurlu, Bayat, Qaraxanlu, Kurdbeglü, Hudabəndəlü, Sədlu, Ustaclu kimi Türk boyları məskundur. Zəngan aşıq mühitinin aşıq havaları ilə dastanları başqa mühitlərdən fərqlidir. Burada 30-dan çox yerli hava çalınmaqdadır. Havalardan örnək: Zəngan çayı şikəstəsi, Tək hava, Sarı Torpağı və s.

Havaların yanısıra zəngan aşıq mühitində 56 aşıq hikayə söylənilməkdədir. Hikayələrin 30 dan çoxu bizim tərəfimizdən toplanaraq tesbit olunubdur.



Açar sözlər: Zəngan, aşıq, muhit.
Giriş

  1. Yurtdışında İran Aşıq Mühitlərinə Görə Aparı­lan Çalışmalar

Iranda indiyə qədər yeddi aşıq mühiti təsbit olunmuşdur. Yurtdışında ilk dönə Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasında çalışan Məhərrəm Qasımlı 1994-95- ci illərdə ölkəmizdə apardığı araşdırmalarında altı aşıq mühitini təsbit edir. Məhərrəm Qasımlı “Ozan- Aşıq Sənəti – 1996” kitabında 16 aşıq mühitini bizə belə tanıtdırır: 1- Gəncəbasar 2- Borçalı 3- Göyçə 4- Dərələyəz 5- İrəvan 6- Çildir 7- Şirvan 8- Dərbənd 9- Qarabağ 10- Nəxçıvan 11- Qaradağ/ Təbriz 12- Urmiyə 13- Zəngan 14- Xorasan 15- Qum sava 16- Qaşqayı. Zəngan aşıq mühitinə görə bu kitabda qısa və önəmli bilgilər verilir.

Ikinci Əli Kafkasyalı- Ərzurum Atatürk Bilimyurd'unda çalışan araşdırıcı 2004-6- ci illərdə yurdumuzu başdan- başa dolanaraq, yeddi aşıq mühitini bilimsəl açıdan araşdırıb, yeni­dən tesbit edir. 2006-ci ildə yayımladığı “ İran Türkləri Aşıq Mühitləri” kitabında Sulduz Qara Papaq aşıq mühitini də başqa mühitlərə artırdı. Bu kitab 2009 Salkım Söğüt evi tərəfindən 2-ci basqıya çatdı.

Dr. Envər Uzun üçüncü araşdırmaçı olaraq " İran-Türk Folkloru" adlı kitabında qısacıq Zəngan aşıq ədəbiyyatı üzə­rində durubdur. Bu kitab 2007 Türkiyə'nin Trabzon ilində yayımlanıbdır.

Dördüncü İlqar Cəmiloğlu İmamverdiyev 2005-6-ci illərində yurdumuzu dolanaraq araşdırmalar aparır. O, yerli və özəl aşıq havalarını toplayaraq “ Azərbaycan Və İran Aşıq Sənətinin Qarşılıqlı Əlaqələri” kitabını 2008-də yayımladı.

Beşinci araşdırmaçı Fazıl Özdamar, 2011-ci ildə Ege Üniversitəsində, Sosyal Bilimlər Enstitüsü, "Tebrizde Aşıklık Gelenği ve Aşık Alı" adlı yayımlanmamış Yüksək Lisan Tezi olaraq özəlliklə Təbriz aşıq muhitini ələ almışdır.

Altıncı araşdırmaçımız, Təbrizli Nəbi Kəbutəriyandır. Kəbutəriyan Yüksək Lisan Tezi olan "Tebriz Aşıklık Gelenği ve Aşık Edebiyatı"nı 2013. Karahan Kitabevi aracılığı ilə oxu­culara sunmuşdur.



  1. Zəngan'ın Demografik Yapısı


Türk aşıqlıq gələnəginin canlı olaraq yaşadığı önəmli mühitlərindən biri də Zəngan aşıq mühitidir. Bu mühit Xəzər denizi'nin güney batısındakı ən qədim Türk yurdları olan başda Zəngan, Sultaniyyə olmaq üzərə Xurrəmdərə, Əbhər, Qeydar, Hidəc, Tikab, Bicar, Tarım oliya (yuxarı tarım) Mannışan, İc­rut, Takistan, Qəzvin, Lovşan, Nikbey(nikpey) il və ilçələrini əha­tə etməkdədir (Kafkasyalı 2009: 143). Bölgədə Əfşar, Ağ Qoyun­lu, Emurlu (Eymir), Qaraxanlu, Kurdbeçə, Sədlu, Sarı­calu, Ostəclu kimi türk boyları məskundur (Sümər 1999: 439-450).

Oğuzların 24 boyundan olan Cavuldur/Çavundur boyu Zənganın Qeydar bölgəsinin Mandaq kəndində yaşamaqda­dır­lar. Indi də soy adları"Çavundur" dur. Özəlliklə bayat tayfaları da Zənganın çox yerlərində yaşamaqdadırlar.


III. Zəngan Aşıq Mühitinin Tanıtımı

Ölkəmizin yerli araşdırmaçıları Aşıq ədəbiyyatını özləri­nə qonu edərək çeşidlı çalışmalar aparmışlar. Bu çalışmaların bir bölümü kitab, bir bölümü dərgilərdə yayımlanıbdır. Araş­dırmaçılardan Dr. Hüseyn Məmməd Zadə, Dr. Hüseyn Fey­zullahi, Prof. Dr. Cavad Heyət, Cavad Dərbəndi, Səməd Çaylı, Məmməd Əlipur Muqəddəm, Məmməd Riza Kərimi, Əsədulla Əmiri, Mənuçehr Əzizi, Seyid Heydər Bayat, Aşıq Əli Hüseyn Hüseyni,Məmməd İbadı, Hüseyn Siyami, Səxavət İzzəti, Əliriza Zihəq, Aşıq Hüseyn Saii, Əli Təbrizli, Nəbi Kəbu­təri­yan, Məmməd Rəzzaqi, Mustafa Rəzzaqi, Əli Bərazəndə, Riza Həmraz, Əli Kəmali, Əhməd Əsədi, Pərvin Bəhməni, Aşıq Qurban Əliyari, Əliriza Sərrafi və b. saymaq olar(Rezzaqi 2012: 2).

Zəngan elində yayın yapan dərgilər Pəyam-e Zəncan, Omid-e Zəncan, Fərday-e Roşən, Bahar-e Zəncan, Moc-e Bidari, Mərdom-e No, Peyk-e Azər, Bayram, Yoldaş, Zəngin və b. türkcə, farsca yazılarla aşıq ədəbiyyatının tanıtmasında önəmli işlər görüblər (Rezzaqı 2012: 2).

Mirza Sadiq İki yüz otuz dörd il bundan öncə(indi 2013=1392=1434) Zənganın Uryat bölgəsinə bağlı olan Ma­nışanda doğulur. Öz dönəmində bilim adamı olaraq yaşamışdır. Şeirlərinin üzündən yazılan bir əlyazması indi Əli Məmməd BƏYANİnın arxivində saxlanılır. 80 səhifədən çox olan bu əlyazmada Şeyx-i İşraq, Nigari, Mirza Abbas Xan Əfşar və başqalarının şeirləri də görünür. Əlyazmanın bir bölümü məs­nəvi qəlibində yazılıb. Bu məsnəvidə 7 dastan şersəl olaraq ve­rilir. Məsnəvinin adını da "Yeddi Namə" qoyubdur. Əlimizdə olan dəftərdə yeddi namədən yalnız "Leyli ilə Məcnunun" dastanı özət şəklində verilir. Yeddi Namə 5 ayda yazılır. Mirza Sadiq, Yeddi Namədə yazdığı dastanları belə yazır: Mecnun ilə Leyla, Vamiq ilə Üzra, Əsli ilə Kərəm, Röşən ilə Nigar, Yusuf ilə Züleyxa, Fərhad ilə Şirin, yedincisi Süleyman ilə Balqız. Bu əlyazmanın önəmli bölümü şeirlərdə "Qopuz" sözcüğünün işlənməsidir:


"Qopuzların gələrdi şən sədası

Aşıqların səfalı oxuması".

Zənganlı şair, yazar Əli Məmməd Bəyanı bu əlyazmanı yayıma hazırlayır.

Zəngan aşıq mühitində indiyə kimi tapılmış ən əski əlyazma aşıq Həmdulla qələmilə yazılıbdır. Bu əlyazmada iki aşıq dastanının şeir bölümləri yazılıb. 23 səhifə olan bu əl­yazmada Bəhram ilə Gülü xəndan 14 səhifə, Nəcəf dastanı 16 səhifə yazılıbdır. Neçə yerdə türkçə nəsr bölümləri də görünür. Aşıq Həmdulla 1937-ci ildə bu əlyazmanı yazaraq Badamıs­tanlı Aşıq Zöhraba verir. Aşıq Zörab aşıqlıq bilimini Həmdul­lanın yanında öyrənirmiş. İndi bu dəftər Aşıq Müslümün özəl arxivində saxlanılır. Dəftərin eni 105 mm, uzunu isə 264 mm-dir. Əlyazma ərəb alfabesilə yazılıb.

Bu əlyazmanın tapılma xəbəri 2009-cu il Zənganın Bay­ram adlı dərgisinin 22-ci sayısında "Ozanlar Dünyası" sitəsinə dayanaraq yayımlanmışdır.

Zənganın basım tarixində aşıq ədəbiyyatıyla ilgili ilk yazılar "Azər" gündəliyində görünür. 83 sayı yayımlanan Azər gündəliyinin dili Azərbaycan türkcəsidir. Birinci sayı (1324.10.04= January 24, 1946).ci ildə Zənganda yayımlanır. Bu gündəlik Azərbaycan Demokrat Firqəsinin Zəncan Vilayət Komitəsinin Orqanı olaraq çap olurdu. Zənganın bir ilə yaxın bütün kültürəl, siyasal, toplumsal, ... qonularla ilgili savları, yazılarını özündə barındırır.

Azər gündəliyinin 72-ci sayısında(1325.07.21= October 13, 1946) Zənganda qurulan bir konsertin xəbəri yayımlanıb. Tamaşaçı adında bir yazar "unudulmaz qonsert!" adlı yazısının dördüncü paraqrafında belə yazmış:

"yenə də qonfransiyə "səhnəmizin iftixarı olan Aşıq Hüseyn Cavan öz yazdığı şeirlərindən oxuyacaq" deyərək tamaşaçıları artıq səhnəyə mütəvəccih etdi.

Aşıq Hüseyn səhnədə zahir olub və öz yazdığı "qüdrətimiz var" şerini oxumaqla o hələ öz istedadlı, gözəl ruh verən səsi, və başqa xüsusiyyətlərindən əlavə səhnədə "azərbaycanı" xas mənasilə nimayiş etdirdi.

Aşıq Hüseyn doğrudan doğrusu "səhnəmizin iftixarı olan xalq artisti" adı qazanmağa ləyaqəti vardır. O eyni halda ki artistdir və muzisiyəndir, o, bir şirin dilli, istedadlı şairdir" (azər 1325: S 72, s 4) .

Zənganda toylar aşıq gəlmədən başlanmazdı. Aşığın gəlişinə görə qurban kəsilirdi. Aşıqlığa ərmək çox rahatcasına olmazdı. Uluslararası çıxışları olan Zənganın qocaman aşığı Müslüm Əsgəri danışıqlarında, aşıq olmaqla ilgili belə söylür: Əski çağlarda belə bir dəb var idi. Hər kimsə özünü aşıq bilsəydi, xalq o adamı ağsaqqallarının yanına aparardı. Elin böyüyü camın altında bir nəsnə gizlədərdi. Sonra camın altında olan nəsnənin adını sorardı. Əğər tərəf o nəsnənin adını deyə bilsəydi, o şəxsə elin böyüyü aşıq adı verərdi. Ancaq deyə bil­məsəydi, gərək gedib yüksək mərhələyə çatana kimi çalışaydı. Bu aşıqlardan örnək, Aşıq Kərəm dirini öldürür. Əbhər Çaylı Aşıq Şirin, ölünü dirildir. Bu dərəcəyə yetişən aşıqlara "Haqq aşığı" deyilir (Rezzaqi 2007: 1).

Bu bölgənin ən qədim aşıqlarından biri “Şirin ilə Birçək Xanım” adlı məşhur xalq hikayəsinin müəllifi Aşıq Şirindir. Şeirlərində keçən ifadələrdən onun 450- 500 il öncə yaşadığı təxmin edilməkdədir (Kafkasyalı 2009: 164).

Zəngan aşıqlığının təşəkkülündə (adlarına) dastan qoşul­muş Aşıq Şirin və Aşıq Yusuf Camal adlı orta çağ aşıqlarının mühüm xidməti olmuşdur.(Qasımlı 2007: 251) Zəngan aşıq mühitinin aşıqları üç enstruman saz, balaban və qaval ilə sənətlərini ifadə etməkdədirlər. Sazları 20 pərdəli, doqquz qulaqlı, doqquz simlidir. Aşıq sağ başda, qavalçı sol başda və balabançı ortada olmaq üzrə bir hilal şəklində bir-birlərini gö­rür vəziyyətdə ayaqda durarlar. Aşıq şef durumundadır. Qaval­çılarda da ikinci xanəndə (sulist) rolunu üstələnirlər. Bəzən də aşıq və qavalçı birlikdə və ya qarşılıqlı oxuyurlar. (Kafkasyalı 2009: 165-166)

Zəngan aşıq mühitində qırxdan artıq xalq hekayəsi və dastan vardır. Bu hekayələrin bəziləri digər aşıq mühitlərinə aid xalq hekayələridir. Bir qismi təmamən Zəngan aşıq mühi­tinə özgüdür. Zəngan aşıq mühitinə özgü xalq hekayələrini belə saya bilərik: Tilimxan ilə Mehri, Şirin ilə Birçək xanım, Tuti-i Şirin Süxən və Yusuf Camal, Vərqə ilə Gülşən, Kəlbi ilə İnsan xanım. Yetim seydi (Kafkasyalı 2009: 168).

Təbriz aşıq mühitində xalq hekayəsi olan “Qurbani” adlı hekayənin burada “ Zənganlı Qurbani” olaraq təsnif edildigi görünməkdədir. Xəstə Qasım adlı hekayə də burada xeyli fərqli bir oluşum qazanmışdır (Kafkasyalı 2009: 168).

Sultaniyyədə yatan Məhəmməd Xudabəndə Ulcaytonun türbəsi, dərgahi və təkkəsi Zənganda yatan Tuğrul bəyin eşi Al­tunca xatunun türbəsi, dərgahi və təkkəsi türk aşıqlıq gələ­nəyini Zənganda bəsləyən qaynaqlardan sayılır (Kafkasyalı 2009: 170).

Keçən yüz ildə Zənganın aşıqlarından: Aşıq Noruz, Aşıq Zülfəli, Aşıq Həmdulla, Aşıq Kiramət, Aşıq İzzət Əzizi, Aşıq Kazım, Aşıq Bəşir, və s. saymaq olar. Bu mühitdə aşıq sənətini canlı yaşadan aşıqlarımızın sayısı 50-dən yuxarıdır.

Günümüzdə Zəngan aşıqlarının ustadı Müslüm Əsgəri hesab olunur. Saz- söz əhli bu şəxsi sənət aləmində özlərinə ağsaqqal sanırlar.(İmamverdiyev 2008: 250)

Zəngan aşıq mühitində aşıq havaları xeyli fərqlilik ərz etməkdədir. Aşıq havalarının repertuarında bulunan havaların çoxu bu bölgə aşıqlarına aid havalardır. Bəzi saz havalarının adları digər bölgə aşıq havaları ilə bənzər olsa da möhtəvası fərqlidir. Bu bölgə aşıq havalarının çoxu bölgəyə özgü özəllik­lər daşımaqdadır (Kafkasyalı 2009: 169).

Zənganın özəl yerli havaları dörd bölgədən oluşmaqda­dır: 1- Tarım 2- Zəngan Çayı 3- Həcərut 4- Sucas Çayı.(Əzizi 2001) 30-dan yuxarı olan Zənganın yerli havalarından 23 ədədi bizim tərəfimizdən qeydə alınmışdır. Qeydə alınan havaların adları belədir:

1. Vəlicani

2. Dübeyti

3. Şəhriyari

4. Qafiyə

5. Bala Şəhriyari

6. Şikəstə

7. Zəngan Çayı Qafiyəsi

8. Qız Qeytərən

9. İskəndəri

10. Gəncə Kərəmi

11. Dik Osmanlı

12. Yorqun Kərəmi

13. Coşqun Kərəmi

14. Kəsmə Kərəmi

15. Tək hava

16. Meşkini

17. Gərmuvu

18. Haleyli

19. Əkbəri

20. Eyvazi Koroğlu

21. Sarı Torpağı

22. Sallama Gəraylı

23. Zəngan Koroğlusu (Rəzzaqi 2007: 3)


1330 günəş ili (1951) Zənganda iki qəvəxana var idi. Bi­rincisi Yuxarı qəvə, ikincisi Aşağı qəvə. Tarım mahalı yuxarı qəvədən öz toylarına aşıq aparardılar. Xəmsəlilər, Zəngan çayı, Qara püşlü mahalı aşağı qəvənin aşıqlarından öz toylarına aşıq aparardılar. Yuxarı qəvəni Fəti, aşağı qəvəni ağa Cəfər dolan­dırarmış. (Rəzzaqi 2010: 18) Sonralar bu qəvəlr çoxaldılar. İndisə 1392-ci günəş ili (2013) Zənganın aşağı misgərlər mə­həl­ləsində 6 aşıq qəvəxanası var. Qəvələrdə yaxlaşıq günorta­dan qabaq 10-dan 11-ə, günortadan sonra 4-dən 5-ə aşıqlar oxuyurlar.

Iranda bir ilk olaraq Zəngan kəndində (şəhərində) "Aşıq­lar Bayramı" düzənlənmiş və çeşidli kəndlərdən (şəhərlərdən) aşıqlar bir araya toplanmış, sənətlərini ortaya qoymuşlar (Kəbutəriyan) 2013: 56). Bu şölən 2006-ci ildən bu yana ildə bir yol düzənlənibdir. 8 dönə qurulan Aşıqlar Bayramının qurucusu Zənganlı Məmməd Rəzzaqidir. Iranın ünlü aşıqları bu şölənə qatılırlar.





  1. Yüklə 2,19 Mb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin