Qabaq-qabağA



Yüklə 2,19 Mb.
səhifə9/19
tarix14.01.2018
ölçüsü2,19 Mb.
#37732
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

4. Son söz
Əsasən oğuz türkləri arasında XVI yüzildən başlayıb XVII-XVIII əsrlərdə davam edən, XIX yüzildə isə zirvə nöq­təsinə ulaşan aşıqlıq sənəti ənənə kimi 1) təxəllüs alma, 2) badə içmə, 3) saz çalma və s. kimi tərkib hissələri ilə bərabər 4) us­ta-şagird münasibəti fonunda qurulmuş, inkişaf etmişdir. Beş­yüzillik tarixinin müxtəlif dönəmlərində ideoloji, siyasi çal­xantılara məruz qalmış aşqılıq sənətini XXI və daha sonrakı yüzillərdə yaşatmağın şərtlərindən biri və birincisi usta-şagird münasibətinin qorunması, davam etdirilməsidir. Milli kimliyin, milli mədəniyyətin bəlkədə ən həssas sərvəti olan aşıqlıq bizi dünyaya çıxaran canlı və qiymətli qeyri-maddi irsimizdir. Bu elə bir sənətdir ki, onun icraçısı həm şair, həm şeirə bəstə qoşan bəstəkar, həm qoşduğu bəstəni çalan, həm də onu oxu­yandır. Bu özəlliklərindən ötrüdür ki, bütün dövrlərdə aşıqlar toplumun keçmişini bilən, gələcəyini öncədən görən, geniş dünyagörüşə malik bilgi və təcrübə sahibi sənətkarlar olmuşlar. Zamanla, xüsusən də XX yüzildə məddahlığa, ideoloji rupora çevrilsələr də əsl aşıqlar keçmişdən qalan mirası yaşada, usta-şagird ənənəsi ilə gələcəyə ötürə bilmişlər.

QAYNAQLAR:
AŞIQ ƏLƏSGƏR, (1988) Şeirləri, Yazıçı, Bakı

BORATAV P.N., (2000) İzahlı Halk Şiiri Antolojisi, İstanbul

HƏKIMOV M., (2004) Aşıq sənətinin poetikası, Səda, Bakı

KÖPRÜLÜ F., (1989) Edebiyat Araştırmaları, Cilt 1, Ötüken, İstanbul

KÖPRÜLÜ F., (1962) Türk Saz Şairleri, Ankara

NÖVRƏS İMAN, (2004) Seçilmiş əsərləri. Səda, Bakı

SAKAOĞLU S., (1986) “Ozan, Âşık, Saz Şairi ve Halk Şairi Kavramları Üzerine” III. Milletlerarası Türk Folklor Kongresi Bildirileri I. Genel Konular, Ankara

TANRIKULU İ., (1998) Aşıklar Divanı, İstanbul
Fuzuli Bayat

THE FUNCTIONAL ROLE OF MASTER-STUDENT TRADITION IN THE PASSING ASHUG

ART CREATIVITY

Summary: Ashug art, forming from the XVI centuries played an important role in the keeping of ashug art, passing social-cultural, historic-geographical function of master-ashug to the further gentries. Though they called themselves true ashugs the master-ashug tradition played a great role in lear­ning and teaching of this art. F. Kopruluzadeh who held a great investigation about saz poets for the first time touched upon the master-ashug relations and mentioned its importance in the ashug forming. For long ages master ashugs has worked and prepared criteries of being student and this can be understand as a condition of attending to the studentship. Here includes: a) voice (breath) b) language c) finger (playing) ability d) memo­ry testing.

The criteries that define master-ashug tradition are main factors that deals with forming and further dynamic of ashug tradition. The master-ashugs that considered importance of this art measures didn’t admit to the studentship. From the other side there are cases that student doesn’t fulfil his function and being aside from mentioned ashug art criteries.



Key words: ashug art, master-student relations, tradition, saz poets
Фузули Баят

ПЕРЕДАЧА ТРАДИЦИЙ МАСТЕРА-УЧЕНИКА И ЕЕ ФУНКЦИОНАЛЬНАЯ РОЛЬ В АШУГСКОМ ТВОРЧЕСТВЕ

Резюме: Начиная с 16 века увековечивание органи­зации ашыгского творчества была основой передачи тра­диции мастера-ученика в социально-культурной и истори­ко-географической функции. Как бы не называли себя правдивые ашыги, которые выпивали и вознаграждались, определяющую роль в учении и в изучении этого твор­чества сыграла традиция мастера-ученика. Ф. Кепрюлю первый глубоко исследовал творчество мастеров слова, здесь он затронул отношение мастера и ученика, отметил его важную роль в увековечивании ашыгского слова. Мас­тера ашыги долго изучали и вывели основные критерии ученика ашыга, который может представляться как своего рода условием приема в ученики. Желание быть учеником должен придерживаться следующих условий и должен иметь: а) голос (дыхание), б) язык, в) пальцы (для игры), г) пройти тест на память.

Эти высшесказанные критерии являются основными факторами в формировании творчества ашыга-наставника, а затем и в динамике развития этих факторов. Мастера ашуги опеираясь именно на эти критерии, не всех певцов принимали в ученики. Но с другой стороны, ученики не до конца выполняли свои функции, были случаи выхода их за пределы известных критерий.



Ключевые слова: ашыгское творчество, отношение мастера-ученика, традиции, ашыгское слово.
Həsən CƏMŞİDİ ( Anar BİNEVLİ )

Azərbaycan el bilim folklor və binab şairlər dərnəyi

( İran)

Təhqiqatçı-şair

mollanesretdin1@yahoo.com
AŞIQ BAHAR AMUSİ
Özət: Böyük ozan Baba Qorqud ənənəsinin Növ sosyo-kültür həyatındakı izləri Türk aşıq sənətində də diqqətə çarpan olaraq özünü göstərir. Bu məzmunda Azərbaycan Aşıq muhi­tinin əhəmiyyətli ustaları içərisində Gurbani, Tufarganlı Abbas, Dollu Mustafa, Xəstə Qasım kimi şöhrət tapmış aşıqlar içə­risində şübhəsiz Aşıq Şemşir özünə xas bir yer tutmuş. Şemşir irsi nəsildən nəslə Azərbaycan aşıq mühitlərində yayılaraq yeni davamçılar yaratmışdır ki, bu məzmunda Aşıq Bahar xüsusilə diqqəti çəkir.

Açar sözlər: Aşıq Bahar Amusi, Qorqud ənənəsi, aşıq ya­radıclığı, Şəmşir irsi, Azərbaycan aşıq mühiti
Heç şübhə yox ki, "folklor nümunələri aid olduğu xalqın bir çox seciyevi və hemişeyaşar kifayətlərini özündə tecessüm etdirər. Digər tərəfdən, folklor nümunələri xalq təfəkkürünün, xalq ruhunun inikası baxımından əvəzsiz və tekrarolunmaz bir menbedir" (AŞHEAT 2003,XIV:40)

Aşıq ifaçılığı bir doğaçlama (irticalan ifadəyə) sənəti isə, bu işi edən adamın bade içərək qəflətən içdən gəldiyi kimi dördlüklər ya da misralar şəklində sözlərin ifa edilməsiylə reallaşdırılar. Bu məzmunda daha çox ümümi aşıqlar diqqəti çəkərlər. Umay Günayın, Orta Asiya Türk ədəbiyyat ənənəsinə söykənən üç ədəbiyyat tərzinin (Anonim, Təkkə, Aşıq) başlan­ğıcından bu yana şeiri böyük ölçüdə doğmaca yaratdığı, yad­daş­larda mühafizə etdiyi, şifahi nağıllar yaydığı (Günay 1993:6) fikri, ənənəvi ata yadigarı bu müqəddəs sənətin dərin­liyinə işarə etməsi baxımından diqqətə dəyər bir yanaşma ola­raq qəbul edilə bilər.

Aşıq sənəti ifaçılığı xalq mühitində yaranmış şifahi xalq sənətinin musiqi formasıdır və təsir gücü, diqqətləri toplama baxımından bənzərsiz bir ortaya çıxışdır. Azərbaycanda aşıq sənətinin ən mühüm tərəfini "Aşıq İcraçılığı" təşkil etməkdə­dir. Çünki icraçılıq aşıq sənətinin əhəmiyyətini və qiymətini ortaya qoymaqda, yeganə aləti olan saz vasitəsiylə kütlələrə çata bilməkdədir. Eyni zamanda icraçılıq aşıq sənətinin fəaliy­yət meydanını meydana gətirməkdədir. (İmamverdiyev 2003, 22:177). Bu janrın nümayəndələri xalq arasında "xalq Aşığı" olaraq xarakterizə edilər. Ümumiyyətlə xalq arasında qüdrətli şair olaraq, adı eşidilən şəxslərin şeirlərini öyrənib, toy və dəyişik məclislər və yığıncaklarda ifa edərlər.

Aşıq ifaçılığında ənənəvi klassik aşıq havaları əhəmiy­yətli olub, bayatı, geraylı, qaşma, cinas və s. poetik formalara söykən. 80dən çox ("Kərəmi", "Yanıq Kərəmi", "Efşarı", "Kür­dü", "Dilgemi") aşıq havalarının ayrı-ayrı regional versiyaları vardır. Havaların quruluşu şeirin forma və heca tərkibi, hissə xüsusiyyətləriylə əlaqədardır.

Şübhəsiz bu ənənə Azərbaycan aşıq sənətinin ən məşhur olduğu, yetişdirdiyi yüzlərlə aşıqla diqqətləri üzərində yığan Cənub Azərbaycan aşıq mühiti aşıq havaları ifaçılığında bu gün 63 Urmu, 72 Heşteri (Heştrud) və 70 Tebriz havasından ibarət olan geniş bir repertuara malikdir. “Quba”, “Şikəstə”, “Güllü Şikəstəsi”, “Ehtiyatlı”, “Sulduzi”, “Qoçanı”, “Barinzi”; “Muğani”, “Qürbəti” vb... aşıq havaları bunlardan yalnız bir neçəsidir.

“Güllü Şikəstə” havasına "alqu havası" da deyilməkdədir. Çünki bu hava adını yarandığı Heşterinin Alqu kəndindın götürmüşdür. Bu havaları rehmetlik Aşıq Həsən, Aşıq Mikayil Feramerz sədaqətlə yaşadaraq gənc qurşaqlara ata mirası olaraq buraxmışdır. Ancaq buna baxmayaraq Heşteri havaları günbə­gün azalıb yox olmaqdadır. Qaradağ havaları isə önə çıxıbdır.

Şifahi xalq ədəbiyyatı, o cümlədən aşıq ədəbiyyatı ənənə­ləri böyük ozan Baba Qorquddan bəri günümüzə ciddi bir təkamül dövrü keçirərək gəldiyi kimi aşıq havaları və bu ha­vaların icrası da bənzər bir paralellikdə bir təkamül cizgisi iz­ləmişdir. Ancaq söz mövzusu aşıq havaları da bir çox şey kimi çağın texnoloji inkişafları və iqtisadi-ictimai səbəblərə bağlı olaraq yavaş-yavaş aradan çıxmaqdadır. Ancaq ata ənənəmizə bağlı az sayda aşıq havaları barede keçmişin dəyərlərini qoru­mağı bacarmışdır ki, aşıq havaları içərisində başda gələn heş­teri (heştrud) havası olub. Aşıq Dehqan heştəri havalarının ən yaxşı icraçı aşığı olaraq bilinər.

Aşıq havalarının icrası da canlı bir ana idim tərzi oldu­ğundan ustadların icralarıyla həyat tapar; ustadların icra gücü ilə möhkəmləşər və ustadların aradan çıxışıyla da bir zəifləmə və ardından da yox olmağa qədər gəlib çıxar. Xüsusilə şifahi ənənəyə söykənən olan dastan anladı ənənəsini müvəffə­qiy­yətlə ifa ədəbi ilə aşıqların ədədləri barmaqla gösterilebilecek qədər azdır.

Aşıq havası ifaçılığının banileri olaraq əsrlərdir bir-birini izləyən yüzlərlə ustad aşıq vardır ki Qurbanı (XVI əsr), Abbas Tufarganlı, Xəstə qasım, Sarı Aşıq (XVII. əsr), Aşıq Dilgem (XVIII. əsr), Aşıq ələsgər, Aşıq Valeh, Hüseyn Şemkirli (XIX. əsr) vs. ustalarla XX. Əsrə daşınmış olan aşıq havalarının yeni termsilçileri olaraq Aşıq Hüseyn Bozalganlı, Aşıq Şemşir, Hüseyn Cavan, Aşıq Esed… vs. yüzlərlə aşıq tərəfindən davam etdirilməkdədir ki, bu ifaçı ustad aşıqlar içərisində şübhəsiz ki, Aşıq Bahar Amusi də əhəmiyyətli bir yer tutur.

Aşıq Bahar Amusi 1340-cı ildə Miyandabın Tepre Şəhə­rində Eşayir soyundan, Balkanlı Tayfasına mənsub bir ailədə dünyaya gəlmişdir. Hələ uşaqlıq yaşında, 1350-ci ildə saz çalıb oxumağa başlamışdır. Atası Həsən Amusinin dar gəlirə sahib olması səbəbiylə 1357-ci ildə Binab şəhərinə köçməsi səbə­biy­lə aşıq da söz mövzusu bu şəhərə gəlir və burada feraş to­xumaya başlar.

Daha çox ifaçı mövqesindəki aşıq, Aşıq Həbib Qəhrə­ma­nı (Şahandejli), Aşıq Nadir Vahedpur, Aşıq Nasir Cəvahiri, Aşıq Haşim Purtağı, Aşıq Eyvaz Şəkuri, xüsusilə də kimi usta­lardan ifa sənətinin bütün incəliklərini öyrənmişdir. Xüsusilə də Aşıq Dehgan Urmulunun çox əhəmiyyətli bir payı olmuş­dur. O, Aşıq Şemşir ırsinin qabaqda gələn ifaçı aşıqlardən biridir.

Aşıq Bahar Amusi bu müqəddəs sənətin ifası əvvəli ilk olaraq Bahar Əli Balkanlı ilə qarşılaşır. O, aşığın əlinə ilk sazı tutduran, aşıqlıq mayasını çalır. ONun sayəsində Qəhrəmanı, saza meyl edər. Daha sonra ikinci ən böyük ustadı Aşıq Deh­qan Urmulu ilə qarşılaşmış, onun keçmiş təcrübəsindən fay­dalanmağı bilmişdir.

Aşıqlar tapdıqları bölgənin ənənələrinə bağlı olaraq əldə etdikləri məlumat və bacarıqları, qulaqdan qulağa, usta-çıraq əlaqəsi içində bir-birlərinə köçürərlər. Əyləncə və saz məclis­lərində boy göstərməyə başlayan Amusi üstün qabiliyyəti sa­yəsində sənətinin icrasıyla dinləyicini coşdurar, bəyənənlərinin sayını günbəgün artırarsa da, bununla kifayətlənməyən aşıq, yeni ustadlar ilə tanış olar və bu sənətin incəlikləri barede on­lardan dərslər alar ki, Aşıq Nadir Vahedpur, Aşıq Nasir Cəva­hiri, Aşıq Haşim Pur Tağı, Aşıq Eyvaz Şəkuri, Aşıq Həsən İskəndəri, Aşıq Dərviş, Aşıq Hüsen Namver, Aşıq Əzik Şəh­nazi ...və s. bir çox aşığın məclislərində olub, onlar ilə yaxın ünsiyətdə olan aşıq sənətində kamilləşər.

O, aşıq sənətində eləsi bir kamilliyə çatar ki, ilk deyiş­mədə müəllimi Aşıq Dehqan ilə qarşılaşmaqdan imtina etməz. Dəyişik beynəlxalq aşıq qurultaylarında boy göstərər və axta­rılan simalardan biri olur.

Aşıq Amusi yüksək bir icraçılıq qabiliyyətinə malikdir. Tanış olduğu bir çox aşıqdan yüzdən çox dastanı əzbərləyib, mənəvi bir dastan arxivi yaratmışdır ki, bu istiqamətiylə belə aşığın bu qabiliyyəti alqışa dəyər bir vəziyyətdir. Çünki aşıq sənətində icraçılıq dəyişən (intanasiyalı) bir izahat xüsusiyyəti istər. O da ustadlarından yığdığı dastan və qaçmaları mənəvi arxivindən çıxarıb usta bir ifaçılıq ilə paylaşmaya təqdim etməkdədir.
QAYNAQLAR:


  1. Ceferli Meherrem,(2003), "Folklor və tarixi-Milli Məh­rumluq Düşüncəsi", Azərbaycan Şifahi Xalq Ədəbiyyatına Dair Tədqiqlər (AŞHEAT), C. XIV, Bakı.

  2. Günay Umay, (1993), Aşıq Tərzi Şeir Ənənəsi, "Akçağ Nəşrləri", Ankara.

  3. İmamverdiyev İlgar,(2003), "Azərbaycan Aşıq İcra­çılıq Sənətinin Bəzi Əhəmiyyətli Xüsusiyyətləri", AÜ. Tür­kiyyat Araşdırmaları İnstitutu, S. 22, Ərzurum.


Hasan Jamshidi (Anar Binevli)

ASHIQ BAHAR AMUSI

Summary: The traces of the great tales and fables of baba qorqut can be easily seen in the delicate turk Ashiq art.

This field of art has been efficiently promoted by works of artist and Ashiqs such as Gurbani, Tufarganli Abbas, Dollu Mustafa, khasta Qasim. as well as Ashiq Shamshir whose specific place and effect can not be denied.

The legacy of Ashiq Shamshir created a new generation of artist among which Ashiq Bahar is one of the most domi­nant.

Ashiq Bahar Amusi was Bern in 1350 in the village of Tapra , Miyanduab in a nomadic tribe known as Balkanli . In 1350 he started playing the musical instrument as well as singing songs. in 1357 his father, Hassan Amusi, moved to Bonab and Ashiq Bahar got the job of carpet viewing. He benefited from the delicate art of Ashiq Habibi Qahramani. (from shahindej), Ashiq Nadir vahedpur, Ashiq Nasir javaheri, Ashiq Hashim purtaqi, Ashiq Eyvaz Shakuri and particulary from Ashiq Dehgan. He is one of the pioneer followers of the legacy of Ashiq Shamshir.



Key words: Ashug Bahar Amusi, the heritage og Gor­gud, the ashug creativity, the trace of Shamshir, the ashug re­gion of Azerbaijan
Гасан Джамшиди (Анар Биневли)

АШЫГ БАХАР АМУСИ

Резюме: Традиция Великого Озана Деде Коркута в этом контексте среди основных мастеров Азербай­джан­ской ашыгской среды, так как Курбани, Аббас Туфар­ганлы, Доллу Мустафа, Хаста Гасым, Ашыг Шамшир, не­сомненно занимают особое место. Насилие Ашыга Шам­шира пере­даваясь из поколения в поколение создали в Азербай­джан­ской ашыгской среде, новых продолжателей, среди которых особенно привлекает внимание Ашыг Бахар.

Ключевые слова: ашыг Бахар Амуси, Коркутская традиция, ашыгская творчество, Шамширское наследие, Азербайджанская ашыгская среда

İsmayıl MƏMMƏDLİ

AMEA Dilçilik İnstitutu

Professor

ismayilmemmedli.46@mail.ru
AŞIQ ŞƏMŞİRİN DİL SƏNƏTKARLIĞI
Özət: Aşıq Şəmşir hələ ilk qələm təcrübəsindən mahir sənətkar kimi tanınmışdır. O, xalq məişətini, ellərimizin qədim və zəngin etnoqrafiyasını, doğma dilimizi dərindən bilmiş və öz dəyərli əsərləri ilə ustad zirvəsinə yüksəlmişdir. Sənətkarın şeirlərinin dilini diqqətlə nəzərdən keçirəndə bu dildəki zən­ginlik, axıcılıq, məna rəngarəngliyi, intonasiya çalarları, xalq ruhunun əzəməti, həm də doğmalığı istər-istəməz adamı ov­sunlayır. Araşdırıb məruzə yazmaq üçün onun 200-dən çox qoş­ması, 63 təsnifi, 16 ustadnaməsi, 57 gəraylı və 3 deyiş­məsini təhlil edib ümumiləşdirmələr aparmışıq.

Açar sözlər: bənzətmə, poeziya, ədəbi dil, ifadə
«Aşıq sənətinin sahibi biziksə, biz ona

yiyə durmalıyıq, onu yaşatmalıyıq»

Qənbər Şəmşiroğlu
Aşıq sənətinin tarixi Azərbaycan xalqının tarixi qədər qədimdir. Bu sənət ellərimizlə birgə yaranıb bu günümüzə gəlib çatmışdır. Xalqın ruhu, xalqın dili və mənəviyyatı onda ifadə olunub. Aşıq sənəti bu ruhu uzun əsrlər boyu yaşatmış, bu gün də yaşatmaqdadır. Qurbani, Miskin Abdal, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Valeh, Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Məmmədhüseyn, Zodlu Abdulla, Aşıq Mu­sa, Aşıq Vəli, Şəmkirli Aşıq Hüseyn, Aşıq Hüseyn Bozalqanlı, Qaraqoyunlu Aşıq Əsəd, Aşıq Nəcəf, Növrəs İman, Mirzə Bilal və başqaları bu sənəti yaşadan ünlü klassiklərimizdir. Belə azman aşıqlarımızdan biri də Göyçə aşıq mühitinin davamı olan Kəlbəcər məktəbinin ləyaqətli nümayəndəsi, şair Ağda­banlı Qurbanın övladı Aşıq Şəmşirdir. Bu il – 2013-cü ildə onun anadan olmasının 120 ili tamam olur.

Aşıq Şəmşir sazın-sözün beşiyi olan Kəlbəcərin Dəmir­çidam obasında dünyaya göz açıb. Onun əsərlərinin yaranma tarixinə-xronologiyasına nəzər salsaq, XX yüzilin əvvəllərin­dən başlayaraq 70 ilə yaxın söz qoşub-saz çalması həqiqətini qəbul edərik. İlk qələm təcrübələrindən görünür ki, aşıq öz dövrünün oğlu kimi o dövrdəki Azərbaycanda olan ictimai bə­rabərsizliyə, sosial ədalətsizliyə, xeyirin öz yerində olmama­sına, haqqın nahaqqa qurban verilməsinə dözməmiş, bu möv­zularda şeirlər yazmışdır. Aşıq Şəmşir hələ gəncliyindən çəkin­mədən öz mövqeyini ifadə edən öz məsləki-əqidəsi olan bir sənətkar kimi el içində tanınmışdır. Ustad aşıq öz sənətkar qə­ləmini aşıq şeirinin qoşma, gəraylı, təcnis, müxəmməs, divani, ustadnamə, deyişmə və b. janrlarında sınamış, xalqın həyatı, məişəti, arzu və istəkləri ona zəngin mövzular vermiş və qızıl qiymətində olan ədəbi irsini, bədii üslub, bədii dil cəhətdən poetik nümunələr yaratmışdır. Şəmşir sənətini birinci növbədə Azərbaycan xalqı dəyərləndirmiş, onun keçirdiyi toy-düyün­lər­də, ağır yığnaqlarda onu dinləmiş, bu məclislər aşığa meydan olmuş, o özünü sınaqdan çıxarıb məşhurlaşmışdır. Folklorşü­nas alimlər onunla görüş­müş, aşıqlıq sənətini rövnəqləndirən bilgiləri ondan toplamış, toplu və məcmulərədaxil etmişlər. Amma bununla yanaşı onu əvvəllər də qiyabi tanıyan xalq şairi Səməd Vurğun aşıqla Kəlbəcərdə-İstisuda görüşməklə bu dahi ustadı kəşf etmiş, onların görüşü, tarixi deyişməsi bütün ölkəyə səs salmışdı. M.N.Təhmasib, V.Vəliyev, O.Sarıvəlli, P.Sul­tanlı, M.Həki­mov, Z.Yaqub, M.Aslan, H.Kürdoğlu, Q.Nama­zov, M.Qasımlı və başqa saz-söz biliciləri ustadın sənət dün­yası barədə qiymətli fikirlər söyləmiş, onun yaradıcılığının bədii cəhətdən çox kamil və dərin xüsusiyyətləri ilə seçilməsi qənaətinə gəlmişlər. Biz də öz növbəmizdə vurğulamaq istər­dik ki, ana dilimizin, onun ədəbi-bədii dilinin-üslubunun püxtə­ləşməsində, cilalanmasında, zənginləşməsində Aşıq Şəmşirin məxsusi mövqeyi, xidməti olmuşdur. Biz həm də o fikirdəyik ki, aşıq-şairin bədii irsi yalnız bu günlərimizdə deyil, gələcəkdə də örnək olacaq, gələcək nəsillərə əmanət kimi ötürüləcək, neçə-neçə nəsilləri mənən zənginləşdirəcək, maarifləndirəcək.

Mən istərdim ki, 60-70 il öncəyə qayıdım. O dövrə ki, Ni­zami adına Ədəbiyyat İnstitutunda şərəfli bir vəzifəni yerinə yetirən Şifahi xalq ədəbiyyatı şöbəsi çox dəyərli işlər görürdü. Prof. Məmmədhüseyn Təhmasib, prof. Mirəli Seyidov, folk­lorşünas alimlər Əhliman Axundov, Nurəddin Seyidov, Həsən Qasımov (Allah onlara rəhmət eləsin!) və başqaları xalq ədə­biy­yatını ayrı-ayrı bölgələrə ekspedisiyalar yolu ilə topladıqları kimi, el aşıq və şairlərini də akademiyaya dəvət edərək on­lardan dəyərli folklor nümunələrini, əlyazmalarını toplayır, görüşlər keçirir, sorğular aparırdılar, konsertlər təşkil olunurdu. Bu dəvətlilər içərisində ən çox arzu olunan aşıqlar sırasında Aşıq Şəmşir həmişə aparıcı bir şəxsiyyət kimi qəbul olunardı, maraqlı görüşlər alınardı, xalq və aşıq dastanları ondan yazıya alınardı, həm də onun öz şeirləri də tarixin yaddaşına sa­lınardı. Əlbəttə, həmin anlar çox unudulmaz günlər idi. Bunları söy­lə­məmək olmaz, unutmaq günahdır. Yenə də vurğulayıram ki, məhz həmin illərdə Azərbaycanda artıq məşhur olan Aşıq Şəm­şir dəfələrlə bu mötəbər şöbəyə çağırılmış, onun fitri istedadı, qibtəolunacaq yaddaşı, dərin biliyi, öz orijinallığı ilə seçilən qoşquları – şeirləri bütün folklorşünaslar tərəfindən heyranlıqla qarşılanmış onlara yüksək dəyər verilmişdir. Həmin görüşləri əks etdirən xatirə şəkilləri çəkilmişdir ki, bunlar bu gün çox qiymətli və unudulmaz tarixi yadigarlardır.

Mən bu haşiyədən sonra aşıq Şəmşirin şeirlərinin dili məsələsi üzərində fikirlərimi cəmləşdirmək istərdim. Onun əsər­lərinin dilindən, üslubundan danışmazdan öncə bəzi mə­qam­lara toxunmağı lazım bilirəm. Sənətkar ustad aşıqlar bir tərəfdən təmsil etdikləri xalqın dilinin qanını, canını ifadə et­mək, bəyan etmək iqtidarında olurlar. Xalq məişətini, ellərimi­zin qədim və zəngin etnoqrafiyasını dərindən bilməsələr, çətin ki, onlar ustadlıq zirvəsinə də yüksələ bilərdilər. Bunlara aşıq Şəmşir hələ ilk qələm təcrübəsindən yiyələnməyə nail oldu və mahir sənətkar kimi tanındı, qəbul olundu. Xalqı tanımaq, dərk etmək, ondan öyrənmək, el-obanın sevincini, dərdini, arzusunu bütün varlığı ilə, doğru-dürüstlüyü ilə, real şəkildə yaradıcı­lığında əks etdirmək aşıq Şəmşirə də müyəssər olan xoşbəxtlik sayılmalıdır.

Sənətkar müxtəlif janrlı əsərlərində ana dilimizin, xalq dilinin lüğət xəzinəsinin dürlü-dürlü söz qatlarına enməyi ba­car­mış, bunlardan ustalıqla faydalanmışdır. Aşığın seçib iş­lətdiyi sözlər, deyimlər daha çox xalqımızın məişəti, həyat tər­zi, adət-ənənələri, gündəlik həyati zərurət və tələbatı ilə bağlı, ellərimizin ən dəyərli sözləridir, peşə-sənət və fəaliyyəti ilə əlaqədar milli frazeoloji birləşmələrdir: ustadın qoşmalarından bir bəndi xatırlayaq:
Bülbüləm, bağımda gül sevir məni,

Arif olan əhli-dil sevir məni,

Mən eli sevirəm, el sevir məni,

Şəmşir kimi mehribana toxunma!

Bu bəndlə bağlı Aşığın öz düşüncələrini öz sözləri ilə açıqlamaq daha doğru olardı. O deyir: «Toy - düyünümüzün uzun zaman ərzində susmaz bülbülü oldum. Sizinlə kamala çatdım. Sözdən dünyama hopanları ürəyimə bələyib yenidən sizə qaytarmaq oldu ömürlük vərdişim. Bir vaxt duydum ki, bütünlüklə sizə dönmüşəm! Özümü sizdə tapdığıma arxayın olub, əbədiyyat köçünün arxasınca gözünüzdən nihan olmu­şam». Aşıq bu müraciəti, etirafı Rəbbimizə söyləyir. Arif olan­lardan birincisini ulu Tanrını, Rəbbimizi sanır. Təsadüfi deyil ki, Aşıq Şəmşirin şeirlərində «Rəbbimiz», «nuri-təcəlla», «ləm­yəzəl», «faqi-bar», «Xaliqi-ləmyəzil», «Rəsulu Əkrəm», «Əh­mədi-Muxtar», «Heydəri-Kərrar», «Şahi-Mərdan», «Xəlilul­lah», «rəhi-nüsrət», «Kəbə» və başqa onlarla ilahi dərgahla bağ­lı sözlərin, ifadələrin, dini müqəddəslərin adlarının işlənm­əsi olduqca təbiidir.

Aşıq Şəmşir Azərbaycanın elə bir dilbər guşəsində boya-başa çatıb, ömür sürüb ki, onun şeirlərində Kəlbəcər mahalının başıdumanlı, ağçalmalı dağları, dişgöynədən bulaqları, xalı mis­lində olan yaylaqları, çəmənzarları, tanrının xoş saatında yaranmış bu torpağın gülləri, çeşidli çiçəkləri, ən əsaslısı isə genişqəlbli, safürəkli, xoşdiləkli saf insanları onun şah mis­ralarının bəzəyi olmuşdur.

Aşığın şeirlərində lalə, laləzar, çəmənzar, nərgiz, bə­növşə, yasəmənli quzeyin moruğu, döş çiyələyi, çəmən, çi­çək, gül-çiçək, zanbaq, kəkliklər, sonalar, bülbüllər, durna­lar təbiətin cansız və sanlı möcüzələri bədii mətnə xüsusi təravət, təbiilik gətirir.

Sənətkarın şeirlərinin dilini diqqətlə nəzərdən keçirəndə bu dildəki zəngin­lik, axıcılıq, məna-rəngarəngliyi, intonasiya çalarları, xalq ruhunun əzəməti (və həm də doğmalığı, mər­həm­liyi) istər-istəməz adamı ovsunlayır, sehirləyir. Aşığın xalq dilinin dərinliklərinə varması, söz seçimi heyrət doğurur. Bir neçə nümunə gətirmək yerinə düşərdi:


Lalədi, nərgizdi evim-eşiyim,

Köynəyim-sıx meşə, qoymaz üşüyüm,

Qərənfildi, qızılgüldü beşiyim;

Buz bulaqlı, göy yaylaqlar oğluyam.


Cavanhirdir Azərbaycan torpağı,

Qızıl, gümüş hər sərvətin yatağı,

Uca zirvələrin - lalə bayrağı –

Şəmşirəm, nə gözəl diyar oğluyam.


Daha bir bədii parça:
Ov keçdi bərədən, uyquda yatdım,

Ayıldım, xədəngi izinə atdım.

Ha yüyürdüm, nə yetişdim, nə çatdım…

Hər işin qaydına qal vədəsində.


Söylə, gözəl, sən nə mətləb istəsən?

Nədən durdun aşiqinlə qəsdə sən?!

Axtarıb Şəmşiri görmək istəsən:

Doğru-düz ilqara gəl vədəsində.


Birinci qoşmadakı bəndlərdə tərənnüm, vəsf aparıcıdırsa, sonrakı «Vədə­sində» şeirindən ustad aşığın, müdrik, zəngin həyat təcrübəsi olan ağsaqqalın hik­mətli nəsihətini oxuyuruq.

Azman sənətkarlar, mütəfəkkir alimlər də göstərmişlər ki, bədii dilin, obrazlı bədii dilin mahir yaradıcısı xalqdır, xalq arasında yetişmiş el şairləri və ustad aşıqlardır. Bədii dilin, üs­lu­bun ən gözəl nümunələrini daha çox aşıq yaradıcılığında, aşıq şeirində görmək olar. Bu mənada Aşıq Şəmşir irsi də diq­qətəlayiqdir:


Gəzirəm obanı-oymağı çoxdan,

Ellərin dilinin əzbəriyəm mən.

Dərin suallardan oldum xəbərdar.-

Atan igidlərin səngəriyəm mən!


Xislətdə sadəyəm, eşqimdə Qafam!

Mən mürvət kanıyam, əhli-insanam!

Gövhəri tanıyan qoca sərrafam,

Seçilmiş covhərin zərgəriyəm mən!


Eşqi-məhəbbətin pərvanəsiyəm!

Bir alagözlünün divanəsiyəm!

Şəmşirəm, Qurbanın nişanəsiyəm,

Ustad aşıqların dəftəriyəm mən!...


Aşıq «atan igidlərin səngəriyəm mən» deyərkən özünün mərd, yenilməz ərənlərə arxa olmasını nəzərdə tutur.

Sənətkar «Eşqimdə Qafam» söyləyərkən sevgisinin Qaf dağı qədər uca və yenilməz olmasını göstərir. Aşığın bizə qo­yub getdiyi irs, zəngin söz xəzinəsi onun sözün tam mənasında Ağdabanlı Qurbanın ləyaqətli nişanəsi olmasını təsdiqləyir. O da aşkarlanır ki, Aşıq Şəmşir özünəqədərki ustadların bizə ər­mağan qoyduqları mənəvi sərvətlər onun şair - aşıq yadda­şındadır.

Dədə Şəmşir deyəndə ki:
Sirr açma namərdə, söz demə pisə,

Namərdin qəlbində söz dura bilməz.

Yoldaş olma alçaq olan nakəsə,

Danışar ilqardan, tez dura bilməz.


Bu misraları dinləyərkən ustadlar ustadı Xəstə Qasım Tikmədaşlının həmişə təravətini, qiymətini saxlayan –
Üz vermə nadana, sirr vermə pisə,

Axır qəlbin ya inciyə, ya küsə,

Ot bitər kök üstə, əsli nə isə

Yovşan bəsləməklə çəmənzar olmaz. –


öyüd-nəsihətini yada salırıq.

Öz zamanında və məqamında Tufarqanlı Abbasın söylə­miş olduğu bu günümüz üçün də qızıl qiymətində olan belə misraları var:


Aşıq Abbas söylər sözün sərindən,

Arxı axıb suyu çıxsın dərindən

El bir olsa dağ tərpənər yerindən

Kənd bir olsa zərbi zindan sındırar:

(S.Mümtaz, El şairləri, B, 2005, s.23)
Biz dədə Şəmşirin «Gedər» rədifli gəraylısında həmin hikmətli fikri yeni bir təqdimatda, yeni poetik bir formada gö­rərkən sənətkarın istedadının qüdrətinə heyranlığımızı gizlədə bilmədik:
Düzdü əhli-dilin sözü,

Şəmşir sevir, bilin, sözü.

Bir olarsa elin sözü,

Uca dağlar qopar gedər.

Aşıq Abbasda «El bir olsa dağ tərpənər yerindən» fikri Aşıq Şəmşirdə «Bir olarsa elin sözü, uca dağlar qopar gedər» sözləri heç də ustadı tək­rarlamır, ona başqa, yeni bir baxışdan məna verir.

Aşıq Şəmşir Dədə Ələsgəri özünə ustad hesab etmiş, onun söz sənətinə böyük ehtiramını bildirmişdir:


Böyük tacidarım, kamil sənətkar,

Sənsən mənim pak ustadım, Ələsgər.

Yadımdan çıxarsa yazdığın əşar,

Qopar o gün qiyamətim, Ələsgər.


Ruhuma nur verən dahi sən oldun.

Sənətimin qibləgahı sən oldun.

İdrakımın mehri, mahı sən oldun,

Fikrim, zikrim, həm baratım Ələsgər.


Şəms olub düşübsən sən dildən-dilə,

Nəğmən pay verilib bağda bülbülə.

Xəzinə anbarın baqidir hələ,

Açılıb bazarın, satım, Ələsgər.


Sən mənə səadət, barat vermisən,

Şəmşirin qəlbinə qanad vermisən!

Zərrin irəxtili Qırat vermisən,

Durur o verdiyin atın, Ələsgər.


Şəmşir «pak ustadı Ələsgər» sənətini qibləgahı, «idrakı­nın mehri, mahı» adlandırır. «Şəms (günəş) olub düşübsən sən dildən-dilə» deyə vəsf etdiyi Dədə Ələsgəri «o şahım, ustadım Ələsgər» kimi qədirşünaslıqla yüksək dəyərləndirmiş, həm Ələsgərə, həm də özünə böyük hörmət qazandırmışdır.

Aşıq Şəmşir qəlblərin tərcümanı, insanların ruhu olan sözə böyük diqqətlə, həssaslıqla, hörmətlə yanaşmış və «Yaraş­maz» qoşmasında yazmışdır:


Söz qızıldı qədirbilən insana,

Xilaf desən yaxşı dosta, yaraşmaz.

Saxta sözün axır çıxar yalanı,

Belə sifət sənə, usta, yaraşmaz.


Hədər söz insanı doğrayar, kəsər,

Hər nə söhbətin var, elə müxtəsər.

Mən sənə nə yazım, eləsin əsər?!

Yaxşı da yaraşmaz, pis də yaraşmaz.


Xəbisi işindən olmaz ayırmaq,

Mahal işdi ac gözləri doyurmaq.

Hər tənqid deyənə xəncər şıyırmaq

Düşmək Şəmşir ilə qəsdə – yaraşmaz.


Xalq aşığı sözə böyük dəyər vermiş, ən yüksək qiymətə layiq görüb onu qızıla bərabər tutmuş, yerində -məqamında deyilməmiş hədər sözün insanı doğrayıb kəsməsini söyləyir (Atalar demişdir: «Qılınc yarası sağalar, söz yarası sağalmaz»). Nizami müdrikliyinə söykənərək («hər sözü az demək daha xoş olar») «Hər nə söhbətin var, elə müxtəsər» hikmətamiz fikri müdafiə edir.

Aşıq Şəm­şirin şeirlərinin dilini diqqətlə araşdırmaqla belə bir həqiqəti qəbul edirik ki, ustadın ölçüyəgəlməz dərəcədə zən­gin leksikonu vardır. Onun əsərlərində bədii söz yüksək dərəcədə ali məqsədlərə xidmət edir, ana dilimizin ifadə im­kanlarını bütün genişliyi ilə açıb göstərir, ədəbi dilimizi məna incəlikləri ilə dolğunlaşdırır, yeni-yeni çalarlar, cümlə quru­luşları, intonasiya rəngarəngliyi yaradıb bədii üslubun ixti­yarına, dövriyyəsinə verir.

El aşığının dilində işlənmiş aşağıdakı xalq deyimlərinin, frazeoloji birləşmələrdən bir silsilə vermək yerinə düşərdi: Könlü açılmaq, cida düşmək, eyni açılmaq, qəlbi dağa dön­mək, üzü gülmək, köçüb getmək, (dünyasını dəyişmək), ay­rı düşmək, soraq vermək, xatirini əziz tutmaq, şam başına dolanmaq, dəngəsər eləmək, rəhmi gəlmək, üzü ağ eləmək, buludtək dolmaq, kam almaq, xətrinə dəymək, könül həm­də­mim, söz bazarı, bel bağlamaq, can vermək, tələ qurmaq, dilinə qadağa vermək, çəhlim salmaq, beli doğanaq olmaq, qür­rə atmaq, qəlbi doluxmaq. və s. Bu cür frazeoloji birləş­mələr yüzlərlədir: Biz burada göstərdikləri­miz­lə kifayət­lən­dik… Bir cəhəti də deyək ki, belə ifadələrdən eləsi var ki, Azər­baycan dilinin izahlı lüğətinə düşməyib. Məsə­lən: Kim­dənsə sidqi sınmaq:
Səbəb nədir axır məndən,

Gözəl, sidqin sınıb sənin?


Bu ifadə «üzü dönmək, incimək» anlamını verir.

Daha bir nümunə: beli doğanaq olmaq:


Saqqal ki, ağardı, gəzmə cavanlıq,

Qocalıqda bu iş, lələ, çətindi.

Qədd əyilir, belin olur doğanaq.

Umid olma o düzələ, çətindi.


Aşıq Şəmşir 87 illik ömrünü cənnət-məkan sazın-sözün beşiyi Kəl­bəcərimizdə, el-oba içərisində, toyda-yığnaqda, şən­liklərdə başa vurub. Xoş­bəxtlikdən qaçqınlıq, köçkünlük acı­sını, faciəsini yaşamayıb, görməyib. Onun ağlına belə gəlməzdi ki, bir gün (1993-cü ilin aprelində) Kəlbəcər işğal olunacaq.

Ustad öz şeirlərində ədəbi dilimizdə işlənməyən «qarçı­qay», «pəsinmək» (çəkinmək), minək day (üçyaşar at), fasıq (hiyləgər), yoncumaq (yalvarmaq), «Xuban» (camaat, rəiyyət), «uylaşmaq» (yaraşmaq) və b. sözlərdən istifadə etmişdir ki, bu sözlər də ədəbi-bədii dilin malı ola bilər:


Cəsarətdə, məharətdə tanınmış

Dəryadan dənizdən pəsinməz keçər.


Qaraquşun sar olmasa dayısı,

Deyərlər bir minək day götürərmiş…


Olmaz bundan qədirbilən,

Bir fasıqdı üzə gülən…


Yoncumaram hər qadına,

Düşmüşəm püran oduna.

Sən məni tez-tez yadına

Sal, başına dönüm gəlin!


Məni eşqə salan qarçıday, laçın,

Aşığı yandırıb yaxışı

Abad olur yaylaqları,

Xubanların oylaqları.


Dədə Şəmşirin şeirlərində əsasən, Kəlbəcər ellərinin coğ­rafiyasını cızan, təsvir edən yer-yurd adlarının da aydın mən­zərəsinin şahidi oluruq. Onomastik adlar: el-oba, yer-yurd, nə­sil adları tariximizin diri qədimliyidir, ulu yüzillərin nişanə­ləridir. Bu adların müxtəlif məxəzlərdə qorunub hifz olunması qədim Azərbaycan türklərinin min illiklərlə ölçülən tarixinin yadigarlarıdır. Bu gün vətənimizin 20 faiz torpaqları erməni əsarətindədir. Bir həqiqəti izləsək ki, erməni vandalları, cəllad­ları yer-yurd adlarımızı saxtalaşdırır, izini-tozunu silmək üçün erməniləşdirərək dəyişdirirlər. Onda Aşıq Şəmşirin şeirlərində qorunan, əxz olunan bir silsilə xüsusi adların əhəmiyyətini təsəvvür etmək, dərk etmək asanlaşar. İndi bunları sıralayaq:

Dağ adları: Qonur, Qoşqar, Kəpəz, Murov, Dəlidağ, Sa­rı dağ, Dovudlu, Qurcan yalı, Çöplü dağı, Buzluq, Çil­gəz, Qeyti, Qafqaz, Çiçəkli, Günəş dağı, Ağdaş, Pilov dağı, Çolpan, Sarı yal, Şişqaya, Çiçəkli, Ərgünəş, Çalbayır, Dam­cılı, Bezirqand, Şahdağı, Qızılarxac, Qaraxaç, Məndil, Çanalı dağı, Qanlı dağ, Daşarası, Şişdağ, Sarıdağ.

Kənd, qəsəbə, yaylaq, bulaq, düz, meşə, biçənək və şəlalə adları:


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin