Qaydalar Fəsil 1 Əsas qaydalar Maddə Mülki məhkəmə icraatı haqqında qanunvericilik


Maddə 330. Sənədi saxlayanın ərizəsi



Yüklə 1,4 Mb.
səhifə196/302
tarix07.01.2022
ölçüsü1,4 Mb.
#84866
növüQaydalar
1   ...   192   193   194   195   196   197   198   199   ...   302
Maddə 330. Sənədi saxlayanın ərizəsi

 

İtirilməsi haqqında ərizə verilmiş sənədi saxlayan, elan verilən gündən 3 ay müddətində qərardad çıxarmış məhkəməyə, sənədə dair öz hüquqları haqqında ərizə verməli və bu zaman sənədin əslini təqdim etməlidir.



 

Maddə 331. Sənədi saxlayandan ərizə daxil olduqdan sonra hakimin hərəkəti

 

331.1. Elan verilən gündən 3 aylıq müddət qurtarana qədər məhkəməyə sənədi saxlayandan ərizə daxil olduqda, məhkəmə sənədi itirmiş şəxsin ərizəsini baxılmamış saxlayır və sənədi vermiş idarə (şəxs) tərəfindən sənəd üzrə ödəmə və verməni müəyyən müddətdə qadağan edir.



331.2. Hakim eyni zamanda ərizəçiyə həmin sənədi saxlayana qarşı həmin sənədi tələb etmək barədə ümumi qaydada iddia vermək hüququnu, sənədi saxlayana isə hakimin qadağanedici tədbirlərlə vurulmuş zərəri onun ərizəçidən almaq hüququnu izah edir.

331.3. Bu Məcəllənin 331.1-ci və 331.2-ci maddələrində göstərilən məsələlər üzrə məhkəmənin qərardadından xüsusi şikayət verilə bilər. 

 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   302




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin