Saytlar varmı (varsa, sayı: yoxdur, azdır, kifayət qədərdir, çoxdur)?
Onların məzmunu nə qədər tez-tez yeniləşir? O, statik, yoxsa dinamikdirmi?
Yuxarıdakı saytlar ölkə daxilində yaradılırmı?
Elektron elan lövhələri, USENET qrupları, təlimat bülletenləri və poçt siyahıları istifadə olunurmu?
İnternetlə işləməyi öyrənmək üçün imkanlar varmı?
3.3. İKT-lar məişətdə
Əhali İKT-lardan (telefonlardan, fakslardan, peycerlərdən, kompüterlərdən) məişətdə istifadə edirmi?
Telefonlar, radiotelefonlar, rəqəmli köməkçi cihazlar, peycerlər, fərdi kompüterlər daimi olaraq işlədilirmi? Onlar məişət kommersiyasında (banklarla ünsiyyətdə, internetlə mal alqısında, sərmayə qoyulmasında) və sosial və kommersiya ünsiyyəti zamanı istifadə üçündürmü? (məişət barteri, internetdə söhbətlər və s.)
E-poçt imkanı ilə kompüterlər varmı (internet kafelər, telemərkəzlər)? Varsa, onlardan nə dərəcədə geniş istifadə olunur?
3.4. IKT-lardan iş məqsədi ilə istifadə edən işçilər(in):
Telefonlardan məhdud/qeyri məhdud şəkildə istifadə edilirlərmi?
Şəxsi e-mail ünvanı əldə ediblərmi?
İş yerlərində internetə çıxışları varmı?
Şəxsi biznes kartlarında e-mail və saytları qeyd olunurmu?
Biznes və dövlət ofislərinin neçə faizində kompüter var və işçilərdən neçə nəfər onlardan istifadə edir?
Onlar şəbəkələrə birləşdirilibmi?
İşlər əksər hallarda şəxsi şəkildə, yoxsa e-mail vasitəsilə həll olunur? İşgüzar fəaliyyət üçün xüsusi proqramlar varmı? Bunlardan nə dərəcədə geniş istifadə olunur?