Qaydaları Ümumi müddəalar Yük (sərnişin) avtomobil nəqliyyatı xidmətlərinin ümumi həcminə aşağıdakılar daxildir



Yüklə 0,66 Mb.
səhifə19/37
tarix01.01.2022
ölçüsü0,66 Mb.
#107425
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   ...   37
İnformasiya texnologiyaları dedikdə – informasiyanın yığılması, saxlanması, axtarışı, işlənməsi, ötürülməsi və təsviri əməliyyatları başa düşülür.

Bu texnologiyalarda istifadə olunan əsas vəsaitlərə aşağıdakılar aiddir:



  • mikroelektronika, inteqral sxemlər, yarımkeçiricilər;

  • geniş istifadə dairəsi olan məhsullar – kommunikasiya, kompüterlər və şəbəkə sistemləri, bu sistemlərin proqram təminatı; informasiya vasitələri; aparat, proqram və informasiya təminatının istismarı üçün kadrların hazırlanması sistemi;

  • bəzi spesifik avadanlıqlar - televiziya avadanlıqları və videotexnika və s.

İnformasiya ilə təminat infrastrukturuna həmçinin informasiyalaşdırma prosesinin səmərəli inkişafına təkan verən iqtisadi və hüquqi mexanizmlər də daxildir.

İnformasiya texnologiyaları statistikası – iqtisadi statistikanın ən yeni istiqamətlərindən biridir; onun anlayışları, təsnifləşməsi, göstəriciləri hətta dünya təcrübəsində belə, bu gün tam formalaşmamışdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının və Avropa Statistika Bürosunun informasiya texnologiyaları statistikasında və telekommunikasiyada beynəlxalq standartların işlənib hazırlanmasına yönəldilmiş işlərini qeyd etmək lazımdır. İnformasiya texnologiyaları statistikasının vahid metodologiyasının formalaşması üçün elm və innovasiyalar statistikasının sistemləşdirilmiş terminologiyasının, daha sonra informasiya texnologiyalarına statistik müşahidə proqramlarının hazırlanması gərəkdir.

İnformasiya texnologiyaları sahəsinin vəziyyətinin, cəmiyyətin iqtisadi və sosial inkişafına onların təsirinin qiymətləndirilməsinin kompleks statistik təhlili olduqca aktualdır.

İnformasiyanın işlənməsi sahəsinin inkişafında yeni dövr başlayır. Yaradılan və işləyən informasiyanın, ilk öncə ərazi və lokal şəbəkələrin spektri qeyri-adi şəkildə genişlənib.

Müxtəlif birliklərin, korporasiyaların, firmaların müasir informasiya şəbəkələri elektron maşınları və rabitə vasitələri kompleksində yaradılır.

İnformasiya texnologiyalarının istifadəsindən bəhs edərkən, müəssisələrdə rabitə şəbəkəsinin – lokal, eləcə də Internet də daxil olmaqla qlobal şəbəkələrin mövcudluğu məsələsindən danışmamaq olmur. Şəbəkə dedikdə, öz aralarında siqnalların ötürülməsi mühiti vasitəsilə: kabellər, radiokanallar və digər əlaqəli avadanlıqlar (sonuncu işçi stansiyaları, kommutasiya qovşaqları) məcmusu başa düşülür. Məlumatların ötürülməsi şəbəkəsi – bir və ya bir neçə qovşaqda kompüter yerləşdirilmiş şəbəkədir.

Lokal hesablama şəbəkəsindən fərqli olaraq, qlobal informasiya şəbəkəsi böyük ərazini tutur və telefon şirkətləri, yaxud digər rabitə müəssisələrinin təqdim etdiyi uzaq rabitə kanallarından istifadə edir.

Qlobal şəbəkə həm əlverişli (məsələn Internet), həm də ixtisaslaşdırılmış (korporativ və ya tabelikdə olan) şəbəkə ola bilər. Əgər kompüter eyni binada və ya bir neçə qonşu binalarda yerləşən kompüterlərdən elektron formada məlumatı qəbul edə və göndərə bilirsə, onda istifadə olunan avadanlıqdan, proqram təminatından məlumat mübadiləsinin protokol və reqlamentlərindən asılı olmayaraq, qlobal şəbəkəyə qoşulmuş hesab edilir.

Texniki vasitələrlə yanaşı, informasiya texnologiyalarına texnikanın «intellektual» fəaliyyətini mümkünləşdirən proqram vasitələri də daxildir.

İnformasiya texnologiyalarının tətbiqi elə bir mühit yaradıb ki, bu mühitdə yaxın vaxtlara qədər yalnız nəzəri cəhətdən və məhdud istifadəçi dairəsinə məlum olan kompüter proqramlarından istifadə vasitəsilə statistik üsul və metodiki tədqiqatların həyata keçirilməsi artıq mümkün olmuşdur. Statistik proqram təminatının işlənib hazırlanmasında və satışında İnternetin inkişafı əlavə təkan olmuşdur. Qlobal şəbəkənin vasitəçiliyi ilə innovasiya, modullarla sürətləndirilmiş və sadələşdirilmiş mübadilə əsasında yeni məhsullar işlənib hazırlanmış və yaradılmışdır. Bazarın müxtəlif formalarının inkişafı, o cümlədən elektron texnikası və informasiya texnologiyaları müxtəlif ölkələrin sərhədləri arasında səddi götürmüş və adı çəkilən məhsulların hər bir insana təklifini təmin etmişdir. Nəticədə, statistik proqram təminatına tələbin inkişafı və istehlakının təkmilləşdirilməsi üçün şərait yaradılmışdır.

Dünya təcrübəsinin təhlili göstərir ki, informasiya texnologiyalarının inkişafı, tətbiqi və istifadəsi iqtisadi artım, əmək məhsuldarlığı və əhali məşğulluğunun artırılması üçün geniş potensial imkanlar yaradır. Bu da təkcə informasiya texnologiyaları sahəsində deyil, iqtisadiyyatın digər sahələrinin də səmərəliliyini artırır.

Biliyə əsaslanan (Intellektual) iqtisadiyyat keçən əsrin ikinci yarısında meydana gəlib, sürətlə inkişafa başlayaraq, istehsalın səviyyəsinin artması, iqtisadi səmərəlilik və maddi rifahın yaxşılaşması kimi iqtisadi faydalar gətirmişdir. Son illərdə inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə maddi rifahın yaxşılaşması məhz intellektual iqtisadiyyatın artmasının nəticəsidir.

Keyfiyyət baxımından biliyə əsaslanan iqtisadiyyat, ümumiyyətlə, ictimaiyyətin həyat və fəaliyyət tərzinə vacib və əsaslı dəyişikliklər gətirmişdir. Bu, ictimai və iqtisadi agentlərin bilik və informasiyanı hansı yol və vəsaitlə əldə etməsində, yaradılmasında, paylanmasında və istifadə olunmasında; istehsalın, əməyin, texnoloji proseslərin və ticarətin təşkil edilməsində; bir-birilə əlaqə saxlamasında; siyasi proseslərdə iştirakında və s. dəyişikliklərdə özünü göstərir.

Sərmayələrin azlığı ilə informasiya və kommunikasiya texnologiyaları (İKT) bölməsinin yüksək dərəcədə inhisarlaşması və əhalinin get-gedə artan yoxsulluğu bəzi ölkələrdə intellektual iqtisadiyyatın özülünü qoymaqda çətinliklər yaradıb. Ən inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, intellektual iqtisadiyyatın genişlənməsi üçün bəzi şərtlərin nəzərə alınması vacibdir:



  • informasiya və kommunikasiya texnologiyaları, informasiya infrastrukturu və İKT xidmət təminatının mövcud olması və əlverişliliyi;

  • bilik və informasiyanın əldə edilməsi, yaradılması və səmərəli istifadəsi üçün davranışlı əsasnamənin olması;

  • cəmiyyəti bilik və informasiyanın istifadəsinə həvəsləndirmədə, bilik və informasiyanın səmərəli istifadəsini təmin etməkdə və əhali üçün əlverişli etməkdə dövlətin fəal rolu;

  • elmi bacarıq və tutumların mövcud olması, onların məqsədyönlü və səmərəli istifadəsi;

  • təhsil və sahibkarlığa meyl göstərən əhali.

Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası keçid dövründə olan ölkələrdə intellektual iqtisadiyyatın yaradılması və üzə çıxarılmasında fəal rol oynayır.

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin