İnformasiya texnologiyaları statistikasının
göstəricilər sistemi
Deyilənləri nəzərə alsaq, informasiya texnologiyalarının statistik tədqiqini üç mərhələyə ayırmaq olar. Birinci mərhələ informasiya texnologiyaları bölməsinin mal və xidmətlər bazarında tələb və təklifin monitorinqi ilə bağlıdır. Söhbət informasiya texnologiyaları bazarının həcmi, strukturu və dinamikasının qiymətləndirilməsi, onların yayılması və istifadəsindən gedir. İnformasiya texnologiyaları sahəsində məhsul və xidmətlərin yüksək elmi tutumunu və yeni texniki qaydalar əsasında müntəzəm olaraq dəyişilməsinin zəruriliyini nəzərə alsaq, bu sahədə elmi tədqiqat və innovasiya göstəricilərinin təhlili xüsusi əhəmiyyət kəsb edir. Müasir elm və innovasiya statistikasının informasiya texnologiyaları statistikası ilə metodoloji uyğunluğunu təmin etməklə, onun əsasında duran prinsiplərə əsaslanmaq məqsədəuyğundur.
Texniki innovasiyalar anlayışı altında müəssisənin istər tədqiqat və istərsə də tətbiqetmə ilə əlaqədar olan fəaliyyəti başa düşülür: sənayedə – texnoloji cəhətdən yeni məhsul və proseslərin tədqiq və tətbiqi, eləcə də məhsul və proseslərdə əhəmiyyətli texnoloji təkmilləşdirmələr; xidmətlər sahəsində – texniki cəhətdən yeni xidmətlərin və əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş istehsal üsullarının tədqiqi.
Xidmət o halda texnoloji innovasiya hesab edilir ki, onun xarakteristikaları və ya istifadə üsulları ya prinsip etibarilə yenidir, ya da texnoloji cəhətdən əhəmiyyətli dərəcədə təkmilləşdirlmişdir. Xidmət sahəsində aşağıdakı innovasiyaları göstərmək olar:
gün ərzində sürücülərin marşrutunu dəyişdirmək üçün mobil telefonlardan istifadə edilməsi;
malların çatdırılması sürətini artırmaq üçün istifadə edilən nəqliyyatın hərəkət marşrutunun tərtib edilməsinə kompüter sisteminin tətbiqi;
telekommunikasiya şəbəkəsi üzrə məlumatların rəqəmlə ötürülməsi üçün yeni sistemlərin tətbiqi;
müxtəlif təyinatlı plastik kartların tətbiqi;
sifarişçilərin müstəqil olaraq kompüter terminalında işgüzar əməliyyatlar apardığı işçisiz yeni bank ofisi;
telefonla bank əməliyyatları;
sifarişçinin fərdi tələblərinin təmin edilməsi nəzərə alınmaqla, proqram təminatı paketlərinin işlənib hazırlanması;
tədris məqsədləri üçün yeni multimediya proqram təminatının tətbiqi;
İnnovasiya göstəricilərinə aşağıdakılar daxildır;
Innovasiya məhsulunun həcmi;
İnformasiya-hesablama xidmətləri üzrə görülmüş işlərin və göstərilmiş xidmətlərin həcmi (onların həyata keçirilməsindən əldə edilən gəlir məbləği);
Müəssisə tərəfindən alınan və verilən texnologiyaların (texniki nailiyyətlərin), proqram vasitələrinin sayı;
Tədqiqatların və işləmələrin yerinə yetirilməsi üzrə birgə layihələrin sayı.
İnformasiya texnologiyalarının xüsusiyyətləri və onların inkişafına statistik müşahidə məsələlərinə əsaslansaq, statistik göstəricilərin (şəkil 1,2,3) müvafiq sistemi təklif oluna bilər. Bütövlükdə, onlar informasiya texnologiyalarının vəziyyəti və tətbiqinin hərtərəfli qiymətləndirilməsini təmin edir. Təklif olunan göstəricilərin kompleks xarakterini nəzərə alaraq, informasiya texnologiyaları, sənaye, ticarət, elm və innovasiya, əmək və məşğulluq, rabitə və s. statistika sahələri üzrə işlərin əlaqələndirilməsini, metodiki prinsiplərin razılaşdırılmasını təmin etmək vacibdir.
Şəkil 1
Dostları ilə paylaş: |