13 – Yalandan özünü başqasına nisbət verən şəxslər haqqında danışmaq:
Hər hansı bir dəlili olmadan özünü başqasına nisbət verən, yaxud özünün yalandan filan şəxsin övladı olduğunu bildirən şəxs haqqında danışmaq, onun kimliyini araşdırmaq və bu məqsədlə qeybətini etmək caizdir.
Islam dini nəsillərin qorunmasının qeybətdən çox önəmli olduğunu bildirmiş, nəsillərin qorunması üçün qeybətin belə caiz olduğunu vurğulamışdır.
14 – Məchul şəxs haqqında danışmaq:
Ad çəkilmədən hər hansı bir qüsurdan danışmaq qeybət sayılmaz. Necə ki, qeybətin tərifindən də aydın olmuşdur. Ancaq,bu mövzudada bir neçə nöqtəyə diqqət yetirilməlidir:
A) Söhbət zamanı əks tərəfin kimliyini açıqlayan hər hansı bir işarə, əda və yaxud eyhamdan istifadə olunmamalıdır. Yəni, tərəfin kimliyini açıqlayan hər cür danışıq yolu qeybət sayılır.
B) Bəhz edilən bu mövzu azı bir yeri əhatə etməməlidir. Məsələn; «Əhmədin uşaqlarından biri» kimi sözlər qeybət sayılır. Çünki, söhbət ancaq haqqında danışılan şəxsin uşaqlarını əhatə edir. Həm də, bu söhbət başqa uşaqlar haqqında da sui-zənnə yol açdığı üçün fərqli bir günaha yol açar.
Mühəqqiq Sani, bu mövzu haqqında belə bir açıqlama verir: «Bəzi alimlərimizin özlərindən aydın olduğu qədər qeybət, bilinən şəxslər haqqında və ya bir qisim şəxsi əhatəsinə alan alan halda deyilən sözlərdir. Əks təqdirdə qeybət sayılmaz. Məsələn; əhalisi çox olan bir şəhərin əhalisi üçün «Bunların çoxu yalançıdır» demək qeybət sayılmaz».1
Şeyx Ənsari bu mövzu haqqında belə buyurur: «Mənə görə çoxluq təşkil edən bir cəmiyyət haqqında danışmaq qeybət sayılmaz. Amma bu cəmiyyətin bir hissəsi deyil, cəmiyyət bütünlüklə qəsd edilərsə, şübhəsiz ki, bu, qeybət sayılmır. Məsəslən; Bu şəhərdəkilərin hamısı pisdir.
Başqa sözlə, bir şəxsi və ya bir qurupu qəsd edərək çoxluq təşkil edən bir cəmiyyət danışmaq qeybət sayılmaz».
«Cəvahirul-Kəlam» kitabının müəllifi də bir çox alim kimi bunun caiz olduğunu müdafiə edərək belə deyir: «Cəmiyyətin bütünlüklə qəsd edilmədiyi halda hər-hansı bir pisliyi bir qurupa, bir dəstəyə və ya bir şəhərə inad etmək qeybət sayılmaz. Bu halda qüsuru açan şəxs hər kəsi qəst etmədiyinə aid inandırıcı bir cümlədən istifadə etməlidir».2
Məsələn; Özü Ankaradan olduğu halda «Ankaralılar belədir...» deyən bir şəxs, əlbətdəki özü Ankaradan olduğu üçün həm özünü, həm də bütün Ankaralıları qəsd etmişdir.. bu halda bu cür qeybətin işkalı olmaz.
Dostları ilə paylaş: |