C) Əda yolu ilə qeybət; Başqalarının qüsurunu bəzi hal, hərəkət və davranışlar yamsılamaq da qeybətdir. Bu halda dinləyici əvəzinə izləyici olur.
Ç) Eyham yoluyla qeybət; Başqalarının qüsurunu eyhamla yamsılamaq da qeybət sayılır. Məsələn, mövqe və məqam düşkünü olan bir şəxsə «Məqam düşkünü olmaqdan Allaha sığınıram» və yaxud çox danışan biri üçün «Çox danıışmaq da bir növ xəstəlikdir» demək qeybət sayılır.
D) İşarəylə qeybət;Başqalarının qüsurunu əl, qol və sair işarələrlə yamsılamaq da qeybətin fərqli bir növüdür. Burada da dinləyici əvəzinə izləyici olur.