QiÇS xəstəliyi öz inkişafında aşağıdakı mərhələləri keçir


Yumşaq dərman formalarına



Yüklə 58,46 Kb.
səhifə25/26
tarix10.01.2022
ölçüsü58,46 Kb.
#108663
1   ...   18   19   20   21   22   23   24   25   26
Yumşaq dərman formalarına məlhəmlər, linimentlər, pastalar, plasterlər, şamlar və s. aid edilir.

Məhləmlər ən qədim və ən çox işlənən dərman formasıdır. Məəlhəmlər yalnız xaricə işlənir. Məlhəmlər müxtəlif dərmanlarla məlhəm əsasının qarışığından alınır. Məlhəm əsası kimi heyvan və bitki yağlarından, piylərdən, mineral mənşəli (vazelin, parafin, qliserin və s.) maddələrdən istifadə olunur. Məlhəmlər qatılığına görə donuz piyinə və kərə yağına müvafiq olmalıdır ki, dəriyə sürtüldükdə bədən hərarətində asanlıqla əriyərək yayıla bilsin.

Linimentlər duru məlhəmlərə deyilir. Linimentlər xaricə işlənən qatı mayelərdir. Bunlar bitki yağlarını qələvilərlə (naşatr spirti) qarışdırmaq, sabunları mayelərdə həll etmək yolu ilə hazırlanır. Linimentlər ağrıyan nahiyyələrə sürtürülür. Ya da kətan parçaya yaxılaraq həmin nahiyyələrə qoyulur. Odur ki, bunların tərkibində adətən ağrı kəsici dərmanlar olur. Linimentlər uzun müddət qaldıqda parçalanır. Buna görə onları şüşə qablarda və sərin yerlərdə saxlamaq lazımdır.

Pastalar qatı məlhəmlərə deyilir. Onları dəriyə sürtdükdə bədən temperaturunda asanlıqla yumuşalmır və dəri üzərində yayılmayaraq sürtüldükləri nahiyyədə uzun müddət qalır.

Plasterlər xaricə işlədilən dərman növüdür. Bunlar bədən temperaturunda yumşalaraq dəriyə yapışır. 2 növdə olur. Yaxılmış plasterlər və kütlə şəklində buraxılan plasterlər.

Dərman şamları konus şəkilli olur və düz bağırsağa yeridilir. Onlar düz bağırsağa daxil edildikdə əriyir və tərkibində olan dərmanlar ayrılaraq öz təsirini göstərir. Şamların uzunluğu 2,5 – 4 sm, ağırlığı 2 – 4 qram olur.




Yüklə 58,46 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin