Qiymətin əmələgəlməsi” fənni üzrə kurs iŞİ Mövzu: Qiymətlərin sosial-regional tənzimlənməsi baki-2011 plan



Yüklə 289 Kb.
səhifə7/10
tarix05.12.2022
ölçüsü289 Kb.
#120464
1   2   3   4   5   6   7   8   9   10
Tenzimlenme

Kanadada qiymətin tənzim olunmasının vahid sistemi yoxdur. Qiymətlər əsasən tələb və təklifdən asılı olaraq müəyyən olunur. Kanadada qiymət siyasəti əsasən qiyməti dəstəkləmək siyasətidir. Bu əsasən kənd təsərrüfatı məhsulları üzrədir. Əsas məqsəd fermer təsərrüfatının gəlirliliyini müəyyən etməkdir.
Kanadada ağır vəziyyətdə olan sahələr dövlət tərəfindən subsidiyalaşdırılır. Ölkədə 1986-cı ildə Rəqabət aktı qəbul edilmişdir. Həmin akta əsasən ölkədə 2 tipdə “dağıdıcı – talanedici” qiymətdən istifadə edilir. Birincisi, “qiymət coğrafi mövqedə əmələgəlmə” formasıdır ki, ticarətçilərə bir regiona məhsulu digər rayondan nisbətən aşağı qiymətə satmağa icazə verilmir. Bu rəqabəti tam dəf etmək məqsədi güdür. Ikincisi isə “əsaslandırılmış aşağı qiymətin” müəyyənləşdirilməsi, bu da rəqabətin əhəmiyyətli dərəcədə aşağı salmağa xidmət edir.
ABŞ-da qiymətin əsas hissəsi kompaniyalar tərəfindən rəqabətli bazar mexanizmi əsasında qoyulur. Bununla yanaşı təbii inhisar sahələrində dövlət qiymətləri də saxlanılır. Dövlət qiymətlərin 5-10 % tənzim edir. ABŞ ştatlarının bəzilərində elektroenerji, şəhərlərarası avtomobil və dəmiryol tarifləri ştat idarəsi tərəfindən qoyulmasına icazə verilmişdir.
Kompaniyalar qiymətqoymanın müxtəlif formalarından istifadə edirlər. Onlardan bir neçəsi məhsulun bir hissəsini alıcıların ala biləcəyi səviyyədə qoymağa çalışırlar. Digərləri isə qiyməti uzun müddətə gəlir verə biləcək həddə qoymağa çalışırlar.
ABŞ-da faiz stavkası dövlət nəzarətindədir. Bu istehsal xərclərinin yüklənməsinə imkan vermir.
ABŞ-da fermer məhsullarının qiymətinin tənzimlənməsi 1993-cü ildən həyata keçirilir və girov qiymətindən istifadə olunur. Girov qiyməti minimum zəmanətli qiymət funksiyasını yerinə yetirir. Onun məqsədi fermer məhsulları qiymətinin bazar qiymətindən aşağı düşməsinə imkan verməməkdədir ki, fermerlər ziyana düşməsinlər. ABŞ-da 160 kənd təsərrüfatı məhsulu üçün paritet qiymətlər qoyulmuşdur.
Yaponiyada qiymətqoyma sahəsi dövlətin ən minimum müdaxilə sahəsidir. Dövlət orqanları qiymət üzərində nəzarət etmirlər, çünki bunun əksi ölkədə mövcud olan Liberal – Demokratik partiyanın nazamnaməsinin əleyhinə olardı.
Ölkədə antiinhisar qanunları 1977-ci ildən fəaliyyətdədir. Həmin antiinhisar qanunlarından “Ərzaq məhsulları bazarının tənzimlənməsi qanunu”, “Heyvandarlıq məhsullarına qiymətin stabilləşməsi” qanunu ölkədə hüquqi sənədlər sayılırlar. Yaponiyada bu işlərlə “Ədalətli bağlaşma Komissiyası” məşğul olur. Həmin komissiya qanunu pozan subyektlər üzrə məsuliyyət qaldırmaq hüququna malikdir. Lakin bu heç də o demək deyildir ki, dövlət qiymət tənzimlənməsindən tamamilə imtina etmişdir. Ölkədə istehlak məhsullarının 20%-i dövlət tərəfindən tənzim olunur.
Beləliklə, bütün sivil ölkələrdə daxili bazarda qiymətlərə nəzarət və səmərəli tənzimləmə vardır və bu müxtəlif metodlarla ölkənin bazar iqtisadiyyatının inkişafına ziyan vurmadan, əksinə kömək göstərməklə yerinə yetirilir. Bu baxımdan qiymətlərə dövlət tənzimlənməsinin nə vaxt və hansı metodlarla aparılmasının həm tarixi, həm də məntiqi ardıcıllıqla nəzərdən keçirilməsi məqsədəuyğun sayılır.


2.3 Qiymətlərin yaranması prosesinin formalaşması və dinamikasının dövlət tənzimlənməsi strateji məqsəd daşıyır, hansı ki, öz ifadəsini dövlətin qiymət siyasətində tapır.
Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq qiymət siyasətini Azərbaycan Respublikası hökuməti həyata keçirir.
Qiymət siyasəti - Bu dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının və qiymət əmələgəlmə subyektlərinin xalq təsərrüfatında, xidmət sferasında qiymətin tənzimlənməsi istiqamətində həyata keçirdikləri fəaliyyət və onlar üzərində nəzarətdir. Qiymətlər tələb və təklifin nizamlanmasının əsas aləti kimi çox mühüm sosial funksiyanı - sərvət və xidmətlərin istehlak strukturuna və həcminə, xərclərə, həyat səviyyəsinə, yaşayış minimumuna, ailənin istehlak səbətinə təsirini yerinə yetirir. Qiymətin dəyişməsinə və onun səviyyəsinə əhalinin reaksiyası xüsusilə həssas olur.
Qiymət siyasəti dövlət siyasətinin tərkib hissəsi olmaqla bazar münasibətləri şəraitində mühüm əhəmiyyətə malikdir. Belə ki, o, bazar münasibətlərinin inkişafına imkan yaradır, xüsusi, dövlət, bələdiyyə və digər mülkiyyət formalarının qorunması vasitəsi kimi çıxış edir, inflyasiyanın ləngiməsi və onun mənfi sosial və iqtisadi nəticələrinin yumşaldılmasına səbəb olur, eyni zamanda rəqabətin inkişafına, əmtəə və xidmətlərin, maliyyə resurslarının sərbəst hərəkətinə, azad iqtisadi fəaliyyətə şərait yaradır.
Azərbaycan Respublikasında qiymət siyasətini İcra Hakimiyyəti orqanları, xüsusilə də Maliyyə və İqtisadi İnkişaf nazirliyi və onun tərkibinə daxil olan Tarif (Qiymət) Şurası formalaşdırır və reallaşdırır. «Azərbaycan Respublikasında Antiinflasiya tədbirlərinin gücləndirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 31 may tarixli 242 nömrəli Fərmanın 4.2-ci bəndinin tələbləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə təsdiq edilmiş və Tarif (qiymət) Şurası dövlət  tənzimlənməsi  tətbiq edilən  qiymətlərin  (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi müəyyənləşdirilmişdir. Əsasnaməyə görə bütün hallarda qiymətlərin tənzimlənməsi ilə bağlı qəbul edilən qərarlar, hazırlanan normativ hüquqi sənədlər, qiymətlərin tətbiqi ilə bağlı mübahisə və ziddiyyətlərin həlli və istiqamətləndirilməsi üzrə işlər Şuranın birbaşa və dolayısı iştirakı və vasitəsi ilə həyata keçirilir. Şura həm də qiymətlərin  tənzimlənməsi üzrə beynəlxalq və regional əməkdaşlığın həyata keçirilməsində iştirakı həyata keçirməklə, Azərbaycan Respublikasını beynəlxalq və regional qurumlarda təmsil edir.
Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanının 3-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə iki ay müddətində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinin yaradılması və onun fəaliyyətinin təşkili ilə bağlı məsələləri həll etmək, müvafiq dövlət orqanları ilə birlikdə «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»nı təsdiq etmək tapşırılmışdır. Bu tapşırıqlara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 30 dekabr 247 nömrəli qərarı ilə «Dövlət  tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi Qaydaları», Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il tarixli 09 mart 68 nömrəli qərarı ilə «Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi haqqında» sənəd təsdiq edilmiş, Şuranın Katibliyinin strukturu müəyyən olunmuş, Katibliyin rəhbəri təyin edilmişdir.
Hazırda Azərbaycan Respublikası Tarif (qiymət) Şurası, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı»na müvafiq olaraq qiymətlərin  dövlət tənzimlənməsini həyata keçirir. Bu siyahıya iqtisadiyyatın müxtəlif sahələri üzrə təbii inhisar, dövlət inhisarı və inhisarçı təsərrüfat subyektlərini əhatə edən 38 istiqamət daxil edilmişdir.

Yüklə 289 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin