Qiymətin əmələgəlməsi” fənni üzrə kurs iŞİ Mövzu: Qiymətlərin sosial-regional tənzimlənməsi baki-2011 plan


İqtisadi rayonlar üzrə istehlak mallarının və əhaliyə göstərilən xidmətlərin qiymət indeksləri



Yüklə 289 Kb.
səhifə10/10
tarix05.12.2022
ölçüsü289 Kb.
#120464
1   2   3   4   5   6   7   8   9   10
Tenzimlenme

İqtisadi rayonlar üzrə istehlak mallarının və əhaliyə göstərilən
xidmətlərin qiymət indeksləri


(əvvəlki ilə nisbətən faizlə)


Cəmi mallar və xidmətlər







2008

2009

2010




Respublika üzrə -cəmi



120,8

101,5

105,7




Bakı şəhəri

122,4

103,4

102,9




Abşeron iqtisadi
rayonu


119,4

100,2

103,2




Gəncə-Qazax iqtisadi rayonu

120,3

101,7

106,6




Şəki-Zaqatala iqtisadi rayonu

118,3

100,4

107,1




Lənkəran iqtisadi
rayonu


120,5

102,6

106,0




Quba-Xaçmaz iqtisadi rayonu

120,3

101,3

111,4




Aran iqtisadi
rayonu


120,7

100,6

108,1




Yuxarı Qarabağ iqtisadi rayonu

127,4

99,6

107,2




Dağlıq Şirvan iqtisadi rayonu

117,7

99,5

107,9




Naxçıvan iqtisadi
rayonu


115,2

97,3

100,1






3.3 Sənaye məhsullarının istehsalçı qiymət indeksi (SQİ) – hər il yenilənən baza sənaye müəssisələri və təşkilatlarının təmsilçi mallarının qiymət qeydiyyatı əsasında hesablanılır. Qeydiyyata cari ayda istehsal olunan və yüklənən məhsulların faktiki qiymətləri götürülür.
Sənaye məhsullarının istehsalçı qiymət indeksi həm məhsullar, həm də iqtisadi fəaliyyət növlərinə görə qiymət indekslərinin hesablanmasına imkan verən beynəlxalq metodologiyaya uyğun işlənmişdir. Qiymət yığımı üçün seçilmiş əmtəələr genişləndirilmiş və onrəqəmli sənaye məhsullarının statistik təsnifatı sistemi üzrə, müəssisələr isə genişləndirilmiş beşrəqəmli iqtisadi fəaliyyət növləri təsnifatı (İFNT) sistemi əsasında iqtisadi fəaliyyətinə görə kodlaşdırılmışdır.
İqtisadi fəaliyyətə əsaslanan SQİ istehsalçı qiymətlərinin dəyişikliklərini qlobal qiymətləndirdiyi üçün əsas sayılır və əmtəələr üzrə sıra indekslər konkret əmtəələr və yaxud əmtəə qruplarının qiymət dəyişiklikləri göstəriciləri kimi istifadə olunur. Hər ay iqtisadi fəaliyyət növləri təsnifatının C, D, E (hasiledici, emaledici, energetika) seksiyaları və alt seksiyaları üzrə 17 indeks və onların dinamik sıraları hesablanılır və hər ay respublikanın sənaye müəssisələri tərəfindən istehsal olunan məhsulların orta çəkili qiymətlərindən ibarət kompüter baza məlumatı formalaşdırılır.
SQİ-nin hesablanması metodologiyası sahəsində, həmçinin ilkin məlumatların kodlaşdırılması sistemində beynəlxalq standartların tətbiqi Dövlət Statistika Komitəsinə beynəlxalq səviyyədə müqayisə oluna bilən lazımi göstəricilərin alınmasına imkan vermişdir.



İqtisadi fəaliyyət növləri üzrə sənaye məhsullarının
istehsalçı qiymətləri indeksi


(əvvəlki aya nisbətən, faizlə)



















Aylar


Sənaye




ondan:

Mədənçıxarma sənayesi

Emal sənayesi

Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat

Su təchizatı,
çirkli suların və tullantıların təmizlənməsi


2009

I

99,5

99,6

99,0

100,2

-

II

100,1

100,5

98,6

100,0

-

III

109,8

112,8

98,3

99,8

-

IV

99,9

100,0

99,3

100,0

-

V

118,3

123,3

99,8

100,0

-

VI

107,4

109,2

100,7

100,0

-

VII

106,7

108,5

100,2

100,3

-

VIII

100,2

100,2

100,2

99,9

-

IX

106,1

107,7

100,2

99,8

-

X

100,0

99,9

100,5

100,0

-

XI

105,5

107,0

99,8

100,0

-

XII

100,2

100,2

100,5

100,0

-

2010

I

111,2

113,6

99,8

100,0

100,0

II

100,3

100,0

101,7

99,9

100,0

III

100,1

100,1

100,3

100,1

100,0

IV

99,8

99,9

99,6

99,9

100,0

V

97,4

96,6

101,3

100,0

100,0

VI

93,3

91,7

101,6

100,0

100,0

VII

98,2

98,2

98,1

100,0

100,0

VIII

100,1

99,8

101,8

100,1

100,0

IX

99,9

100,0

99,2

100,0

100,0

X

99,9

99,8

100,6

100,0

100,0

XI

102,8

103,1

101,2

100,0

100,0

XII

100,4

100,1

101,6

99,9

100,0

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlər indeksi (KTQİ) – kənd təsərrüfatı müəssisələri, fermer təsərrüfatları və ev təsərrüfatları tərəfindən müxtəlif kanallar üzrə realizə edilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin səviyyəsi və dinamikasını xarakterizə edir. Kənd təsərrüfatı məhsullarının qiymətləri üzərində müşahidə kənd təsərrüfatı müəssisələrinin, kəndli (fermer) təsərrüfatlarının və ev təsərrüfatlarının seçmə şəbəkəsi üzrə həyata keçirilir.
Alınmış məlumatlar kənd təsərrüfatı məhsullarının realizə şərtlərinin dəyişməsinin təhlilində və kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin dəyişməsində qiymətin rolunun aydınlaşmasında istifadə edilir.



Satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi




(əvvəlki ilə nisbətən, faizlə)




Məhsulların adları

2009

2010







Kənd təsərrüfatı məhsulları

98,6

104,2







Diri heyvanlar və heyvandarlıq məhsulları:

100,5

104,4







Meşə təsərrüfatı

102,4

109,1







Balıq və sair balıqçılıq məhsulu

104

108,3








IV FƏSİL. BAZAR MÜNASİBƏTLƏRİ ŞƏRAİTİNDƏ QİYMƏTLƏRİN TƏNZİMLƏNMƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI.
Respublikamızda bazar iqtisadiyyatına keçidlə əlaqədar iqtisadiyyatın idarə edilməsində bazar münasibətlərinə geniş yol verilməsi, istehlak bazarında əmtəə və xidmətlər bolluğu yaradılması məqsədilə qiymətlərin liberallaşdırılması üzrə görülmüş işlərin təhlili göstərir ki, bu tədbirlər bir tərəfli şəkildə həyata keçirilmiş, qiymətlərin yüksək sürətlə artmasına baxmayaraq, istehsalın və göstərilən xidmətlərin həcmi kəskin sürətdə aşağı düşmüş, qiymətlərin məhsul istehsalında stimullaşdırıcı funksiyası əhəmiyyətli dərəcədə zəifləmişdir. Bu ilk növbədə həm qiymətlərin əmələgəlməsi prinsiplərinə mövcud olmuş etinasız münasibətlə, həm də respublikada qiymət orqanlarının pərakəndə şəkildə idarə olunması səbəbindən bu sahədə məqsədyönlü iş aparılmaması ilə bağlı olmuşdur. Qiymətlər üzərində dövlət nəzarətinin həyata keçirilməsi funksiyaları həvalə olunmuş Vergilər Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və İqtisadi İnkişaf Nazirliyi arasında zəruri koordinasiyanın olmamağı nəticəsində qiymət intizamı pozğunluğu geniş vüsət almış, maya dəyəri, mənfəət, vergi və kredit dərəcələri, ticarət əlavələri kimi qiymət ünsürlərinin dəyişmə tempinin zəruri nisbətlərdə tənzimlənməsi əvəzinə sərbəstlik hüquqlarından sui-istifadəyə daha çox yer verilmişdir. Müəssisədən başlayaraq iqtisadiyyatın yuxarı idarəetmə strukturlarına qədər bütün pillələrdə hər cür iqtisadi problemlərin, təsərrüfatsızlıq və s. kimi neqativ halların yalnız qiymətlərin artırılması hesabına həll edilməsi ənənələri əsas çıxış yolu kimi qəbul edilirdi.
Xidmət sferalarında qiymətlərin əmələgəlməsinə, əhali ilə hesablaşmalarda malların çəkiyə və qiymətə uyğun buraxılmasına dövlət nəzarəti zəif həyata keçirilmiş, bu sahələrdə faktiki olaraq qiymət hərc-mərcliyi hökm sürmüşdür.
Qiymətqoymada olan nöqsanlar respublika iqtisadiyyatının aparıcı sahələri olan kimya, maşınqayırma, metallurgiya, kənd təsərrüfatı və s. sahələr iflic vəziyyətə salmış, istehsal olunan məhsulların qiyməti dünya bazar qiymətlərini ötüb keçmiş, külli miqdarda məhsullar satış bazarları itirildiyinə görə anbarlarda yığılıb qalmışdır.
Respublikada iqtisadi islahatların aparılması üzrə qanunlar qəbul edilməsinə baxmayaraq, bu günə qədər qiymət əmələgəlmənin hüquqi bazası olan “Qiymət İslahatı haqqında”, “Qiymət Siyasətinin Əsasları haqqında” və s. kimi müvafiq qanunlar işlənib parlamentə təqdim olunmamışdır (“Tənzimlənən qiymətlər haqqında” Qanundan əlavə).
Odur ki, hökumət səviyyəsində bütün real gerçəkliyi nəzərə almadan, qiymət siyasəti yürütmək mümkün deyil. Bu siyasət yalnız iqtisadi metodlarla tənzimləmə mexanizminə üstünlük verməklə 2 istiqamətdə aparılmalıdır: Birincisi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına, daxili istehlak bazarının sabitləşməsinə yönələn respublika daxili qiymət siyasəti; ikincisi, dövlətlərarası mal mübadiləsində idxal-ixrac əməliyyatlarında maksimum faydalanmağı və tədricən dünya bazar qiymətlərini əsas götürən xarici qiymət siyasəti. Bu tədbirləri həyata keçirmək üçün vacib olan hüquqi baza kimi “Qiymət Siyasətinin Əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu işlənib hazırlanmalı və qəbul edilməlidir. Həmin qanunda qiymət siyasətinin aşağıdakı konkret məqsədlərə yönəldilməsi öz əksini tapmalıdır:

  • Sahibkarlığın inkişafı və təsərrüfat fəaliyyətinin sərbəstliyi, tələb və təklifin uçotu, sabit bazar şəraitinin formalaşması;

  • Məhsulun keyfiyyətinin yüksəldilməsi, mülkiyyət formasının müxtəlifliyi və sərbəst istehsalçıların rəqabətinə əsaslanaraq iqtisadiyyatın səmərəli inkişafı;

  • İqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, təbii ehtiyatların qənaətlə və səmərəli istifadəsi;

  • Regional və iqtisadiyyatın sahələri arasında sənaye və kənd təsərrüfatı məhsullarının dəyişdirilməsində ekvivalentliyin və üstünlüyün bərqərar olması;

  • Lazımi hallarda, ilk növbədə idxal və ixrac olunan məhsulların əsas növlərinin daxili qiymətlərinin dünya qiymətləri səviyyəsinə uyğunlaşdırılması;

  • Ayrı-ayrı istehsalçıların inhisarçı münasibətlərinin və bazarda inhisarçı meyllərinin qarşısını almaq məqsədilə vahid metodoloji, habelə normativ qaydaları əsasında bütün növ qiymətlərin formalaşması;

  • Əhalinin qiymətlərin artımı və inflyasiya proseslərindən sosial müdafiə;

  • İnflyasiya prosesinin neqativ təsirini yüngülləşdirmək üçün əhalinin əmək haqqı və digər pul gəlirləri səviyyəsi ilə qiymətlərin dinamikası arasında lazımi nisbətlərin müəyyən edilməsi;

  • İstehsalçılar üçün iqtisadi təminat yaradılması;

  • Strateji malların nomenklaturasına əsas xammal növlərinin qiymətinin dünya bazarındakı qiymət səviyyəsinə yaxınlaşdırılması;

  • Məhsulların keyfiyyətinin müvafiq dünya standartları səviyyəsinə uyğunlaşdırılması;

  • Respublikada qiymət sistemi orqanlarının fəaliyyətinin qiymətlərin əmələ gəlməsinin təkmilləşməsinə, tətbiqinə və nəzarət sahəsində metodoloji rəhbərliyin həyata keçirilməsinə, bu sahədə digər nazirik, komitə, şirkət, cəmiyyət, idarə və təşkilatların, yerli icra orqanlarının fəaliyyətinin koordinasiya edilməsinə yönəldilməsi.

Qarşıya qoyulan həmin məqsədlərin reallaşması üçün dövlətin qiymətlərə tənzimləyici təsiri əsasən 2 istiqamətdə qurulmalıdır. Birincisi, qiymətlərin birbaşa tənzimlənməsi vasitəsilə; ikincisi, qiymət üzərində nəzarətin həyata keçirilməsi yolu ilə, yəni sərbəst şəkildə müəyyən edilmiş, qiymətlərin deklarasiya olunaraq qeydiyyata alınması yolu ilə.
Qiymətlərin birbaşa tənzimlənməsi ,əsasən, təbii inhisar sahələrində (elektroenergetika, yanacaq, nəqliyyat, rabitə, su təchizatı, kommunal xidmətlər və s.) və dövlətin strateji maraqları olduğu sahələrdə tətbiq olunmalıdır.
Qiymətlərə nəzarəti həyata keçirən orqan və onların vəzifəli şəxsləri verilmiş səlahiyyətlərdən düzgün istifadə edilməsində qanun qarşısında cavabdehlik daşımalıdırlar.
Respublikada fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər qiymət intizamının pozulmasına görə məsuliyyət daşımalı və bunun nəticəsində müəssisə və təşkilatlar tərəfindən əsassız əldə edilmiş məbləğlər dövlət büdcəsinin hesabına keçirilməlidir.
Bununla yanaşı, respublikamızda qiymətlərin tənzimlənməsinin aşağıdakı formalarından istifadə olunması məqsədə uyğun sayılır:

  • Pul vəsaiti sferasında dövlətin birbaşa iştirakı ilə qiymətlərin tənzimlənməsi;

  • Əmtəə bazarının tələb və təklif balanslarına təsir etmək yolu ilə qiymələrin tənzimlənməsi;

  • Antiinhisar qanunvericiliyində nəzərdə tutulan vasitələrlə tənzimlənmə;

  • Vergilərin, gəlirlərin, aksiz dərəcələrinin dəyişdirilməsi və ya müəyyən edilməsi vasitəsilə gömrük rüsumlarının tənzimlənməsi;

  • Pul-kredit siyasəti, rentabellik həddi, habelə bu formaların əlaqələndirilməsi vasitəsilə konyukturanın tənzimlənməsi;

  • Qiymətlərin səviyyə hədlərinin və ya onların kənarlaşma hüdudlarının müəyyən ediməsi;

  • Zəruri hallarda bəzi məhsulların və xidmətlərin qiymətlərini müvəqqəti dondurmaqla;

  • Dövlət ehtiyacları üçün nəzərdə tutulan mühüm kənd təsərrüfatı məhsullarına təminatlı satınalma qiymətləri müəyyən etməklə.

Qiymət siyasətində strateji məqsəd tədricən dünya qiymət sisteminə uyğunlaşmaq olmalıdır. Buna iqtisadiyyatımızın bütün sahələrində kompleks şəkildə bazar mexanizmlərinin formalaşmasına şərait yaratmaqla nail olmaq olar. Sərbəst qiymətqoymanın genişləndirilməsi rəqabəti inkişaf etdirəcəyi, səmərəli bazar iqtisadiyyatının yaranmasına imkan verəcəyi heç kimdə şübhə doğurmur. Lakin bununla eyni vaxtda, qiymətlərin əsassız artması üçün müəyyən imkan axtaran inhisarlarla mübarizə də davam etdirilməlidir.


NƏTİCƏ VƏ TƏKLİFLƏR
Son illər Azərbaycanda ən müxtəlif sahələrdə həyata keçirilən islahatlar vətəndaş maraqlarının etibarlı təminatına, eləcə də, sosial problemlərin aradan qaldırılması yolu ilə əhalinin firavan, layiqli həyat tərzinin təmin olunmasına yönəlib.
Azad bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda sosial yönümlü siyasətin məqsədi heç də sosial bərabərsizliyi aradan götürmək deyil, sadəcə onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətindəki kəskin fərqi aradan qaldırmaq, ifrat təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu artırmaqdır.
Dövlətin sosial yönümlü siyasəti qiymətlərin tənzimlənməsi məsələsində də özünü qabarıq şəkildə göstərir. Qiymətlərin tənzimlənməsi obyektiv zərurətdən irəli gələn, daxili bazarın qorunması məqsədinə xidmət edən, ən əsası sosial ədalət prinsipinə tam adekvat olan bir addımdır və hökumətdən daha çox sadə vətəndaşların maraqlarına uyğundur.
Qiymətlərin dövlət tənzimlənməsi hökumət tərəfindən qiymətlərin səviyyə və nisbətlərinin ölçülməsinə yaxud stabilləşdirilməsinə yönəldilmiş müxtəlif vasitələrə malik olduğu hüquqlardan və maddi imkanlardan istifadə edilməsinə əsaslanır.
Ümumiyyətlə, dövlət bazarda qiymətin tənzimlənməsinə iki istiqamətdə təsir göstərməlidir:

  • birincisi, dövlət qanunların və bu qanunlardan irəli gələn təlimatların, digər hüquqi-normativ sənədlərin işlənib hazırlanmasını və onların qeyri-şərtsiz həyata keçirilməsini təmin etməklə;

  • ikincisi, düzgün və səmərəli qiymət siyasəti yeritməklə, qanunların aliliyini qorumaqla, bütövlükdə bazarda nizam-intizam yaratmaqla, qiymətlərə düzgün əməl edilməsinə nəzarəti təşkil etməklə və s.

Qiymətlərin tənzimlənməsinin hüquqi-normativ bazası təkmilləşdirilməli, qaqnunvericilik sahəsində görülən tədbirlər gücləndirilməlidir, başlıca məqsəd tədricən dünya qiymət sisteminə uyğunlaşmaq olmalıdır. Buna iqtisadiyyatımızın bütün sahələrində kompleks şəkildə bazar mexanizmlərinin formalaşmasına şərait yaratmaqla nail olmaq olar. Respublikada fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər qiymət intizamının pozulmasına görə məsuliyyət daşımalı və bunun nəticəsində müəssisə və təşkilatlar tərəfindən əsassız əldə edilmiş məbləğlər dövlət büdcəsinin hesabına keçirilməlidir.
Sərbəst qiymətqoymanın genişləndirilməsi rəqabəti inkişaf etdirəcəyi, səmərəli bazar iqtisadiyyatının yaranmasına imkan verəcəyi heç kimdə şübhə doğurmur. Lakin bununla eyni vaxtda qiymətlərin əsassız artması üçün müəyyən imkan axtaran inhisarlarla mübarizə də günün vacib məsələsi kimi aktual olmalıdır.

ƏDƏBİYYAT


1. Qarayev İ.Ş, Ağabəyov Ş.A., Əliyev Ə.R., Bayramov Q.S., Sadıqov B.C.,
Kərimova T.J., Quliyev İ.Q. “Qiymətin əmələ gəlməsi”. Bakı-2000.

  1. Əhmədov Ə., Qafarov K. “Milli iqtisadiyyatın dövlət tənzimlənməsi” .

Bakı-2007.

  1. “Bazar iqtisadiyyatının dövlət tənzimlənməsi”. Kişinin red. ilə rus dilindən tərcümə. Bakı-2008.

  2. Hüseynova A. C. “Qiymətlərin dövlət tənzimlənməsi”. Bakı-2001.

  3. Sadıqov K. F. “Milli iqtisadiyyatın dövlət tənzimlənməsinin konseptual əsasları”. Bakı-1999.

  4. Qarayev İ. Ş., Ağabəyov Ş. A., Əliyev Ə. R., Bayramov Q. S., Sadıqov B.C., Kərimova T.Y., Quliyev İ. Q. “Dünya bazar qiymətləri”. Bakı-1997

  5. “Ценooбразoваниe” – Упpавление Ценooбразoваниeм в opганизации. 2005.

  6. “Цени и Ценooбразoваниe” – Учебниk для вузoв пoд peдаk. H. K.Caлиmджанoвa – M. ЗAO “Финcтат инфopм» 1999.

Azərbaycan Respublikası Prezidentinin Daxili İşlər İdarəsi Kitabxanası – www.preslib.az


Milli Kitabxana – www.anl.az
AMEA Iqtisadiyyat İnstitutu – www.science.az/economy
Dövlət Statistika Komitəsi – www.azstat.org
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu – www.e-qanun.az





Yüklə 289 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin