Qiymətin əmələgəlməsi” fənni üzrə kurs iŞİ Mövzu: Qiymətlərin sosial-regional tənzimlənməsi baki-2011 plan


I FƏSİL. QİYMƏT ƏMƏLƏGƏLMƏNİN TƏNZİMLƏNMƏSİNİN NƏZƏRİ ƏSASLARI



Yüklə 289 Kb.
səhifə2/10
tarix05.12.2022
ölçüsü289 Kb.
#120464
1   2   3   4   5   6   7   8   9   10
Tenzimlenme

I FƏSİL. QİYMƏT ƏMƏLƏGƏLMƏNİN TƏNZİMLƏNMƏSİNİN NƏZƏRİ ƏSASLARI
1.1 Hər hansı bir sistemin normal fəaliyyət göstərməsi üçün dövlət həlledici rol oynayır. Bu baxımdan dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinin, dövlətin iqtisadiyyata müdaxiləsinin optimal nisbəti və hüdudunun müəyyən edilməsi, gözlənilməsi iqtisadiyyatın başlıca problemidir. Bu gün həyata keçirilən bazar iqtisadiyyatı sistemi ictimai tərəqqi və iqtisadiyyatın səmərəli inkişafına nail olmaqdan ibarətdir. Bütün iqtisadi sistemlərdə dövlət iqtisadiyyata müdaxilə edir və bu müdaxilə inzibati amirlik sisteminə nisbətən daha az olur. Çox zaman iqtisadiyyata dövlətin təsiri azaldılaraq azad sahibkarlığın rolu artırılır və bu sahədə müxtəlif tədbirlər həyata keçirilməyə başlanılır, yəni əhalinin gəlirlərindən və sahibkarların mənfəətindən tutulan vergilərin səviyyəsi azaldılır, bir sıra dövlət müəssisələri özəlləşdirilir, iqtisadiyyatın planlaşdırılması məhdudlaşdırılır və müəyyən sosial vəzifələrə ayrılan vəsaitlərin həcmi azaldılır. İqtisadiyyatın dövlət tənzimlənməsinin ümdə məsələsi cəmiyyətin, ilk növbədə sosial müdafiyəyə ehtiyacı olan əhalı təbəqəsinin marağını qorumaq, müdafiə etməkdir.
Bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyatı tənzimləmə obyektlərinə aiddir:
1)İqtisadi tsikillar.
2)İqtisadiyyatın sturukturu.
3)Kapitalın yığım şəraiti.
4)Məşğulluq.
5)Pul dövriyyəsi.
6)Tədiyyə balansı.
7)Qiymətlər.
8)Elmi-tədqiqat və təcrübə-layihə işləri.
9)Rəqabət şəraiti.
10)Sosial münasibətlər.
11)Kadrların hazırlanması.
12)Ətraf mühit.
13)Xarici iqtisadi əlaqələr.
14)İqtisadiyyatın dövlət tənzimlənməsi.
Dövlətin iqtisadiyyata təsirinin başlıca növlərindən biri qiymət tənzimlənməsidir. Qiymətlərin dövlət tənzimlənməsi hökumət tərəfindən qiymətlərin səviyyə və nisbətlərinin ölçülməsinə yaxud stabilləşdirilməsinə yönəldilmiş müxtəlif vasitələrə malik olduğu hüquqlardan və maddi imkanlardan istifadə edilməsinə əsaslanır. Ümumiyyətlə, qiymət sistemi ən vacib amillərdən biri olub bütövlükdə iqtisadi mexanizmin formalaşmasında və fəaliyyətində xüsusi rol oynayır. Qiymət vasitəsilə istehlakçı ilə istehsalçı, müəssisələrlə dövlət, dövlətlə əhali, müəssisələrlə icarədarlar, müəssisə ilə müəssisə arasındakı iqtisadi münasibətlər formalaşır və inkişaf edir. Qiymət istehsalın öz nəticələrini də qiymətləndirməyin ölçü meyarıdır. Ona görə də qiymət sisteminin düzgün qurulması, onun səviyyəsinin elmi əsaslar üzrə müəyyənləşdirməsi son dərəcə vacib bir məsələdir və bu həmişə iqtisadi siyasətin mərkəzi nöqtələrindən biri olmalıdır. Qiymət elmi əsaslar üzrə qurulmalı və əmtəə dəyərinin pulla ifadəsi kimi sərf olunan ictimai-zəruri əməyin kütləsinə uyğun gəlməlidir. Qiymətin əsasında məhz ictimai-zəruri əmək dayanmalıdır. İctimai-zəruri əməyin kütləsinə uyğun olaraq əmtəələrə qiymət qoyulmalı və o, subyektiv amillərdən kənar olmalıdır. Qiymətqoymanın nəzəri əsasını təşkil edən dəyər qanunun tələbi belədir. Bu qanunun obyektiv tələbinə əməl olunmalıdır. Əks halda, bu qanunun tələbindən kənarlaşma neqativ hallara gətirib çıxarır. Necə ki, uzun müddət bizdə belə olmuş və qiymət sistemi öz məcrasından çıxarılmışdır.
Bazar münasibətlərinə keçid daha iki anlayışın – “qiymətqoyma” və “qiymətlərin əmələgəlməsi” anlayışlarının fərqləndirilməsini də zəruri edir. Qiymətqoyma – istehlak bazarında məhsulun keyfiyyətindən, əhalinin sosial müdafiəsi, dövlətin iqtisadi mənafeyindən irəli gələn, istehsalçılar və istehlakçılar üçün əlverişli prinsiplər əsasında qiymətlərin formalaşmasıdır.
Bazar münasibətləri şəraitində əsasən “qiymətin əmələgəlməsi” anlayışına üstünlük verilir. Bu da qiymətqoyma prosesinin həyata keçirilməsində inzibati amillərin rolunun yüksək olması ilə əlaqədardır. Iqtisadi idarəetmə metodlarına keçid dövründə şübhəsiz ki, “qiymətin əmələ gəlməsi” prosesi daha üstün mövqeyə malik olmalıdır. Həmin üstünlük “qiymətin əmələgəlməsi”nin mahiyyətində də öz əksini tapır: qiymətlərin əmələgəlməsi konkret əmtəələrə metodiki baxımdan qiymətlərin müəyyən edilməsi (hesablanması) prosesidir. Bu proses bilavasitə bazar iqtisadiyyatı ilə əlaqədar olduğundan onun özünə məxsus nəzəri əsasları vardır. Dəyər qanunu, tələb-təklif qanunu və pul tədavülü qanunu bir-biri ilə qarşılıqlı fəaliyyətdə və asılılıqda qiymətlərin əmələgəlməsinin nəzəri əsaslarını təşkil edirlər. Göstərilən iqtisadi qanunların qarşılıqlı fəaliyyəti və asılılıqları ondan ibarətdir ki, dəyər qanunu əmtəə istehsalına sərf olunan ictimai-zəruri xərcləri əks etdirdiyi halda, tələb-təklif qanunu qiymətlərin həmin xərclərdən kənarlaşması hədlərini müəyyən edir. Pul tədavülü qanunu isə iqtisadi ədəbiyyatda tədavül üçün zəruri olan pul kütləsinin miqdarını tənzimləyən qanun kimi məlumdur. Həmin qanuna görə:

Yüklə 289 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin