Qiymətin əmələgəlməsi” fənni üzrə kurs iŞİ Mövzu: Qiymətlərin sosial-regional tənzimlənməsi baki-2011 plan


III FƏSİL. QİYMƏTLƏRİN TƏNZİMLƏNMƏSİNİN SOSİAL-REGİONAL ASPEKTLƏRİ



Yüklə 289 Kb.
səhifə9/10
tarix05.12.2022
ölçüsü289 Kb.
#120464
1   2   3   4   5   6   7   8   9   10
Tenzimlenme

III FƏSİL. QİYMƏTLƏRİN TƏNZİMLƏNMƏSİNİN SOSİAL-REGİONAL ASPEKTLƏRİ
3.1 Qiymətlərin ümumi səviyyəsini sabit saxlamaq dövlətin mühüm funksiyalarından biridir. Çünki qiymətlərin artım tempinin, yəni inflyasiyanın tempinin yüksək olması istehsalın tənəzzülünü dərinləşdirir. İnflyasiya - (latın. “inflatio” - üfürmə, “şişmə”, “köpmə” deməkdir) – pul kütləsi tədavülü kanallarının əmtəə dövriyyəsi tələblərindən yüksək doldurulmasıdır ki, bu da pul vahidinin qiymətdən düşməsini və uyğun olaraq qiymət artımını doğurur. Hər hansı qiymət artımını  inflyasiya artımı hesab etmək olmaz. Qiymət artımının  inflyasiya səbəbləri arasında dövlət xərclərinin və gəlirlərinin qeyri-balanslılığı, yəni dövlət büdcəsinin kəsiri mühüm yer tutur. Çox zaman bu kəsir pul emissiyası ilə örtülür ki, bu da pul kütləsinin artmasına və nəticə olaraq inflyasiyaya gətirib çıxarır. Inflyasiyanın iqtisadi və sosial nəticələri çoxcəhətlidir. Sürət artdıqca inflyasiya istehsalın inkişafı üçün real maneəyə çevrilir və cəmiyyətdə iqtisadi və sosial gərginliyi kəskinləşdirir. İnflyasiya istehsalın yönümünü dəyişdirir (dez-oriyentasiya edir), ciddi iqtisadi ziyan vurur, iqtisadi siyasətin aparılmasını çətinləşdirir. Qiymətlərin qeyri-bərabər artımı iqtisadiyyatın sahələri arasında disproparsiyanı gücləndirir, istehlak tələbi sistemini təhrif edir və daxili bazarda əmtəələrin reallaşması problemini kəskinləşdirir. Yüksək inflyasiya sürəti tələbi elə yüksək səviyyəyə çatdırır ki, burada o, təkliflə dola bilmir, əmtəə kəsiri (çatışmazlığı) isə öz növbəsində pul yığımına olan stimulu sarsıdır. Əhalinin yığımı qiymətdən düşür. İnflyasiya əhalinin üzərinə düşən özünəməxsus vergidir ki, bu da gəlirlərin artan qiymətlərdən geri qalmasını sürətləndirir.
Inflyasiyanın ölçülməsi bir sira göstəricilərin tətbiqi vasitəsilə həyata keçirilir. Daha geniş tətbiq olunanlar aşağıdakılardır:

  1. qiymətlər indeksi, manatın alıcılıq qabiliyyəti indeksi;

  2. inflyasiya templəri, əmək haqqı indeksi, əhalinin real gəlirləri indeksi.

İndeksləşdirmə – pula olan tələbin və müxtəlif gəlirlərin inflyasiya şəraitində real göstəricisinin qorunub saxlanılması üsuludur. Bu, monetar öhdəliklərlə qiymət səviyyəsi arasındakı avtomatik əlaqənin girişidir. Bu əmək haqlarına, qiymətlərə və vergilərə şamil edilə bilər. İndeksləşdirmə olmadığı halda gözlənilməz inflyasiya kapital bazarını dağıda bilər. Keçmişdə bir sıra ölkələrdə ümumi indeksləşdirmə aparılmışdır. Bu zaman pul gəlirləri inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilir (artırılır, yaxud azaldılır).
Əhalinin gəlirlərinin indeksləşdirilməsi – qiymətlərin rəsmi indeksi əsasında əmtəə və xidmətlərin istehlak qiymətlərinin artımı nəzərə alınmaqla, gəlirin real səviyyəsinin daima hesablanmasını və dəyişilməsini nəzərdə tutan dövlət tənzimləmə metodlarından biridir, başqa sözlə, istehlak mallarının və xidmətlərinin qiymətlərinin artımının doğurduğu gəlirlərdə itkilərin tam və ya qismən ödənilməsidir. Söhbət bahalaşmanın artımını nəzərə almaqla əhalinin ayrı-ayrı sosial cəhətdən aztəminatlı ailələrinin gəlirlərinin avtomatik təshih edilməsi mexanizmindən gedir.
Əhalinin gəlirlərinin indeksləşməsi sistemində aşağıdakılar nəzərdən keçirilir: Indeksləşmənin başlanğıcı (həddi) – qiymətlər indeksinin kəmiyyəti və bundan sonra ona tələbat; indeksləşmənin və ya kompensasiyanın ölçüsü –gəlirlərin artma və ya onlara mütləq əlavə; qiymətlər indeksinin obyekti –gəlirlərin, əmanətlərin bu və ya digər növü; indeksləşmə müddəti - ay, rüb, il; aparılma qaydası – proporsional, reqressiv və s.
Dövlət sektorunda (büdcə işçilərinin əmək haqqı, pensiyalar, müavinətlər, təqaüdlər) əhalinin gəlirlərinin indeksləşməsi mütləqdir. Xüsusi sektorda əhalinin gəlirlərinin indeksləşməsi işə götürənlərin və həmkarlar ittifaqlarının kollektiv müqavilələri və tarif razılaşmaları əsasında həyata keçirilir. Azərbaycanda əhalinin gəlirlərinin indeksləşməsi minimum əmək haqqının ölçülərinin vaxtaşırı olaraq yenidən baxılması əsasında aparılır, bu isə uyğun olaraq digər ödəmələri dəyişir.


3.2 İstehlak qiymətləri indeksi (İQİ) – orta alıcılıq qabiliyyətli istehlakçının aldığı malların və istifadə etdiyi xidmətlərin qeydə alınmış məcmusunun dəyərinin ümumi dəyişməsini səciyyələndirən nisbi göstəricidir. Bu göstərici müəyyən dövr ərzində istehlak edilən malların və xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin dəyişməsini əks etdirir. İQİ-nin başlıca təyinatı istehlak mallarının və xidmətlərin qiymət dinamikasının müəyyənləşdirilməsidir. İQİ Laspeyres düsturu ilə hesablanır. İndeksin hesablanmasında respublikanın milli xüsusiyyətlərini nəzərə alan 565 reprezentativ mal və xidmət qrupları üzrə toplanmış qiymət və tariflərdən istifadə edilir. İstehlak qiymətləri indeksi tərtib edilərkən ev təsərrüfatlarının büdcə müayinələri əsasında müəyyənləşdirilən bazis dövründə əhalinin faktiki istehlak xərclərinin strukturu tərəzi rolunu oynayır.
İQİ - istehlak sektorunda inflyasiyanın səviyyəsini xarakterizə edir və milli hesablar sisteminin göstəricilərinin müəyyənləşdirilməsində ümumi daxili məhsulun son istifadəsini ən mühüm komponentlərindən olan ev təsərrüfatlarının son istehlakına çəkilən xərclərin sabit qiymətlərdə hesablanmasında, eləcə də əhalinin gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsində istifadə olunur.
Qiymət haqqında ilkin məlumat bütün indekslərin hesablanmasının bazasıdır. Fərdi indekslərin istinad göstəriciləri məhz onun əsasında formalaşır.
İstehlak malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri indeksinin hesablanması üçün informasiya bazası mağazaların, bazarların, ticarət və xidmət sferası müəssisələrinin məlumatları hesab olunur, yəni, qiymət və tariflərin qeydiyyatı malların satıldığı və xidmətlərin göstərildiyi yerdə aparılır. Hər bir ticarət məntəqəsində və bütün çoxçeşidli malların və xidmətlərin qiymətlərinin qeydiyyatının aparılması nə mümkün, nə də məqsədəuyğun deyildir. Bunun üçün müvafiq ticarət məntəqələri, mallar və xidmətlər seçilməlidir. Bu cür seçmə toplanılan və hazırlanan statistik materialların azaldılmasına, yaşayış məntəqəsi üzrə qiymətlərin dəyişməsinin qanunauyğunluqlarının aşkar edilməsinə və bunların bütün mal və xidmətlərin qiymətlərinə şamil edilməsinə imkan verir.




Yüklə 289 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin