Mübarizə bayrağını çiyninə alan axırıncı kəs İmam Hüseyn (əleyhis-salam)-ın qardaşları idi ki, onlardan axıra qalanı təkcə Həzrət Abbas (əleyhis-salam) oldu. O, ucaboylu, gözəl surətli bir kişi idi ki, ata minəndə ayaqları yerə çatırdı. Onun künyəsi Əbülfəzl, ləqəbləri Səqqa, Qəməri bəni Haşim idi və Kərbəla bayraqdarı hesab olunurdu. Qəməri bəni-Haşim şücaət nümunəsi, həmlə və döyüş aslanı idi. Onun heybətliliyi, qorxmazlığı üzündən sezilirdi. Həzrət Abbas uşaqların susuzluqdan çəkdikləri nalələri eşidib İmam (əleyhis-salam)-ın düşmənin dərya kimi ordusu arasında tək qaldığını görəndə səbir kasası doldu, yaralı bir aslan kimi irəli atılaraq, Həzrətin qarşısında durub meydana getmək üçün izn istədi. Seyyidüş-şühəda onun şəhadət bağına pərvaz etmək istədiyini görəndə, izn verib buyurdu:
Sən mənim bayraqdarımsan, lakin bu uşaqlar üçün bir az su tap.
Həzrət Abbas (əleyhis-salam) su məşkini əlinə alıb, ata minərək Fərata sarı yola düşdü. O, qoşundan heç də qorxmurdu. Suyun yanındakı mühafizəçiləri dağıdıb suya yaxınlaşdı. Suyun sərinliyini hiss edib ovcunu su ilə doldurdu. Amma içmək istəyəndə, İmam (əleyhis-salam)-ın və uşaqların susuzluğunu gözləri önündə canlandırdı. Suyu ovcundan yerə tökməyi özünə vacib bildi. Səy etdi ki, tez bir zamanda suyu susuzluqdan ciyərləri yanan, dodaqları quruyan uşaqlara çatdırsın. Bu zaman düşmən qoşunu ona həmlə etdi. Buna baxmayaraq o, qılınc zərbələri ilə düşməni yolun üstündən qovurdu. Bu vaxt Yəzid ibni Rəca Cühəni, Hükeym ibni Nofəlin köməyi ilə Əbülfəzl (əleyhis-salam)-ın yolu üstündə pusqu qurub, qəfildən ona həmlə etdi və sağ qolunu vurdu. Əbülfəzl (əleyhis-salam) qılıncı sol əlinə alıb yenidən döyüşə girişdi, buyurdu:
And ona Allaha, sağ qolumu vursanız da, yenə sizdən əl çəkməyəcəyəm; öz dinimi, həqiqətən yəqinə çatmış İmamımı, doğruçu və əmin Peyğəmbərin nəvəsini himayə edəcəyəm.
Bu vaxt Hükeym ibni Tüfeyl xurma ağacının arxasında pusquda idi, yerindən atılıb Əbülfəzl (əleyhis-salam)-ın sol qolunu da qılıncla vurub saldı. Həzrət bayrağı və su məşkini sinəsinə yapışdırdı. Düşmən ona hücum etdi, yağış kimi yağdırdılan oxlar o Həzrətin kürəyinə sancılırdı. Bu vaxt bir ox su məşkinə, bir ox mübarək sinəsinə, bir ox isə sağ gözünə sancıldı«. Namərdlərdən biri həmlə edib əmudla onun mübarək başına zərbə endirərək başını qana qəltan etdi« Daha tab gətirə bilməyib uca səslə fəryad etdi:
Məndən sənə salam olsun, ya Əba Əbdillah!123
Seyyidüş-şühəda (əleyhis-salam) qardaşının səsini eşidəndə, şahin kimi başının üstünü alıb buyurdu:
Bax indi belim sındı, çarəm azaldı, düşmənim mənə şəmatət etməyə başladı« Sonra sınıq qəlb, qəm-qüssə qonmuş üz, göz yaşı dolmuş gözlə xeymələrə qayıtdı124
ƏLİ ƏSĞƏRİN ŞƏHADƏTİ
Əli Əsğər (Əbdüllah) südəmər çağında Kərbəlada şəhid oldu. İmam Hüseyn (əleyhis-salam)-ın dostları, köməkçiləri şəhid oldu. Həzrət tək qalıb ilahi təqdirə (qəzavü-qədərə) razı oldu və özünün məzlumcasına, faciəli şəkildə susuz öləcəyini bir daha dərk etdi. Əhli-hərəmin yanına gəlib onlarla vidalaşdı. Buyurdu ki:–Bəla və müsibət paltarını geyin, səbir paltarını yırtmayın. Allah sizin aqibətinizi xeyir, gözəl edərək, düşmənlərinizi (dünya və axirətdə) cürbəcür əzablara düçar edəcəkdir.
İmam Əli Əsğərlə vidalaşmaq istədikdə Həzrət Zeynəb (əleyha-salam) uşağı gətirdi, İmam (əleyhis-salam) onu qucağına alıb üzündən öpdü, buyurdu:
Cəddin Mustəfanın düşməni olan bu qövm Allah rəhmətindən uzaq olsun!
Sonra onu qoşununun qarşısına gətirdi ki, bəlkə uşağa rəhm edib ona içməyə su verələr. Amma məlun Hərmələ boğazının altını nişan alıb oxu atdı, ox Əli Əsğərin boğazına sancıldı. İmam (əleyhis-salam) əlini onun boğazından axan qanın altına tutaraq, ovcunu qanla doldurub göyləyə səpdi, bir qətrə olsun belə, o qandan yerə qayıtmadı125. Bu halda İmam (əleyhis-salam) buyurdu:
Bu müsibəti mənə asan edəcək şey budur ki, (bu iş) Allahın gözü qarşısında olmuşdur.
İlahi, bunu Öz yanında anasından ayrı düşmüş bala dəvədən heç də az sayma! İlahi, əgər (Öz) köməyini bizdən kəsmisənsə, onda onu, daha da yaxşı olan bir şeyin əvəzi et və bizim intiqamımızı zalımlardan al!
Bu fani dünyada bizə nazil etdiklərini axirətimiz üçün zəxirə et.
İlahi, camaat içində sənin Rəsuluna ən çox oxşayan bir şəxsi öldürən tayfaya özün şahidsən. Qəlbimin parəsi olan bu uşağın qəmi qəlbimə od salmışdır.
Bu anda qeybdən səs gəldi: Hüseyn! Onu yerə qoy, behiştdə onun üçün dayə hazırdır.126
DÜNYA MÖMİNƏ ZİNDANDIR
İbni Babəveyh İmam Baqir (əleyhis-salam)-dan rəvayət etmişdir ki, İmam Zeynəl-Abid (əleyhis-salam)-ın buyurub: Aşura günü düşmən qoşunu çox qorxurdu, halbuki sayları İmamın qoşununun sayından qat-qat çox idi və onları tam mühasirədə saxlamışdılar. Amma qəlbləri çox qorxaq, rəngləri qaçmış, ayaqları lərzəyə düşmüşdü. Lakin İmam Hüseyn (əleyhis-salam) və onun silahdaşlarının üzü sevinclə dolu idi, rəngləri qparlamış, qəlblərində xatircəmlik, aramlıq daha da çoxalmışdı. Səhabələrdən bəziləri deyirdilər ki, İmam Hüseynə (əleyhis-salam) baxın, ölümdən qorxusu yoxdur və şəhadəti arzulayır. İmam Hüseyn (əleyhis-salam) onların sözlərini eşidib xitabən buyurdu:–Səbr edin, ey əziz övladlarım! Ölüm sizin üçün bir körpü köimidir, ondan keçib pis vəziyyətdən əbədi nemətlərə, əbədi behiştə yollanacaqsınız, Sizlərdən kimdir ki zindandan qəsrlərə köçmək istəməsin? Ölüm sizin düşmənləriniz üçün isə qəsrlərdən zindana, əzaba getmək kimidir. Atam mənə xəbər vermişdir ki, Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurmuşdur: Dünya möminin zindanı, kafirlərin cənnətidir. Ölüm möminlərin behiştə, kafirlərin isə öz əzablarına doğru uzanan körpüsüdür. Mən heç vaxt yalan deməmişəm və ata-babalarımdan da yalan eşitməmişəm.
Dostları ilə paylaş: |