deyən şəxs; ehtiyaclılara yardım göstərib, sədəqəni
gizlində verən şəxs
»
1
.
Sual 76:
Cəmiyyətdəki ictimai-siyasi dəyişikliklərin
səbəbkarı kimdir? İnsan, yoxsa Allah?
Cavab:
Allah-təala buyurur: «
Hər hansı bir tayfa öz
vəziyyətini dəyişməsə, Allah da onun vəziyyətini
dəyişməz
»
2
.
Ayədən
göründüyü kimi, bütün millətlərin talehi,
onların
öz
əllərindədir.
Onların
xoşbəxtlik
və
bədbəxtliklərinin ilkin səbəbkarı özləridir. Öz xoşbəxtliyi
üçün çalışmayan millətin Allah-təaladan
nə isə gözləməsi,
əbəsdir.
Ayə və hədislərin göstərişlərinə əsasən, cəmiyyətdəki
bədbəxtlikləri aradan qaldırmaq istəyən millət, ilk əvvəl öz
düşüncəsində inqilab etməlidir. Öz imanı, əxlaqındakı zəif
nöqtələri tapıb, xalis
bir tövbə ilə çirkinlikdən
təmizlənməyən
cəmiyyətin
səadətə
çatması
mümkünsüzdür. «İnsanın xoşbəxtliyi və bədbəxtliyində
Allah təsirsizdir» demək də düzgün deyildir. Allah-təala
hər bir insanı təqib edib, qoruyan mələklər qərar vermişdir.
Onlar doğru yol seçənlərə yardım göstərərlər. Azğınlığı
seçənlərin isə, əzabı artırılar. Məsələn,
ədalət və həqiqət
uğrundən canından keçən millətlər, ədalətli hakimlə
mükafatlandırılır, günah və azğınlığa
meyilli millətlər isə,
zalım hakimlə cəzalandırılırlar.
Sual 77:
Məsəl çəkməyin hansı faydaları var?
Cavab:
Hər hansı bir məsələnin izahı üçün məsəl
çəkməyin faydası inkar edilə bilməz. İnsanlar müxtəlif
1
«Səfinətül-bihar», 1-ci cild, səh. 595.
2
«Rəd» surəsi, ayə 11.
69
səviyyəli istedada malik olduqlarından dinlədikləri
mövzunu anlamaya da bilərlər.
Məsəl çəkildiyi zaman iti
ağıla malik olmayanlar üçün də qaranlıq nöqtələr işıqlanır.
Qurani-kərim bütün bəşəriyyətə ünvanlandığından
onun müxtəlif surələrində kifayət qədər misallar çəkilir.
Həzrət İsanın (ə) bakirə qadından doğulmasına
inanmayanlara Qurani-kərim belə bir misal çəkir: «
Dostları ilə paylaş: