təfsirçilərin
göstərdiyi ikinci səbəb, daha məntiqə
uyğundur. Onların
fikirincə, axirət dünyasına etiqadsız
zalım başçılar, zahirdə özlərini qeyrətli-namuslu göstərsələr
də, əsl həqiqətdə, onların xarakterində
belə xüsusiyyətlər
yoxdur. Dünya nemətlərinə görə millətə zülm edən, millətin
qızlarının iffətini düşünməyən başçıların qeyrətli olduğunu
zənn etməyə heç bir əsas yoxdur!
Züleyxa gözəl idi və Misir padşahı onun xəyanətini
gözəlliyinə bağışlamışdı. Məhz onun bu rəftarı səbəbindən,
Züleyxa hətta xəyanəti açıldıqdan
sonra belə, Misirin varlı
qadınlarına öz eşqi barədə açıq-aşkar danışırdı.
Sual 75:
Allahın kölgəsində olmaq nə deməkdir?
Cavab:
Sözsüz ki, «Allahın kölgəsi» ifadəsi məcazi
məna daşıyır. İnsan çətinliklər, gözlənilməz üzücü hadisələr
zamanı, yalnız Allaha sığınmalı və ondan yardım
diləməlidir. Allahın lütfü olmadan hər hansı çətinlikdən
qurtulmuş qeyri-mümkündür. Allah-təalanın lütfünə bu
sayaq dərin bağlılıq, insanı əbədi səadətə çatdırır.
Dünya
həyatı boyu Allahın lütfündən faydalanan insan haqqında
məcazi olaraq, «bu şəxs Allahın kölgəsidir», deyirlər.
Həzrət Peyğəmbər (s) bir hədisdə belə buyurur: «
Yeddi
dəstə insanı Allah-təala öz ərşinin kölgəsində
yerləşdirmişdir (O zaman ki, onun kölgəsindən başqa
kölgə yoxdur): ədalətli rəhbər; ömrünün əvvəlindən
Allaha bəndəlik etmiş gənc; qəlbi Allahın ibadətgahına
bağlı olan və hər zaman ora dönmək barədə düşünən
Dostları ilə paylaş: