Sual 132:
Kafirlərin xeyir əməllərinin savabı varmı?
Cavab:
«İbrahim» surəsinin 18-ci ayəsində buyurulur:
«
Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə
küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri
əməllərdən heç bir fayda əldə edə bilməzlər
». «Furqan»
surəsinin 23-cü ayəsində isə belə oxuyuruq: «
Biz onların
etdikləri əməlləri qəsdən dağınıq zərrələrə döndərdik
».
İmam Baqir (ə) buyurur: «
Qiyamət günü Allah-təala
ağ libas geymiş tək nura bürünmüş bir tayfa gətirər.
Sonra «dağınıq toz zərrələrinə dönün» buyurar. Həmin
nurda əsər-əlamət qalmaz
». Hədisdə işarə olunan nur,
kafirlərin dünya həyatında göründüyü xeyir işlərdir.
Rəvayətlərə əsasən günah savabın üstünü örtür.
Məsələn, şərab içənlər haqqında buyurulur: «
Şərab içən
şəxsin əməlləri Allah dərgahında 40 gün qəbul
olunmaz
»
1
.
Kafirlərin xeyir işlərinin puça çıxması, tam məntiqə
uyğundur.
Təsəvvür edin ki, sizə atəş açan düşmənin
gülləsi arxadan sizə hücum edən ayıya dəyir. Bu işinə görə
ona təşəkkür düşürmü? Əlbəttə ki, yox! Kafirin xeyir əməli
də belədir. Əgər o Allahı razı
salmaq niyyəti ilə bir iş
görsəydi, Allah da ona savab verərdi. Vəzifə, ad-san naminə
xeyir iş görən insanın niyyəti saf deyil. Məsələn, deputat
seçilmək istəyən biri kasıb-kusuba pul paylayır ki, əvəzində
səs alsın. Onun niyyəti savab yox, səs qazanmaqdır. Bir səs
ki, qiyamət səhnəsində eşidilməz!
1
«Səfinətül-bihar», 1-ci cild, səh.427.
123