Ananın otağına icazəsiz girmək olarmı?». Həzrət «olmaz», buyurur. Sual verən şəxsin təəccübləndiyini görüb, əlavə edir: «Ananı çılpaq görmək xoş deyil »
1
.
Sual 128: Doğrudanmı, Quranda qadınlara örtünmək
əmr olunmayıb?
Cavab: Qurani-kərimdə din haqqında az bilib, çox
danışanlar haqqında ayələrə tez-tez təsadüf olunur. Bütün
cəmiyyətlərdə belə cahil insanlar kifayət qədərdir. Onlar
insanların dini biliklərinin azlığından istifadə edərək, öz
nəfs istəklərini sübuta yetirmək üçün «filan şey Quranda
yazılıb, filan şeysə yazılmayıb» deməkdən belə çəkinmirlər.
Bu məsuliyyətsiz insanlar şeytan fitvasına uyub, «Quranda
hicab əmr olunmayıb» deməklə, sadə və imanlı qadınlarda
vəsvəsə icad edirlər. Bu, doğrudan da, belədirmi?
Qurani-kərimin «Nur» surəsinin 31-ci ayəsində deyilir:
«
Mömin qadınlara de ki, ...öz-özlüyündə görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər... ».
Ayədən göründüyü kimi hicab vacib buyurulmuşdur.
Bəs hicabın fəlsəfəsi nədir? Başqa sözlə, hicabsızlığın, açıq-
saçıqlığın zərəri varmı?
Qadınların örtüksüzlüyündən onların şəxsiyyətinə,
eləcə də, cəmiyyətə vurulan zərbələrə diqqət edin:
1. Normal cəmiyyətdə insanların ruhi sakitliyinə
təminat verilməlidir. Qadınların örtüksüzlüyü, kişiləri
həyəcanlandırır, bəzən isə cinayətlər də baş verir;
2. Hicabsızlıq, ər-arvad arasında soyuqluq yaradır,
cəmiyyətdə boşanmalar çoxalır;
3. Hicabsızlıq fahişəliyin genişlənməsi üçün zəmindir.
1
«Təfsiri Nurus-səqəleyn», 3-cü cild, səh. 584.
119
4. Örtüksüzlüyə rəvac verilən cəmiyyətlərdə qadın
şəxsiyyəti tənəzzül edir, qadınlar istedadlarına görə yox,
xarici görünüşünə görə qiymətləndirilir.