İSLAMIN ZÖHRƏVİ XƏSTƏLİKLƏRİN QARŞISININ ALINMASINDA GÖSTƏRDİYİ DAHİYANƏ METOD
Nə üçün müsəlman ölkələrində (gigiyenik tədbirlərin nisbətən zəif olmasına baxmayaraq) zöhrəvi xəstəliklərə yoluxma halları az inkişaf etmiş ölkələrdə isə daha çoxdur?
Bu sualın cavabını İslamın bu məsələyə münasibətində axtarmaq lazımdır. Quran zinanın müqəddimələrindən başlayaraq onları yasaq etmişdir. Sonra zinanı mərhələli şəkildə (4 mərhələdə) qadağan etmişdir.
Bəzi həkimlər bu haqda yazırlar:
“Bu təhlükəli xəstəliklərin kontrol olunmasına səbəb olan metod hansıdır? Axı bütün yollar təcrübədən keçirilmişdir. Onlar Penisillin preparatını sınaqdan keçirdilər; lakin uğursuzluqla qarşılaşdılar. Əxlaqsızlıq yuvalarını nəzarət altına aldılar; lakin bunun da faydası olmadı. Düzgün cinsi əlaqə mədəniyyətini təbliğ etdilər; lakin bu da yaralarını sağaltmadı. Bütün bu metodlar təcrübə olundu; lakin heç bir nəticə vermədi. İslamın göstərdiyi mübarizə üsulu isə sınaqdan uğurla keçməsinə baxmayaraq, unuduldu”1.
YEKUN
1. Təsadüfi, qeyri-qanuni cinsi əlaqənin yasaq olunması ilahi dinlərin bəşərə xidmətlərindən biridir. Bu hökmün elmi sirləri qədim dövrlərdə insanlara məlum olmadığı üçün onu ilahi dinlərin elmi möcüzəsi hesab etmək olar.
2. Zina yəhudilikdə də qadağan olunduğu üçün bunu Qurana məxsus elmi möcüzə hesab etmək olmaz.
3. Zinanın gigiyenik və ictimai fəsadları onun yasaq olunmasına spesifik səbəb ola bilər. Çünki hələ bu hökmün bütün sirləri açılmamışdır.
4. Zöhrəvi xəstəliklərin yayılmasının müxtəlif səbəbləri var. Onlardan yalnız biri təsadüfi cinsi əlaqədir. Hər zinada xəstəlik axtarmaq doğru deyil. Bir çox hallarda gigiyenik tədbirlər nəticəsində təsadüfi cinsi əlaqə zamanı belə xəstəliklərin qarşısı alınır.
Deməli, zinanın yasaq olunmasının tam səbəbini göstərmək olmaz. Bu yalnız gigiyenik səbəblərlə izah edilməməlidir.
LİVATIN2 YASAQ OLUNMASI
Livat cinsi təmin olunmanın qeyri-adi üsulla yerinə yetirilməsidir. Bu, insan təbiətinə, instinktiv meylinə ziddir. Ilahi peyğəmbərlər (ə) bu çirkin adətə qarşı mübarizə aparmışlar. Quran bir neçə ayədə Lut peyğəmbərin (ə) qövmü haqqında söhbət açır və bu qeyri-adi cinsi təmin olunmanı pisləyərək qadağan edir.
Birinci:
“Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!"1
İkinci:
Bir zaman o öz tayfasına demişdi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!"2
Birinci ayədə bu əməlin rüsvayçı, çirkin əməl olmasını qeyd etməklə yanaşı, buna öncəki ümmətlərdə təsadüf edilmədiyini vurğulayır. Bu məlum əməlin çirkinliyini daha da artırır. Çünki bu gün əsası qoyulan pis adət sabah gələcək nəsillərə örnək olacaq3.
Üçüncü:
Lutu da (yad et)! Bir zaman o öz qövmünə demişdi: "Doğrudanmı siz özünüzdən əvvəl aləmlərdən (bəşər əhlindən, ins və cindən) heç kəsin etmədiyi iyrənc bir işi görürsünüz?4
Dördüncü:
“Lutu da (peyğəmbər göndərdik). O zaman (Lut) öz tayfasına demişdi: "Gözünüz görə-görə çirkin işləmi məşğul olursunuz? (Etdiyiniz əməlin qəbahətini, günahını başa düşə-düşə hələ də ona davam edirsiniz!) Siz qadınları qoyub şəhvətlə erkəklərin yanınamı (üstünəmi) gedirsiniz? Həqiqətən, siz cahil bir tayfasınız!" (Lut) tayfasının cavabı yalnız: "Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar (bizim gördüyümüz işlərdən) təmiz qalmaq istəyən insanlardır!" - deməkləri olmuşdu”1.
“فاحشة” [fahişə] qəbahətli olduğu aydın olan işlərə deyilir. Burada məqsəd livatdır.
Beşinci:
Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: "Bu, çox çətin (başabəlalı) bir gündür!" - dedi. (Qonaq gəldiyini bilən) tayfası tələsik (Lutun) yanına gəldi. Onlar (Lutun yanına gəlməzdən və mələkləri görməzdən) əvvəl də pis işlər görürdülər. (Lut onlara) dedi: "Ey qövmüm! Bunlar (balalarım və ya ümmətimin qadınları) mənim qızlarımdır (onlardan şəriətə müvafiq surətdə istifadə edin). Onlar (nikah baxımından) sizin üçün daha təmizdirlər. Allahdan qorxun və (yaramaz əməllərinizlə) məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda (sizə yaxşı işlər görməyi əmr edən, pis işləri yasaq edən) ağlı başında bir adam yoxdur?" Onlar dedilər: "Sənin qızlarına heç bir rəğbətimiz (və ya ehtiyacımız) olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!"1
Hədislərdə bu hadisə belə anılır. Həzrət Lut (ə) tarlada işlədiyi zaman yaraşıqlı gənclərin ona doğru gəldiklərini, qonağı olmaq istədiklərini gördü. O, bir tərəfdən qonaqpərvərlik hislərinin çağırışına səs vermək istəyir, digər tərəfdən də yaraşıqlı gənclərin cinsi pozğunluğa aludə olan şəhərə girməsinin hansı rüsvayçılıqlara səbəb ola biləcəyini düşünürdü.
Altıncı: Qəmər (34) və Zariyat (32-37) surələrində də Lutun (ə) qövmünün məruz qalacağı əzabdan söhbət açılır.
Dostları ilə paylaş: |