İkinci: Günəş, Yer və ulduzların sonu necə olacaq?
Bəzi fizik və astronomların fikrincə, Günəş 10 mlrd. il istilik vermәk qabiliyyətinə malikdir. Hal-һazırda onun ömründәn 5 mlrd. il keçmişdir1. Deməli, planetimiz (Yer) hələ 5 milyard il Günəş ətrafında fırlanacaqdır. Günəş ömrünün son günlərində hava balonu tək şişərək nəhəng bir ulduz şəklini alacaq və günəş sisteminin iki planeti – Venera (Karvanqıran) və Merkuri ilə birləşəcəkdir.
Yer 1000 dərəcə istiliyə malik olacaq. Həyat izləri silinəcək. Bütün okeanlar buxara çevriləcək”2.
Bəzi nəzəriyyəçilər ulduzların sönükməsi haqqında yazırlar:
“Bütün ulduzlar istilik-nüvə reaksiyaları hesabına şüalandığından nəhayət bu şüalanma sona yetəcəkdir. Ulduzlar genişlənəcək və bundan yaranan parlaq qazlar (ulduzların üst qabığı) nağılvari şəkildə fəzaya səpələnəcək. Bunlar, “planetşəkilli dumanlıqlar” adlanır. Ulduzların nüvə ehtiyatı bitdikdə cazibə qüvvəsi onları öz təsiri altına salacaq və çox isti kül təpəciklərinə çevriləcəklər. Çox böyük ulduzlar baş verəcək bir partlayış nəticəsində öz parlaqlıqlarını itirəcəklər. Daxilində nüvə partlayışı baş verən ulduzların üst qabıqları kənara sıçrayacaq. Can verməkdə olan ulduz yalnız bir neçə saat enerji yayacaq”1.
Dostları ilə paylaş: |