Quranin elmi ecazkarliği mәһәmmәd Әli Rzayi İsfaһani


TƏKAMÜL HİPOTEZİ VƏ QURAN



Yüklə 1,23 Mb.
səhifə85/166
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#106192
1   ...   81   82   83   84   85   86   87   88   ...   166

TƏKAMÜL HİPOTEZİ VƏ QURAN


Təkamül təliminin isbatı üçün istinad olunan ayələr.

Bu ayələri aşağıdakı şəkildə qruplaşdırmaq olar:

1. Hər bir şeyin sudan başlanğıc aldığını bildirən ayələr.

وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ ﴿ “Hər bir canlını sudan yaratdıq” (Ənbiya, 30).



Ayətullah Meşkini yuxarıdakı ayəni qeyd edərək yazır:

Məlum ayə canlı təbiətin (nəbatat, heyvanat və s.) sudan yaradıldığına aydınlıq gətirir. Belə olduqda Təkamül təliminin bəzi müddəaları sübuta yetmiş olur”2.

Seyid Qütb də məlum ayənin suyun həyatın başlanğıcı olmasına işarə vurduğunu qəbul edir və bildirir ki, müasir elm üzvi aləmin sudan başlanğıc aldığını dəstəkləyir. Həyatın mənşəyi dəniz suyu olmuşdur. Sonradan bütün cins və növlər ondan törəmişdir. Deməli, Darvinə şöhrət qazandıran nəzəriyyə əsrlər öncə Quranda öz əksini tapmışdır3.

Bəzi yazıçılar Yerdə həyatın mənşəyi haqqında yazır:

Yerin ömründən 1500 il keçdikdən sonra tədricən soyumağa başladı. Yer təkində reaksiyalar getdi, təkanlar, zəlzələlər baş verdi. Nəticədə Yerdəki buxarlanma buludlara çevrildi. Yağış yağdı. Yer səthini su basdı və dənizlər əmələ gəldi. Təqribən 500 mln. il dənizlərdə ibtidai həyat formaları mövcud idi. Sonra birhüceyrəli varlıqlar, müxtəlif bitki və heyvanlar meydana gəldi. Bu, təqribən 175 mln. il öncəyə təsadüf edir”1.

Ötən bəhslərdə hər şeyin sudan başlanğıc aldığı haqqında elm adamlarının baxışlarını diqqətinizə çatdırdıq (Yerdə həyatın mənşəyi).
YEKUN

Məlum ayə haqqında növbəti fəsildə geniş söhbət açacağıq. Lakin diqqətinizə çatdıraq ki, bu ayə haqqında dörd ehtimal mövcuddur (İnsanın nütfədən yaranması, ibtidai varlıqların sudan başlanğıc alması, canlı varlıqların əsasən, sudan təşkil olunmaları və dünyanın ilkin maddəsinin suyabənzər maye olması). Yalnız birinci ehtimal ayəyə nəzərən məqsədəuyğundur. Buna görə də ehtimal olaraq ayənin üzvi aləmin mənşəyinin sudan (dəniz və okeanlardan) başlanmasına işarə vurduğunu qəbul etmək olar. Lakin bu, ayənin yeganə izahı deyil.
2. وَمِنْهُم مَّن يَمْشِي عَلَى رِجْلَيْنِ وَمِنْهُم مَّن يَمْشِي عَلَى أَرْبَعٍ وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِن مَّاءٍ فَمِنْهُم مَّن يَمْشِي عَلَى بَطْنِهِ ﴿

Allah hər bir canlını sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir” (Nur, 45).

Ayətullah Meşkini sözügedən ayə haqqında yazır:

Ayədə sözü keçən “ماء[ma`] ifadəsinin nütfə (sperma) kimi izah olunması ayənin ilkin mənasına ziddir. Deməli, ayə canlıların sulu gildən yaranması haqqında rəyə uyğundur). Ayədə sürünənlərin (reptililər) əvvəl qeyd olunmasına səbəb çox güman ki, bu növ canlıların ən bariz nümunəsi olan balıqların zaman baxımından daha əvvəl yaradılmasıdır. Quruda yaşayan bu növ heyvanlar isə daha sonra yaradılmışlar. İkiayaqlılardan məqsəd insan, quşlar və bəzi meymun növləridir. “İki ayaq üzərində” ümumi ifadəsi bəzilərinin insan və digər canlıların ayrı növə aid olduqlarını iddia edən baxışının yanlışlığını üzə çıxarır.

Doktor Biazar Şirazi Nur surəsinin 45-ci ayəsini paleontologiyada göstərilən heyvanların mərhələli yaradılışına tətbiq edərək yazır:

“Birinci mərhələ (dövr): Bu mərhələdə müxtəlif növ mərcan polipləri, axçalı (pulcuqlu) balıqlar, kərtənkələlər, ilanlar, bağalar, timsahlar və digər sürünənlər meydana gəldi.

فَمِنْهُم مَّن يَمْشِي عَلَى بَطْنِهِ ﴿

İkinci mərhələ (dövr): Bu dövrdə quşlar meydana gəldi. Onların ən qədim nümunəsi göyərçin balasına oxşayan at olmuşdur. Lakin uçmaq qabiliyyətini itirmişdir. Bu heyvanlar ayədə sözü gedən وَمِنْهُم مَّن يَمْشِي عَلَى رِجْلَيْنِ ﴿ qisminə daxildirlər.

Üçüncü mərhələ (dövr): İlkin məməlilərin izləri ikinci dövrün sonlarından başlayaraq görünməkdə idi. Bu dönəmdə at, inək, dəvə, fil, müxtəlif meymun növləri və s. məməlilər meydana gəldi1 وَمِنْهُم مَّن يَمْشِي عَلَى أَرْبَعٍ ﴿.

Doktor Paknijad birhüceyrəli canlıların yaranması haqqında ətraflı söhbət açır və növbəti üç mərhələ arasındakı fasilə haqqında yazır:

Birinci: Suda yaşayanlarla quruya çıxanlar arasında fasilə yarandı. Bu əsasən, qan dövranı, tənəffüs orqanı inkişaf etmiş balıq və sürünənlərə aid idi فَمِنْهُم مَّن يَمْشِي عَلَى بَطْنِهِ ﴿.

İkinci: Quşların təkmilləşərək havada uçması وَمِنْهُم مَّن يَمْشِي عَلَى رِجْلَيْنِ ﴿.

Üçüncü: Məməlilər. Heyvanlar təkamül nəticəsində yumurtamaqla çoxalmadan diridoğmaqla çoxalmaya keçdilər. Bunlar daha çox dördayaqlılar idi وَمِنْهُم مَّن يَمْشِي عَلَى أَرْبَعٍ ﴿.

O, Quranın tədricən təkmilləşən heyvanlar haqqında verdiyi ecazkar xəbərlərə toxunaraq Nur surəsinin 45-ci ayəsini sözügedən mərhələlərə tətbiq edir. Onun fikrincə təkamül nəzəriyyəsi dinlə heç də ziddiyyət təşkil etmir2.

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin