R. R. Denktaşa bağışlayıram


Azərbaycan xəritəsi “Kıbrıs şamı”nın işıüında



Yüklə 7,95 Mb.
səhifə22/29
tarix11.02.2020
ölçüsü7,95 Mb.
#102087
1   ...   18   19   20   21   22   23   24   25   ...   29
Azərbaycan xəritəsi “Kıbrıs şamı”nın işıüında.
Bu şəhər həm də Namiq Kamalın (1840-1888) adıyla bağlıdır. Tənzimat dövrü ədəbiyyatının üsyankar nümayəndəsi N.Kamal“Yeni Osmanlılar” cəmiyyətinin təşkilatçılarından olduğu üçün təqiblərə məruz qalmış, Avropaya köçmüşdür. Londonda “Hürriyet” qəzetində işləmiş (1868-70), vətənə döndükdən sonra isə İstanbulda “İbret” qəzetinə redaktorluq etmişdir (1970-73). İnqilabi ruhlu “Vatan yahud Silistre” (1873) dramı tamaşaya qoyulduqdan sonra Kıbrısa sürgün edilmişdir (1873-1876).

N.Kamalın sürgün həyatı istər Türkiyədə, istər Azərbaycanda zaman-zaman aydınların müzakirə mövzusu olub. Kıbrısda isə bu məsələ daha geniş və ətraflı öyrənilib. Hətta son illərdə “N.Kamal və Kıbrıs” mövzusunda elmi konfranslar da keçirilib. Bütün bunlara baxmayaraq N.Kamalın həyatının Kıbrıs dönəmindən söz açılanda mübahisəsiz ötüşmək olmur. Noyabrın 24-də Ədəbiyyat Bölümünün son oturumunda rəhmətlik Tahir Kutsi Makalın “N.Kemal’ın Mağusa günleri” məruzəsi salonda əyləşən gənc araşdırıcılar tərəfindən sərt təpki ilə qarşılandı. Əslində bu, Tahir Kutsi Makalın məruzəsindən çox, özünə uzun müddət ədəbiyyatşünaslıqda yer tapmış fikrə göstərilən təpki idi. Söz alıb çıxış edənlər də, yerdən icazəsiz atmaca atanlar da “N.Kamalın zindan həyatı, zindan əsərləri deyilən şey yoxdur. O Kıbrısa gələndə cəmi 5-6 gön çindanda qalıb. Burada yaşadığı 38 ayı sərbəst olub, bunun altı ayını kaymakamlıq edib. Hətta sultan, övladlarına sünnət etmək üçün N.Kamala pul da göndərib. Sa­də­cə olaraq N.Kamal paytaxtdan uzaqlaşdırılıb, o mühitdən ayrı sa­lınıb. N.Kamal istədiyini yazır, İstanbula istədiyi məktubları gön­dərir və adanın istədiyi guşəsinə gedirmiş” fikrini dəstəklədilər.



Gazimağusa qalasında N.Kamalın yaşamış olduğu ev muzeyə çevrilib. İkinci mərtəbədə yerləşən ev, burdakı sənədlər gənclərin haqlı olduğunu sübut edir. Görünür, qələm sahibləri sultanlara, hökmdarlara qəzəbi, nifrəti artırmaq üçün boyaları bir az tündləşdiriblər. Bu günün gəncliyi isə həqiqəti olduğu kimi ortaya qoymağın yanlışıdır.




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin