R. R. Denktaşa bağışlayıram


İsmail Bozkurtla tanışlıq



Yüklə 6,07 Mb.
səhifə35/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   31   32   33   34   35   36   37   38   ...   92
İsmail Bozkurtla tanışlıq
Kıbrısa ilk səfərimiz qısa olduğundan və rəsmi xarakter daşıdıüğından, ədəbiyyat və mədəniyyət xadimləri ilə görüşüb söhbətləşə bilmədiyimiz kimi, bu yerləri örəyimizcə gəzib-dolaşıb təbiətini, abidələrini də görə bilməmişdik. Xoş bir təəssüratla ayrıldıüğımızdan buraya bir daha dönməyi arzulayırdıq.

Bəlkə buna görə, 1995-ci il9-11 Haziranda Kırıkkaledə keçirilən “Dünya Hoşgörü Manas Abay yılı” başlıqlı “VII Uluslararası Türk Halk Edebiyyatı Semineri ve I Uluslararası Türk Dünyası Külüör Kurultayı”nda Kıbrısdan gəlmiş İsmail Bozkurtu, Harid Fedai və Mahmut İslamoğlunu doğmalarım kimi qarşıladım. Onlar da buna təəccüblənmədilər. Elə bil 30-40 ilin tanışı idik. İ.Bozkurt “Kıbrıs Türklerinde dastan geleneği”, H.Fedai “Konyalı Aşıq Şeminin bilinmeyen bir dastanı: Elifname”, M.İslamoğlu “Kıbrıs Türklerinde eskiden günümüze Nevruz ve ya Mart Dokuzu etkinlikleri”, mən isə “Dastanlarımızın quruluşu” mövzusunda çıxış edirdik.

Fasilələrdə, süfrə arxasında, gah Kıbrısda, Azərbaycanda, gah da dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın taleyindən söhbət gedirdi. Məni ən çox Kıbrısın çətin günləri — 1974-cü il maraqlandırırdı. Mahmut bəy söhbətin mövzusunun tez-tez həmin günlərə gəldiyini görüb: “O günlərin acısını da, hünərini də yaşayan ailələrdən biri İsmail bəyin ailəsi olub. Özü isə həmin günlərdə komutan idi. Xatirələrini çözələsən çox şey öyrənərsən” — dedi.

İsmailbəy bu söhbətləri çox sakit qarşıladı. Az danışan, bir az da qaraqabaq görünüşlü bu adam “Yusufçuklar oldu mu?” romanına “Sayın Ali Şamilov’a sevgi ve kardeşlikle. 9.8.1995”, “Mangal” romanına isə “İsmail Bozkurt’dan sayın Ali Şamilov’a sevginin ve kardeşliğin hep var olması dileği ile... 9.8.1995.” yazıb mənə bağışladı. Biz iyunda, yəni altıncı ayda görüşsək də İsmailbəy avtoqrafda səkkiçinci ayı göstərmişdi. Bu yanlışlıq həmin an nə İsmailbəyin, nə də mənim diqqətimi çəkməmişdi. Bakıya gəlib kitabı oxumaq istəyəndə onu gördüm.



Yusufcuklar oldu muу? Kitabinin son səhifəsindəki İ.Bozkurtun dostluq

шаржы”

Mahmut İslamoğlunun avtoqrafla mənə baışladığı folklora aid kitabını isə Bakıya gələndə tələbəlik illərindən Tanıdığım, millətçi bir insan kimi sevdiyim rəhmətlik Taner Əliyevə radioda veriliş hazırlamaq üçün verdim. Ondan da kitabı kim aldısa, bir daha geri qaytarmadı.

İsmail Bozkurtun “Yusufçuklar oldu mu?” romanının cildinin arxasında yazıçının dostluq şarjı və Atilla Özkırımlının aşağıdakı qeydləri verilib:

İsmail Bozkurt, Kıbrıs’ta etkin görevlerde bulunmuş bir politikacı ve devlet adamı. Lefkoşa, Geçitkale, Boğaziçi bölgesi Mücahit komutanlıkları, Türk Cemaat Meclisi ve Toplumcu Kurtuluş Partisi başkanlıkları, Kültür ve Turizm Bakanlığı geçmişteki bu görevlerinden birkaçı. Ayrıca makale ve denemeleriyle kendini Kıbrıslı okurlara kabulettirmiş bir yazar.



Türk okuru, daha önce Cem Yayınevi’nde yayımlanan Kızılmey­dan­da bir uçak (1987) adlı kitabıyla tanımıştı İsmail Bozkurt’u. Bu kez Yusufçuklar oldu mu? adlı bir romanla çıkıyor Türk okurunun karşısına Bozkurt. Yine aynı yalın ve içten anlatımıyla.

Yusufçuklar oldu mu? bir aydının romanı. İyi yetişmiş, sorum­lu­luklarının bilincinde, namuslu bir aydının... Aynı zamanda Kıbrıs’ta yaşanan olayların insan dünyasına yol açtığı yıkımları, küçük hesablara dayalı siyasal çekişmeleri ve toplumsal çalkalan­tıyı da başarıyla betimliyor İsmail Bozkurt. Romanın baş kişisi Ke­mal’ın bireysel hesaplaşması, sonuçta Doğruyu arayan bir aydının hesaplaşmasına dönüşüyor. İlk olmasına karşın belirli bir düzeyi tuttura bilmiş, rahatça okunan bir kitap Bozkurt’un yaptığı...”

Gəncliyində Mücahit komutanı olan İsmailbəyin dolu gövdəsi rəssamın da, dostlarının da zarafat mövzusu olub. Kıbrısda olduğum günlərdə zarafatı (şakanı) çox sevdiklərini gördüm. Əsas konuları rumlarla birgə yaşadıqları dönəmi kapsıyor.

Məsələn: “Bir gün yolpolisi işləyən Mustafa küçə hərəkəti qaydalarını pozanı Rumlu sürücünü saxlayıb ona qızır və cəzalandırmaq üçün sənədlərini alır. Sürücünün soyadını oxuyur və hirslə deyir: “Səbeş! Bu nə soy adıdır?”


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin